06 Noyabr 2025 12:47
599
SİYASƏT
A- A+
Ümumdünya Şəhər Forumu: Bakı qlobal urban inkişafın platformasına çevrilir 

Ümumdünya Şəhər Forumu: Bakı qlobal urban inkişafın platformasına çevrilir 

2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumu (WUF13) Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən qlobal platformadır. Ölkəmiz artıq beynəlxalq tədbirlərə ev sahibliyi üzrə zəngin təcrübəyə malikdir və WUF13 bu ənənəni davam etdirəcək. Bu beynəlxalq tədbir Azərbaycanın şəhərsalma siyasətindəki innovativ yanaşmaları, davamlı inkişaf strategiyalarını və inklüziv urban modelini dünya ictimaiyyətinə təqdim etmək üçün unikal imkan yaradacaq.

WUF13, həmçinin insan mərkəzli şəhərsalma fəlsəfəsini ön plana çıxararaq, sosial ədalət, inklüzivlik və ictimai iştirak prinsiplərini qlobal səviyyədə təqdim etməyə imkan verəcək. Forum çərçivəsində qadınların, gənclərin və əlilliyi olan insanların şəhər həyatına tam inteqrasiyası, həmçinin “Heç kim geridə qalmadı” və “Qadınlar və şəhər transformasiyası” kimi təşəbbüslər vasitəsilə urban inkişafın sosial aspektləri vurğulanacaq. Bu, Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı inklüziv və dayanıqlı şəhərsalma modelini qlobal auditoriyaya təqdim etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Beləliklə, WUF13 yalnız beynəlxalq konfrans deyil - o, Azərbaycanın urban inkişaf strategiyasını modernləşdirmək, sosial və ekoloji dayanıqlılıq prinsiplərini gücləndirmək və ölkənin gələcək onilliklər üçün dayanıqlı şəhərsalma modelini dünyaya nümayiş etdirmək üçün strateji platformadır. Forum, həmçinin yerli mütəxəssislərin bilik və təcrübəsini artırmaq, elmi və akademik əməkdaşlığı təşviq etmək və Azərbaycanda urbanistika sahəsinin inkişafına yeni stimul yaratmaq baxımından da önəmlidir.

Dayanıqlı inkişaf, “ağıllı şəhər” konsepsiyası

Azərbaycan son illərdə “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını milli inkişaf strategiyasının prioritet istiqamətləri kimi müəyyən edib. Xüsusilə, azad edilmiş ərazilərdə - Şuşa, Füzuli, Ağdam, Cəbrayıl və digər şəhər və rayonlarda həyata keçirilən layihələr bu sahədə region üçün nümunəvi model yaradır. Azərbaycanın tətbiq etdiyi bu model bir çox parametrlərinə görə BMT-nin “Yeni şəhər gündəmi” sənədində müəyyənləşdirilmiş prinsiplərlə səsləşir və Asiya ilə Avropa arasında “yaşıl inkişaf körpüsü” formalaşdırır.

Məsələn, Ağdam şəhərinin Baş planı 2050-ci ilə qədər 100 min nəfərlik əhali üçün hesablanıb və tam bərpaolunan enerji mənbələri üzərində qurulacaq. Füzuli və Zəngilan rayonlarında tətbiq olunan intellektual işıqlandırma, tullantıların çeşidlənməsi və suyun təkrar istifadəsi sistemləri isə “yaşıl transformasiyanın real nümunəsi” kimi təqdim olunur. Bu təşəbbüslər Azərbaycanın 2030-cu ilə qədər xalis sıfır karbon emissiyası məqsədinə yönələn Milli Şəhərsalma Strategiyasının praktiki icra mərhələsini təşkil edir.

Dövlətimizin başçısının Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində də bu barədə qeyd olunub: “Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Burada son dörd il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji" zonası elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur”.

Ölkəmiz artıq bir neçə ildir ki, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini praktiki mərhələyə keçirib. Bu layihələrdə əsas istiqamətlər enerji səmərəliliyi, rəqəmsal idarəetmə, su və tullantıların təkrar istifadəsi, həmçinin ekoloji nəzarət sistemlərinin inteqrasiyasıdır.

“Ağıllı şəhər” və “ağıllı kənd” infrastrukturu

• Ağalı kəndi (Zəngilan rayonu) – Azərbaycan Respublikasında ilk “ağıllı kənd” layihəsi kimi, 2022-ci ildən bəri işlək vəziyyətdədir. Burada fərdi evlər Günəş panelləri ilə enerji təminatına malikdir, su təmizləmə və tullantıların ayrılması sistemləri avtomatlaşdırılıb.

• Şuşa və Füzuli şəhərlərinin Baş planlarında “ağıllı şəhər” elementləri — ağıllı küçə işıqlandırma sistemləri, rəqəmsal nəqliyyat idarəetməsi, 5G əsaslı təhlükəsizlik kameraları nəzərdə tutulur.

• Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, 2025–2035-ci illər üzrə “Smart City 2.0” proqramında 12 şəhər və qəsəbənin bu modelə keçidi planlaşdırılır.

Enerji və ekoloji inteqrasiya

• Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası” konsepsiyasını tətbiqi.

• Bərpaolunan enerji layihələrinin (xüsusilə Kəlbəcər-Laçın SES-ləri və Füzuli Günəş Elektrik Stansiyası) istismarı.

• BP, Masdar və ACWA Power kimi beynəlxalq şirkətlərlə imzalanan müqavilələr vasitəsilə 2 QVt-dan çox əlavə generasiya gücü.

Bu layihələrin bir hissəsi WUF13 zamanı “Yaşıl gələcək üçün şəhərlər” tematik sessiyasında təqdim ediləcək.

WUF13 çərçivəsində bu layihələrin nümayişi Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma və innovativ şəhərsalma təcrübəsini qlobal auditoriyaya təqdim etmək baxımından əvəzsiz imkan yaradır. Forum, həmçinin ölkəmizin “davamlı inkişaf” və “yaşıl bərpa” modelini beynəlxalq səviyyədə tanıtmaq üçün mühüm platformadır.

Şəhər mədəniyyəti, sosial inteqrasiya və inklüziv inkişafın təşviqi

WUF13 yalnız infrastruktur və texnoloji yenilikləri deyil, həm də insan mərkəzli şəhərsalma fəlsəfəsini ön plana çıxarır. Azərbaycan bu istiqamətdə multikulturalizm, ictimai həmrəylik və sosial bərabərlik kimi dəyərləri birləşdirən unikal modelə malikdir.

Paytaxt Bakının tarixi irs və müasir memarlığın harmoniyası, İçərişəhərin UNESCO-nun dünya mədəni irsi siyahısında qorunması, Zəngilanın “yaşıl şəhər” konsepsiyası və Şuşanın ölkənin mədəni paytaxtı elan olunması bu modelin əsas nümunələridir. Bu sintez Azərbaycanın həm ənənəyə, həm də innovasiyaya dəyər verdiyini, “insan və şəhər harmoniyası”na əsaslanan bir inkişaf fəlsəfəsi formalaşdırdığını göstərir.

WUF13-ün əsas mövzusu "Dünyada yaşayış: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" olacaq. Bu, Azərbaycanın sosial inkişaf strategiyası ilə səsləşir. Şəhərsalma siyasətində inklüzivlik, əlçatanlıq və iqlimə dayanıqlı həll yolları prioritet istiqamətlərə çevrilir. Forum ölkəmizə yerli icmaların, qadınların, gənclərin və əlilliyi olan insanların şəhər həyatında iştirakının artırılması, onların “şəhərdə yaşamaq hüququ” və “həyat keyfiyyətinin” yüksəldilməsi üçün beynəlxalq təcrübəni tətbiq etmək imkanı yaradır. Məsələn, forum çərçivəsində keçiriləcək panellərdə qadın memarlar, startap rəhbərləri və gənc tədqiqatçılar şəhər dizaynında gender bərabərliyi və gənclərin innovativ yanaşmaları barədə təqdimatlar edəcəklər. Həmçinin ictimai binaların və ictimai nəqliyyatın tam əlçatan dizaynla qurulması, Bakının mərkəzi hissələrində universal dizayn standartlarının tətbiqi müzakirə ediləcək. Əlilliyi olan şəxslərin şəhər infrastrukturuna bərabər çıxışı WUF13-ün sosial mövzularından biri olacaq.

“Açıq şəhər”, “yaşıl infrastruktur”, “rəqəmsal şəhər” və “əsaslı bərpa” kimi mövzular da yerli urban siyasətinin əsas istiqamətlərindən birinə çevriləcək.

Beləliklə, WUF13 Azərbaycanın sosial cəhətdən ədalətli, inklüziv və dayanıqlı şəhərsalma modelinə keçidini sürətləndirən mühüm qlobal platforma rolunu oynayır.

Gələcəyə investisiya: elmi-akademik və peşəkar inkişaf, bilik mübadiləsi və qalıcı təsirlər

WUF13 çərçivəsində Azərbaycan universitetləri, tədqiqat institutları, bələdiyyə qurumları və özəl sektor nümayəndələri beynəlxalq ekspertlərlə birbaşa əlaqə qurmaq imkanına malik olacaqlar. Beləliklə, WUF13 həm də elmi sinerji üçün unikal platformadır. Forum çərçivəsində qəbul ediləcək tövsiyələr və elmi hesabatlar Azərbaycan universitetləri üçün yeni tədqiqat istiqamətləri aça bilər. Bu, “urbanistika elmi”nin Azərbaycanda müstəqil akademik istiqamət kimi formalaşmasına, şəhərsalma, ekologiya və sosial planlaşdırma sahələrinin inteqrasiyasına şərait yaradacaq. Bu isə yerli mütəxəssislərin bacarıqlarının artırılmasına, urbanizasiya sahəsində innovativ layihələrin inkişafına və özəl ilə dövlət sektorunda yeni ideyaların təşəkkül tapmasına stimul verəcək.

Forumun hazırlanma mərhələsində ölkədə keçirilmiş Milli Şəhər Forumu (NUFA3) kimi tədbirlər Azərbaycan üçün qabaqcıl təcrübə rolunu oynayıb. Bu mərhələlər şəhərsalma sahəsində çoxtərəfli dialoq mədəniyyətinin formalaşmasına, yerli aktorların müzakirələrə fəal cəlb olunmasına və nəticəyönümlü işlərin təşkili üçün zəmin yaradıb.

Eyni zamanda, WUF13 yalnız bir konfrans və ya tədbir olmaqla kifayətlənmir; o, davamlı inkişaf, innovativ şəhərsalma, sosial ədalət və ekoloji problemin həllinin həm simvolik, həm də praktik meydanına çevriləcək. Forumun Azərbaycanda keçirilməsi gələcəyə uzunmüddətli investisiya kimi qiymətləndirilə bilər. Şəhərsalma strategiyaları beynəlxalq standartlara uyğun olaraq yenilənəcək, yerli idarəetmə və planlaşdırma sistemləri modernləşəcək, cəmiyyətin müxtəlif təbəqələri — qadınlar, gənclər, əlilliyi olanlar inkişaf prosesinə cəlb olunacaq, özəl sektor üçün yeni sahələr açılacaq, innovasiya və texnologiya urban idarəetməyə inteqrasiya ediləcək.

Rəqəmlərlə ifadə etsək, urbanizasiya artan sürətlə davam edir və dünya üzrə urbanizasiya səviyyəsinin yaxın gələcəkdə 68 faizə çatacağı proqnozlaşdırılır. Bu baxımdan, WUF13-ün Azərbaycanda keçirilməsi sadəcə bir tədbir deyil, davamlı inkişafa yönəlmiş strateji investisiya deməkdir. Çünki bu fəaliyyət, həmçinin şəhərsalma strategiyalarını modernləşdirməyə, yerli idarəetmə sistemlərinin gücləndirməyə və müasir standartlara uyğunlaşdırmağa, sosial ədalət, ekoloji dayanıqlılıq və iqtisadi şaxələndirmə kimi sahələrdə uzunmüddətli və qalıcı təsirlər yaratmağa yönəlib. Forumun nəticələri ölkəmizin inkişaf dinamikasına, şəhərsalma modelinə və sosial rifaha dayanıqlı töhfələr verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:03
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:02
20 May

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 

02:02
20 May

S.X.Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:01
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:01
20 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:00
20 May

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:00
20 May

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

01:58
20 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:56
20 May

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

01:54
20 May

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb  

00:22
20 May

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

23:29
19 May

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər  

23:01
19 May

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb  

22:58
19 May

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb  

22:45
19 May

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB  

22:12
19 May

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır 

21:59
19 May

Tərtərdə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baş çəkilib  

21:39
19 May

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB

21:31
19 May

Azərbaycan ilə Esvatini arasında enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

21:28
19 May

WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib  

21:09
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!