30 Aprel 2026 20:48
136
İQTİSADİYYAT
A- A+
İndiyədək AYİB tərəfindən Azərbaycana 202 layihə üzrə 3,712 milyard avro investisiya yatırılıb  

İndiyədək AYİB tərəfindən Azərbaycana 202 layihə üzrə 3,712 milyard avro investisiya yatırılıb  


Aprelin 30-da maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə İcraçı direktoru xanım Elizabetta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə AYİB arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, mövcud layihələrin icra vəziyyəti və gələcək təşəbbüslər müzakirə olunub.

Nazir Sahil Babayev bildirib ki, AYİB ilə əməkdaşlıq ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafında mühüm rol oynayır və bankın 2025–2030-cu illəri əhatə edən Ölkə Strategiyası çərçivəsində iqtisadi şaxələndirmə, özəl sektorun inkişafı, yaşıl keçid və regional əlaqəliliyin gücləndirilməsi istiqamətlərində davam etdirilir.

Qeyd olunub ki, indiyədək AYİB tərəfindən Azərbaycanda 202 layihə üzrə 3,712 milyard avro investisiya yatırılıb. Hazırda bankın ölkəmiz üzrə portfeli 898 milyon avro təşkil edir və bunun əhəmiyyətli hissəsi özəl sektorun payına düşür.

AYİB-nin dəstəyi ilə Gəncə şəhərində icra olunan infrastruktur layihələrinin icra vəziyyətinə toxunan nazir, xüsusilə su təchizatı və kanalizasiya layihəsinin strateji əhəmiyyətini qeyd edib, layihələrin mərhələli icrasının və maliyyələşmənin icra qrafikinə uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda, Azərbaycanın AYİB ilə əməkdaşlıq çərçivəsində donor tərəfdaş qismində bank tərəfindən idarə olunan müxtəlif fondlara töhfələr verdiyi qeyd edilib.

Öz növbəsində, E.Falcetti Azərbaycan ilə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, AYİB-nin ölkəmizdə özəl sektorun dəstəklənməsi, yaşıl maliyyə alətlərinin genişləndirilməsi və dayanıqlı infrastrukturun inkişafı istiqamətlərində birgə təşəbbüslərin davam etdirilməsinə hazır olduğunu bildirib.

Görüş zamanı, həmçinin Şəki şəhəri üzrə su təchizatı və tullantı suları layihəsi, eləcə də Böyük Bakı–Abşeron Su Proqramı çərçivəsində nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər yeni layihələrin qiymətləndirilməsi zamanı borc dayanıqlığı, icra potensialı və risklərin balanslı bölgüsünün əsas meyarlar kimi nəzərə alınmasının vacibliyini, eləcə də kredit, qrant və texniki yardım alətlərinin birgə tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Neftçi” 5 il sonra “Qarabağ”a qalib gəldi

22:51
30 Aprel

ABŞ-də 75 gündən sonra Daxili Təhlükəsizlik Departamentinin maliyyələşməsi bərpa edilir

22:46
30 Aprel

Baş Prokurorluq: Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb  

22:30
30 Aprel

Xüsusi Təyinatlı Qüvvələrin şəhid mənsublarının xatirələri yad olunub 

21:43
30 Aprel

Neandertalların məhvinin səbəbi: Zəka çatışmazlığı yoxsa başqa səbəblər?  

21:42
30 Aprel

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub  

21:40
30 Aprel

“App Store”da illik planlar aylıq ödənəcək

21:36
30 Aprel

Gələcəkdə elmi laboratoriyaları kim idarə edəcək: alim yoxsa süni intellekt?  

21:26
30 Aprel

Yetkinlik yaşı 32-ə qədər davam edirmiş

21:18
30 Aprel

Avropa nə qədər yanacaq ehtiyatına malikdir?

21:04
30 Aprel

“Ask YouTube” funksiyası sınaqdan keçirilir  

20:52
30 Aprel

İndiyədək AYİB tərəfindən Azərbaycana 202 layihə üzrə 3,712 milyard avro investisiya yatırılıb  

20:48
30 Aprel

“TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi davam edir

20:48
30 Aprel

Mayın 1-dən dəfn üçün birdəfəlik müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq

20:43
30 Aprel

Naxçıvanda duzun emalı bərpa olunub

20:39
30 Aprel

Volodimir Zelenski: Rusiya atəşkəs müqabilində bəzi sanksiyaların ləğvini təklif edə bilər  

20:34
30 Aprel

Bakıda WUF13 çərçivəsində nəqliyyat monitorinqi keçiriləcək

20:34
30 Aprel

Qoxu hissinin yaranması ilə bağlı kəşf 

20:21
30 Aprel

WUF13 Festivalı: Quba sakinləri Ümumdünya Şəhərsalma Forumunun əsas ideyaları ilə tanış olublar 

20:13
30 Aprel

Kolumbiyada təhlükəsizlik yenidən əsas müzakirə mövzusudur

20:12
30 Aprel

Autizmli uşaqlar üçün ümidverici araşdırma

20:06
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!