12 Avqust 2026 20:05
358
CƏMİYYƏT
A- A+
Naxçıvanın yeni inkişaf salnaməsi yazılır ŞƏRH  

Naxçıvanın yeni inkişaf salnaməsi yazılır ŞƏRH  


Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın gələcəyi ilə bağlı mühüm səhifə yazdı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə səsləndirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri görülən işlərlə tanış olmağa və qarşıda dayanan hədəflərə nail olmağa stimul verir. Avqustun 11-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfəri bu reallıqların təqdimatı oldu. Naxçıvanda həyata keçirilən yenilənmə iqtisadiyyat, sosial həyat və infrastrukturla yanaşı, dövlət idarəetməsinin müasir tələblər əsasında təkmilləşdirilməsini də əhatə edir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin təsdiq edilməsi yeni idarəetmə modelinin hüquqi əsaslarını formalaşdırıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Naxçıvanda Qarabağdakı və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsulunun yaradılması, muxtar respublikanın statusu qalmaq şərti ilə idarəetmə qaydalarının təkmilləşdirilməsi əsas hədəflərdəndir.

“Prezident İlham Əliyevin 2003-cü ildən bu günədək Naxçıvana reallaşdırdığı 17 səfərin hər biri muxtar respublikanın bu günü və gələcəyi üçün müəyyənləşdirilən addımlarla yadda qalıb. Budəfəki səfər zamanı iqtisadi inkişaf, sosial rifah, nəqliyyat, sənaye, energetika, turizm, tarixi-mədəni irsin qorunması, şəhərsalma və təhlükəsizlik istiqamətlərində görülən işlər və qarşıdakı hədəflər təqdim edildi. 2023-cü ildə təsdiqlənmiş Dövlət Proqramında davamlı iqtisadi artım, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və muxtar respublikanın ölkə iqtisadiyyatına tam inteqrasiyası əsas hədəflər kimi müəyyənləşdirilib. Naxçıvanda yeni istilik elektrik stansiyasının tikintisi, Sənaye Parkının yaradılması, ictimai nəqliyyat sisteminin yenilənməsi və enerji şəbəkəsinin yenidən qurulması inkişaf prosesinin kompleks xarakter daşıdığını göstərir”, - deyə V.Rəhimzadə əlavə edib.

Deputat bildirib ki, Naxçıvan Sənaye Parkında yaradılacaq enerji infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası Naxçıvanın dayanıqlı enerji təminatına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, Naxçıvanın Günəş enerjisi potensialının böyük olması da gələcək enerji siyasətinin mühüm istiqamətidir. Artıq 600 hektardan çox ərazi müəyyən edilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur.

“Hazırda Naxçıvan böyük nəqliyyat və logistika xəritəsinin mühüm qovşağına çevrilir. Ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq. TRIPP layihəsinin icrasına start verilməsi Naxçıvanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilməsi üçün yeni imkanlar yaradır”, - deyə o əlavə edib.

Naxçıvanın tarixinin, zəngin memarlıq məktəbinin və mədəni irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasının dövlət siyasətinin ayrılmaz istiqaməti olduğunu deyən V.Rəhimzadə bildirib ki, səfər çərçivəsində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri, Əcəmi Naxçıvaninin abidəsinin açılışı tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bundan başqa, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi də prioritetlər sırasında olub. Səfər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi keçirilib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Naxçıvanın coğrafi xüsusiyyətləri muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərilməsini şərtləndirir. Bu istiqamətdə hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək.

“Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfəri muxtar respublikanın gələcəyi ilə bağlı mühüm səhifə yazdı. Səfər çərçivəsində sosial-iqtisadi inkişaf, sənaye, energetika, nəqliyyat, turizm, tarixi-mədəni irsin qorunması, təhlükəsizlik və şəhərsalma üzrə yeni hədəflər müəyyənləşdirildi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək. Bir sözlə, Naxçıvanın yeni inkişaf salnaməsi yazılır”, - deyə deputat vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərkosmos” şəhər təsərrüfatının idarə edilməsində “WebGIS” platformasını tətbiq edir  

20:30
12 Avqust

Bu ilin ikinci Günəş tutulması başlayıb  

20:25
12 Avqust

Parlamentlərdə gənclərin təmsilçiliyi diqqət mərkəzindədir  

20:20
12 Avqust

Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:15
12 Avqust

Uşaq Səfirlər Məclisinin məzunlarına təşəkkürnamələr, yeni üzvlərə kartlar təqdim olunub  

20:10
12 Avqust

Naxçıvanın yeni inkişaf salnaməsi yazılır ŞƏRH  

20:05
12 Avqust

Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb  

20:02
12 Avqust

Mütəxəssis: Xəzər dənizinin səviyyəsinin enməsi 2040-2050-ci illərə qədər davam edəcək  

19:05
12 Avqust

Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevrilir ŞƏRH  

19:00
12 Avqust

Azərbaycan Batumidə keçirilən musiqi festivalında təmsil olunub  

18:55
12 Avqust

Pakistanlı ekspert: Azərbaycanın coğrafi mövqeyi iqtisadi və strateji təsir imkanlarına çevrilə bilər  

18:50
12 Avqust

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır  

18:46
12 Avqust

Kapital bazarının inkişafı üzrə görülmüş işlər nəzərdən keçirilib

18:25
12 Avqust

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

18:20
12 Avqust

“Dinamo”nun baş məşqçisi: “Qarabağ”la oyun gərgin və maraqlı alınacaq

18:15
12 Avqust

Heydər Əliyev Beynəlxalq Aeroportu karbon idarəçiliyində növbəti mərhələnin prioritetlərini müəyyənləşdirir

18:10
12 Avqust

Naxçıvanda iqtisadi potensialın və regional imkanların reallaşdırılması əsas hədəfdir

18:05
12 Avqust

Bu il neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 33 faizi ötüb

18:00
12 Avqust

Türkiyənin Yalova vilayətində təlim təyyarəsi qəzaya uğrayıb

17:55
12 Avqust

V ixtisas qrupu üzrə abituriyentlər üçün kitabça təqdim edilib

17:50
12 Avqust

Azərbaycan güləş yığmalarının U-20 dünya çempionatı üçün heyəti bəlli olub

17:45
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!