14 Yanvar 2022 20:10
901
İQTİSADİYYAT
A- A+
Universal poçt xidmətləri üzrə tariflər yenilənib

Universal poçt xidmətləri üzrə tariflər yenilənib

 

Məlum olduğu kimi, “Azərpoçt” MMC tərəfindən göstərilən universal poçt xidmətləri (UPX) üzrə tariflər yenilənib. Buna səbəb “Azərpoçt” MMC tərəfindən göstərilən universal poçt xidmətləri üçün tətbiq olunan tariflərin maya dəyərindən çox aşağı olmasıdır.

MMC-dən AZƏRTAC-a bildirilib ki, mövcud tariflər 2011-ci il fevralın 1-də qüvvəyə minib və ötən müddət ərzində “Azərpoçt”un ümumi istismar xərclərinin 2 dəfə, o cümlədən işçilərin əməkhaqlarının təxminən 2,5 dəfə artması nəticəsində xidmətlərin maya dəyəri daha da yüksəlib. Digər tərəfdən, son illərdə beynəlxalq poçtun xarici valyutada hesablanan daşıma və çatdırma xərclərinin 2 dəfədən çox artması da beynəlxalq poçt xidmətlərinin maya dəyərinin kəskin yüksəlməsinə səbəb olub. Bütövlükdə “Azərpoçt” üzrə UPX-nin göstərilməsi maya dəyərindən aşağı olduğu üçün hər il qurumun büdcəsinə kifayət qədər zərər dəyib. Bütün bunlar UPX üzrə mövcud tariflərə yenidən baxılmasını zəruri edib və bu yenilənmə daha çox tariflərin maya dəyərinə uyğunlaşdırılması məqsədini daşıyıb.

Qeyd edək ki, tarif dəyişiklikləri nəticəsində çəkisi 20 qrama qədər olan sadə daxili məktubun tarifi 20 qəpikdən 30 qəpiyə, çəkisi 2 kiloqrama qədər olan poçt göndərişinin (məktub, banderol, kiçik paket) tarifi isə 1,8 manatdan 3 manata qaldırılıb. Daxili poçt göndərişinin sifarişlə göndərilməsi üçün tarif isə 30 qəpikdən qaldırılaraq 60 qəpik olub.

Beynəlxalq məktub poçtu üzrə də tariflərə yenidən baxılıb və qismən maya dəyərinə uyğunlaşdırılıb.

Məlumat üçün bildirək ki, sözügedən xidmətlər daha çox dövlət qurumları tərəfindən istifadə olunur (80-85 faiz), xidmət istifadəçilərinin az hissəsini vətəndaşlar təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İş yoldaşımızın xatirəsi

08:50
01 Aprel

Yazda sağlam qalmağın sirri

08:45
01 Aprel

Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alır

08:40
01 Aprel

Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan

08:35
01 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

08:30
01 Aprel

ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır

08:27
01 Aprel

Gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsi

08:25
01 Aprel

Myanmada xunta lideri prezidentliyə namizəddir

08:20
01 Aprel

Quba Soyqırımı Memorial Kompleksində anım tədbiri keçirilib

08:15
01 Aprel

31 Mart xalqımızın qan yaddaşıdır

08:10
01 Aprel

Daşnak-bolşevik cəlladları Salyana girə bilmədilər

08:05
01 Aprel

Milli yaddaşımızın ağrılı səhifəsi

08:00
01 Aprel

Tramp: Razılaşmadan asılı olmayaraq, ABŞ İrandakı əməliyyatlara son qoyacaq  

07:57
01 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

07:44
01 Aprel

Rusiyanın “An-26” təyyarəsi qəzaya uğrayıb, 29 nəfər həlak olub

07:43
01 Aprel

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Azərbaycana səfərə gəlib  

07:42
01 Aprel

Ankaranın Respublika Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

07:41
01 Aprel

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirməyi planlaşdırır  

07:40
01 Aprel

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:59
01 Aprel

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:58
01 Aprel

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

01:57
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!