01 May 2026 00:46
628
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edilməsi barədə


№ 124


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 20-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1438 (Cild I) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 15 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:


Kollegiyanın sədri

Azərbaycan Respublikasının maliyyə naziri


Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru”.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 30 ” “ aprel ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!