20 İyun 2025 08:25
1246
Təhsil
A- A+
UNEC-in 95 illik yubileyi qeyd olunub

UNEC-in 95 illik yubileyi qeyd olunub


İyunun 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi qeyd olunub.

"UNEC-in 95 illik inkişaf yolu və gələcək hədəflər" adlı yubiley tədbirindən öncə iştirakçılar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra universitetdə UNEC-in şəhid olmuş tələbə və məzunlarının abidə kompleksinin önünə gül dəstələri düzüblər.

Yubiley tədbirinin açılışında Ümummilli Lider Heydər Əliyevin İqtisad Universitetinin 70 illik yubileyindəkı çıxışı dinlənilib.

Açılış nitqi ilə çıxış edən rektor, professor Ədalət Muradov UNEC kollektivini, məzunlarını yubiley münasibətilə təbrik edib. İqtisad Universitetinin zəngin və şərəfli tarixi yol keçdiyini deyən rektor, bu ali təhsil müəssisəsinin ölkədə köklü ideoloji dəyişikliyə məruz qalan yeganə universitet olduğunu bildirib. Bütün çətinliklərə baxmayaraq, UNEC-in hər zaman Azərbaycan dövlətinə və dövlətçiliyinə, Ulu Öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə sadiqlik nümayiş etdirdiyini diqqətə çatdırıb və bundan sonra da belə olacağını bəyan edib.

Rektor son 10 ildə universitetdə aparılan uğurlu islahatlardan söz açıb. O, UNEC-in regionda rəqəmsal universitet modelini tətbiq edən ilk ali təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb. Həmçinin UNEC-in süni intellektin tədris prosesinə, elmi tədqiqatların təşkili işinə inteqrasiyası məqsədilə xarici mütəxəssislərlə birgə layihə reallaşdırdığını qeyd edib.

Rektor 95 illik yubileyin Ulu Öndər Heydər Əliyevin 23 il öncə İqtisad Universitetinin 70 illik yubileyində qarşıya qoyduğu vəzifələrin, eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ona verilmiş tapşırığın icrası ilə bağlı hesabat günü olduğunu qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev məni rektor təyin edərkən qarşıma bir vəzifə qoymuşdur: "Azərbaycan Dövlət İqtisad Universiteti dünyasəviyyəli universitet olmalıdır". Bu gün QS beynəlxalq reytinqinin nəticələri açıqlanıb. UNEC bu reytinqdə dünyanın 801-850-ci ən yaxşı universitetləri sırasına yüksəlib. Mən cənab Prezidentə hesabat verərək bildirmək istəyirəm: "Sizin verdiyiniz tapşırıq şərəflə yerinə yetirilib. İqtisad Universiteti dünyasəviyyəli universitetdir, cənab Prezident!" Rektor bu uğurun zirvəyə aparan yolun başlanğıcı olduğunu deyib.

Yubiley tədbirində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli UNEC-in 95 il ərzində ağır yollardan keçməsinə baxmayaraq, hazırda müasir tələblərə cavab verən dünyəvi universitet modeli qurduğunu deyib. O, UNEC-in ölkənin əsas elm mərkəzlərindən biri funksiyasını layiqincə yerinə yetirdiyini, eyni zamanda ölkədə əmək bazarını istiqamətləndirən karyera mərkəzinə çevrilidiyini, eləcə də UNEC-in müasir dövrün çağırışlarına uyğun kadrlar yetişdirdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İsgəndərov UNEC kollektivini təbrik edərək, bu ali təhsil müəssisəsinin ölkənin iqtisadçı kadrların hazırlanmasındakı əvəzsiz rolundan söz açıb. UNEC məzunlarının yüksək peşəkarlıq və bilik səviyyələri ilə seçildiyini deyən komitə sədri bir çox ali təhsilli məzunların sonradan UNEC-də ikinci ali təhsil almalarını bu universitetə olan etimadın göstəricisi kimi qiymətləndirib. UNEC-in yalnız yüksək ixtisaslı kadrların deyil, eyni zamanda vətənpərvər gənclərin yetişdirilməsində də müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov yubiley münasibətilə universitetin rəhbərliyini və kollektivini təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb. Hesablama Palatası ilə UNEC-in son illərdəki sıx əməkdaşlığından söz açan Hesablama Palatasının sədri rəhbərlik etdiyi qurumda son 5 ildə işə qəbul olunan 47 (inzibati heyətin 30 faizi) əməkdaşın UNEC məzunu olduğunu deyib. O, ümumilikdə Hesablama Palatasının inzibati heyət üzrə əməkdaşlarının 55 faizinin (84 nəfər) məhz UNEC məzunları olduğunu diqqətə çatdırıb. Hesablama Palatasının UNEC ilə müxtəlif istiqamətlərdə uğurlu layihələr həyata keçirdiyini deyən Vüqar Gülməmmədov əməkdaşlığın bundan sonra da yüksələn xətlə davam edəcəyini bildirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov məzunu olduğu universitetin kollektivini təbrik edərək, UNEC-in ölkəmizin ali təhsil sistemində lider mövqeyə malik olduğunu deyib. Azərbaycanın iqtisadi qüdrətinin davamlı artmasında UNEC-in rolunun böyük olduğunu qeyd edən S.Məmmədov bu təhsil ocağının yetişdirdiyi peşəkar məzunların müxtəlif sahələrdə fəal çalışaraq, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. O, son illərdə UNEC-də aparılan genişmiqyaslı islahatların nəticəsi olaraq məzunların həm dövlət strukturlarında, həm də özəl sektorda önəmli mövqelərdə fəaliyyət göstərdiklərini bildirib.

Millət vəkili, akademik Ziyad Səmədzadə yubiley münasibətilə universitetin kollektivini təbrik edərək, bu ali təhsil müəssisəsinin ölkəyə verdiyi böyük töhfələrdən danışıb. O bildirib ki, UNEC yüksəkixtisaslı mütəxəssislərin hazırlanması ilə yanaşı, innovativ yanaşmaları və müasir təhsil proqramları ölkənin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfələr qazandırır və gələcək nəsillərin yetişdirilməsində özünəməxsus missiyanı davam etdirir.

Sonda rektor, professor Ədalət Muradov UNEC-in son 10 ildə elm, təhsil, tədris,  beynəlxalq əlaqələr və digər sahələrdə əldə etdiyi uğurlar barədə geniş təqdimatla çıxış edib.

Təntənəli yubiley tədbiri UNEC-in himni ilə yekunlaşıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah Bakı, Sumqayıt və Abşeronda bu ayın pensiyaları ödəniləcək

12:26
13 Aprel

Xınalıq yolundakı “qar divarları” - FOTOLENT

12:16
13 Aprel

Dövlət vəsaitlərinin bərpası istiqamətində 93,9 milyon manat icra olunub  

12:06
13 Aprel

Hesabat: Sudanda milyonlarla insan gündə bir dəfə qidalanaraq həyatda qalır

12:03
13 Aprel

Bu ilin I rübündə ölkədə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib

11:55
13 Aprel

Hesablama Palatası ötən il aşkarladığı maliyyə uyğunsuzluqlarının məbləğini açıqlayıb

11:49
13 Aprel

“Könüllülər Yurdu – Azərbaycan” layihəsi başa çatıb

11:47
13 Aprel

Avstraliyada ordu komandanı təyin edilən ilk qadın  

11:33
13 Aprel

“Atəşkəs” sona çatdı: Rusiya Ukraynaya dron zərbələri endirib

11:28
13 Aprel

Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar  

11:13
13 Aprel

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

11:08
13 Aprel

COVID-19-un ağciyər xərçəngi riskinə mümkün təsiri araşdırılıb

11:01
13 Aprel

Türkiyə 119 ölkədən 2700-dən çox FETÖ terrorçusunun ekstradisiyasını gözləyir

10:54
13 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:43
13 Aprel

Bəzi yerlərdə yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensivdir – FAKTİKİ HAVA

10:38
13 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:32
13 Aprel

Brüssel Macarıstandakı seçkilərin nəticələrini müsbət qiymətləndirib

10:26
13 Aprel

İranın keçmiş vitse-prezidentinin oğlu ABŞ-də saxlanılıb və “yaşıl kart”ı ləğv edilib

09:54
13 Aprel

Tramp: ABŞ NATO daxilində kursunu nəzərdən keçirməyi planlaşdırır  

09:49
13 Aprel

ABŞ Prezidenti Roma Papası XIV Leonu İran və Venesuela ilə bağlı mövqeyinə görə tənqid edib  

09:48
13 Aprel

Media: ABŞ İrana qarşı məhdud hücumları bərpa etməyi düşünür

09:43
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!