09 May 2023 02:56
819
CƏMİYYƏT
A- A+
Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası

Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası

 

Mayın 8-də Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Konfransda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Ümummilli Lider Heydər Əliyevin medianın işini, jurnalist əməyini daim yüksək qiymətləndirdiyini, jurnalist peşəsinə hər zaman dərin hörmət bəslədiyini, mətbuat işçiləri ilə yaxın təmasda olduğunu bildirib, onun jurnalistlərin problemləri ilə maraqlandığını və köməyini heç zaman əsirgəmədiyini vurğulayıb.

Ə.İsmayılov deyib ki, Ümummilli Liderin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident  İlham Əliyev medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu böyük etimad media nümayəndələrinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətini artırıb.

Ümummilli Lider Heydər Əliyevin demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığına, eləcə də medianın inkişafına diqqət və qayğısından bəhs edən Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib ki, məhz Ulu Öndərin 1998-ci ildə imzaladığı senzuranın ləğv edilməsi haqqında məlum Fərmanından sonra bir sıra qanunvericilik aktları qəbul olunub, Avropa standartlarına uyğun müstəqil tənzimləyici qurum olan şura yaradılıb, televiziya və radio yayımının tənzimlənməsi sferası tam yeni mərhələyə qədəm qoyub. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və audiovizual media bazarında münbit şəraitin yaranması yeni televiziya və radio yayımçılarının yaranmasına, bu sahənin yeni forma almasına imkan yaradıb.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə milli etimad əsasında - xalqın iradəsi ilə hakimiyyətə gəlməsindən sonra bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də islahat xarakterli məqsədyönlü tədbirlər həyata keçirilib, bu istiqamətdə əsaslı, müsbət dəyişikliklər baş verib. Xüsusilə vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham  Əliyevin rəhbərliyi ilə şanlı Zəfər yürüşünə çıxan igid əsgər və zabitlərimizin unudulmaz qəhrəmanlıqları ilə yanaşı, arxa cəbhədə ideoloji və təbliğat müstəvisində mübarizə aparan dəyərli qələm sahibləri - vətənpərvər və peşəkar jurnalistlərimiz Azərbaycanın mənafelərini qətiyyətlə qoruyub, həqiqi reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaqla erməni yalanlarını ifşa ediblər.

Sonra "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mediası" adlı videoçarx nümayiş etdirilib.

"Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası" mövzusunda keçirilən panel sessiyaya moderatorluq edən Azərbaycan televiziyası sədrinin müavini Rafiq Həşimov Ulu Öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırıldığını deyib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında Ulu Öndər Heydər Əliyev siyasətində media azadlığı və kütləvi siyasi şüur məsələsinə toxunub, Azərbaycanda media azadlığının konstitusion əsaslarından bəhs edərək medianı ictimai rəyi formalaşdıran universal vasitə kimi qiymətləndirib.

 Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Ulu Öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük tarixi xidmətlərindən biri 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğv edilməsi olub. O əlavə edib ki, Ulu Öndər cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynayıb, bütün ölkə jurnalistləri Heydər Əliyevi təkcə dövlət başçısı kimi deyil, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul ediblər.

Audiovizual Şuranın üzvü Telli Pənahqızı Ulu Öndər Heydər Əliyevin görkəmli lider və vətəndaş kimi atdığı addımların müstəqil Azərbaycanın güclənməsində, eləcə də savadlı, peşəkar və xalqını sevən gənclərin, o cümlədən peşəkar jurnalistlərin yetişməsində vacib rol oynadığını diqqətə çatdırıb.

"Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov vurğulayıb ki, Ümummilli Lider tərəfindən mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə, söz və fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaradıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!