26 Aprel 2026 08:52
877
Təhsil
A- A+
Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri) və Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bugünkü imtahanda 55 min 282 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 79 şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahan binasına, zalına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək qadağandır.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Venesuelada 300 məhbus azadlığa buraxılır

22:31
20 May

Azərbaycanda qaz nəqli 2,8 faiz artıb

22:21
20 May

WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub  

22:16
20 May

OECD rəsmisi: WUF13-ün təşkilatçılığı məni heyran etdi

21:52
20 May

Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi ilə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb  

21:39
20 May

Əhalinin istehlak xərcləri 26,1 milyard manatı ötüb

21:27
20 May

WUF13-də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib  

20:58
20 May

Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

20:48
20 May

Zelenski: Ukrayna Rusiya ordusunun Çerniqov-Kiyev istiqamətində hücum əməliyyatları planlarını təhlil edib  

20:41
20 May

WUF13 çərçivəsində qlobal mənzil öhdəliklərinin icrasına dair parlament üzvlərinin dəyirmi masası təşkil edilib  

20:39
20 May

WUF13-də “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf və Şəhərlərin Yaşıl Transformasiyası” sessiyası 

20:36
20 May

Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub  

20:26
20 May

BTC ilə 8,4 milyon tona yaxın neft nəql olunub

20:22
20 May

WUF13 çərçivəsində SPECA Şəhərlər Forumu baş tutub

20:16
20 May

TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib  

20:14
20 May

Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib  

20:06
20 May

WUF13: Şəhər idarəçiliyində məlumat əsaslı strategiyalar və rəqəmsal dönüşüm nəzərdən keçirilib

19:57
20 May

WUF13 çərçivəsində yaşıl, davamlı və yerli mənbəli evlərin qurulması ilə bağlı sessiya baş tutub - YENİLƏNİB  

19:51
20 May

WUF13 çərçivəsində qeyri-formal məskunlaşmaların transformasiyasına dair fikir mübadiləsi aparılıb  

19:47
20 May

İqtisadiyyat Nazirliyində Dünya Bankı Qrupunun vitse-prezidenti ilə görüş olub  

19:41
20 May

WUF13: İqlim dəyişikliyi fonunda Azərbaycan və Latın Amerikasının şəhərsalma təcrübəsi öyrənilib  

19:31
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!