18 Fevral 2022 16:28
1371
DÜNYA
A- A+
UNEP: Yüksək səs-küy, yanğınlar və təbiət ritmlərinin pozulması planetar miqyaslı ekoloji təhlükələrdir

UNEP: Yüksək səs-küy, yanğınlar və təbiət ritmlərinin pozulması planetar miqyaslı ekoloji təhlükələrdir

 

Səs-küy səviyyəsinin artması, meşə yanğınları və təbiət ritmlərinin pozulması ciddi ekoloji təhlükələrdir. Onlar ətraf mühit və insanın sağlamlığı üçün qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər BMT-nin Ətraf Mühit Proqramının (UNEP) illik məruzəsində öz əksini tapıb.

Hesabatda əsas ekoloji problemlər şərh edilir və onların həlli variantları təklif olunur. Builki məruzə üç problemlə həsr edilib: səs-küy səviyyəsinin artması, meşə yanğınları və təbiətin ritminin pozulması.

Səs-küy səviyyəsinin artması. Ekspertlər qeyd edirlər ki, səs-küy səviyyəsinin artması müasir şəhərlərin əsas ekoloji problemlərindən biridir. Səs-küy bütün yaş qruplarına adi insanların psixi və fiziki sağlamlığına təsir göstərərək, yuxunun pozulmasına, əsəbiliyə və baş ağrısına, həmçinin hipertoniya, ürəyin işemik xəstəliyi, diabet kimi xəstəliklərin inkişafına və eşitmə qabiliyyətinin pozulmasına səbəb ola bilər.

Məruzə müəllifləri bu problemi yaşıllıqların köməyi ilə həll etməyi təklif edirlər, çünki yaşıllıqlar akustik enerjini udmaq və səs-küyü “səpələmək” qabiliyyətinə malikdir. Avtomagistrallar boyunca cərgə ilə əkilmiş ağaclar səs-küyün səviyyəsini 12 desibelə qədər azalda bilər. Şəhərlərdə səs-küyü azaltmağın daha bir üsulu avtomobillərdən imtina etmək, velosiped və skuterlərdən daha fəal istifadə etməkdir.

İqlim dəyişmələri şəraitində meşə yanğınları. Məruzə müəlliflərinin fikrincə, müasir dövrdə meşə yanğınları ən ciddi ekoloji problemlərdən biridir. Proqnozlara görə, qarşıdakı onilliklər ərzində meçə yanğınları daha böyük əraziləri əhatə edəcək. Son onilliklərdə meşə yanğınları hətta rütubətli tropik rayonlarda da tüğyan edir. Avstraliya, Avropa və Şimali Amerikada tez-tez baş verən tufanlar meşə yanğınları üçün şərait yaradır, nəticədə sular çirkçlənir, torpaq eroziyaya uğrayır, dünya okeanına zərərli kimyəvi elementlər düşür, biomüxtəliflik itirilir.

Fenologiya və dəyişkən təbii ritm. Fenologiya dedikdə mövsümi təbiət hadisələrinin başlanması, davametmə müddətləri və səbəbləri barədə məlumatların toplusu nəzərdə tutulur. Bu hadisələrin müddətləri canlı təbiətdə xüsusi əhəmiyyət kəsb edir: quşlar bala çıxarmaq üçün o vaxt qırt düşür ki, onları böyütmək üçün kifayət qədər qida olsun; həşəratlar bitkilərin çiçəkləndiyi dövrdə fəallaşır, dovşanlar isə qar əriyən dövrdə rənglərini dəyişir.

UNEP məruzəsinin müəllifləri beynəlxalq birliyə müraciət edərək təbii ritmin bərpa edilməsi üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırlar. Bundan ötrü heyvanların yaşayış areallarını bərpa etmək, planetin bioloji müxtəlifliyinin azalmasının qarşısını almaq və ən başlıcası, - istixana qazlarının tullantılarının azalmasına nail olmaq lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!