01 İyun 2025 09:10
1811
Mədəniyyət
A- A+
Unudulmaz festival

Unudulmaz festival


Beş ilə yaxındır ki, Şuşa azaddır. Ancaq hələ də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2000-ci il noyabrın 8-də xalqa müraciətində verdiyi o müjdənin sevincini və qürurunu yaşayırıq: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!"

İllər ötdükcə bu qürura, bu sevincə yeni-yeni uğurlar qoşulur. İşğaldan azad edilmiş Şərqi Zəngəzurun və Qarabağın digər yerləri kimi, Şuşa şəhərində də dövlətimiz tərəfindən geniş tikinti-bərpa və yenidənqurma işləri həyata keçirilir. Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın baş tacı Şuşaya verilmiş vəd yerinə yetirilir. Şəhər yenidən dirçəlir. Tarixi binaları bərpa olunur, Şuşa öz əvvəlki görkəminə qayıdır. Qədim küçələrində yenidən əsrarəngiz musiqi sədaları eşidilir.

Vətən müharibəsindən sonra dövlət başçısı çıxışlarında erməni təcavüzkarlarının işğalına uğradıqdan sonra Şuşada yarımçıq qalan silsilə beynəlxalq tədbirlərin yenidən keçiriləcəyini də qeyd etmişdi. Bu gün Şuşa ölkəmizin beynəlxaq tədbirlərin keçirildiyi məkanlarından biridir.

Bu qədim şəhərin qəsbkar ermənilər tərəfindən işğal olunması nəticəsində yarımçıq qalmış ənənəvi tədbirlərdən biri olan "Xarıbülbül" Musiqi Festivalı da Şuşaya qayıdıb. Xatırladaq ki, Şuşanın rəmzi olan gülün adını daşıyan bu beynəlxalq tədbir 1989-cu ildən keçirilirdi. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdam, Bərdə və Ağcabədidə təşkil edilirdi. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşada düzənlənir.

Mayın 24-də Azərbaycanın mədəniyyət paytaxtı növbəti ildə çal-çağıra büründü. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada VIII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı öz işinə başladı. Festivalın əsas məqsədlərindən biri əvvəlki kimi mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.

Builki festival Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr edilib. Cıdır düzündəki açılış konsertində ilk olaraq Üzeyir bəy Hacıbəylinin "Ey Vətən" əsəri səslənib. Sonra Üzeyir bəy Hacıbəyli, Arif Məlikov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Niyazi, Oqtay Zülfüqarov, Tofiq Quliyevin əsərləri təqdim olunub.

Ənənəvi musiqi tədbiri çərçivəsində yerli incəsənət xadimləri, eləcə də digər ölkələrdən gəlmiş musiqi kollektivləri və solo ifaçılar iştirak ediblər. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan incəsənət xadimlərinin çıxış etdikləri açılış konsertində Şuşanın gözəl memarlıq incilərindən biri - Xan qızı Natəvanın sarayının qarşısında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında "Babalı Sərvərin boynuna" adlı teatr tamaşası nümayiş olunub. Tamaşa Üzeyir bəyin felyetonları əsasında hazırlanıb. Tədbir iştirakçıları qeyd ediblər ki, belə layihələr Şuşanın mədəni həyatına rəng qatır, milli irsin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Həmçinin tamaşa gənc istedadların dəstəklənməsi və səhnə təcrübəsinin artırılması baxımından da uğurlu təşəbbüs hesab edilib.

Beynəlxalq festival çərçivəsində bu il ölkəmizdə ikinci dəfə Uşaq İncəsənət Festivalının (UİF) xüsusi zonası yaradılıb. "UİF - 2023"ün qalibləri həmin məkanda öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Uşaq İncəsənət Festivalının ilk dəfə 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirildiyini qeyd edən Mədəniyyət Nazirliyinin əməkdaşı Kənan İbrahimov tədbirdə müxtəlif nominasiyalar üzrə incəsənətdə fərqlənən uşaqların qalib seçildiklərini diqqətə çatdırıb. Bildirib ki, ümumilikdə 20-dən artıq qalib iştirak edir, eyni zamanda Şuşa şəhərində yaşayan uşaqlar, şəhər sakinləri və şəhərin qonaqları üçün xüsusi, interaktiv zonalar yaradılıb.

Tədbirdə "UİF-2025"in guşəsində yerli sakinlər və mədəniyyət paytaxtımızın qonaqları arasında könüllü şəkildə öz bacarıqlarını nümayiş etdirmək istəyən uşaqlar və yeniyetmələr səhnəyə çıxıblar. Ərazidə qurulmuş oyun zonasında zəka oyunlarına, interaktiv əyləncə guşələrinə və yaradıcı fəaliyyət sahələrinə uşaqların marağı böyük olub.

İştirakçılar axşam saatlarında ocaq başında bir araya gəliblər. Şeir, musiqi və nağılvari çıxışlar xoş ovqat yaradıb. Gecənin sonunda "Mədəniyyət səninlə tanınır!" mesajı festivalın mənəvi kulminasiya nöqtəsi olub.

Festival mayın 25-də də maraqlı təqdimatlarla davam edib. Cıdır düzündə Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət musiqi proqramı təqdim olunub.

Həmin gün Şuşada "Xarıbülbül" VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun konserti keçirilib. Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında bildirib: "Bu 30 il ərzində hər zaman deyirdim ki, böyük sənətkarlarımız - xüsusən də Şuşadan çıxan sənətkarlarımız narahat idilər. Bildiyiniz kimi, işğal dövründə iki dəfə Şuşada olmuşam və bu, mənim üçün çox çətin idi. Şəxsən atamın yurdunu, evini bu vəziyyətdə görmək çox ağır olub. Şükürlər olsun ki, artıq bütün bu çətinliklər geridə qaldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir Qələbə qazandı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı və uzun ömür versin".

Tədbirdə daha sonra Xalq artisti Mənsum İbrahimovun ifasında muğam və xalq mahnılarımız təqdim edilib.

Qeyd edək ki, mayın 24-25-də təşkil olunmuş "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı Şuşanın tarixində daha bir unudulmaz iz qoyub. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!