11 Dekabr 2022 03:08
627
SİYASƏT
A- A+
Ulu Öndərin vəsiyyətini İlham Əliyev yerinə yetirdi

Ulu Öndərin vəsiyyətini İlham Əliyev yerinə yetirdi

 

Ümummilli Lider Heydər Əliyev üçün həyatının ən böyük mükafatı xalqın ona göstərdiyi  inam və etimadı idi. Ulu Öndər bu etimadı doğrultmaq üçün yaşadı və uğurlu fəaliyyət göstərdi. Heydər Əliyev bütün həyatını xalqının inkişafına həsr edən nadir şəxsiyyət və dövlət başçısı kimi insanların qəlbində özünə əbədi yer tutdu.
8 Noyabr 2020-ci il gününün hər anı əsrlər sonra da milli yaddaşımızda xatırlanacaq, qürur dolu tarix kimi nəsillərdən-nəsillərə ötürüləcək. Həmin günün səhəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına cəbhədən növbəti xoş müjdəsinin olacağı gözlənilirdi. Hər birimiz yeni şəhər və kəndlərimizin işğaldan azad edilməsi sorağının intizarını çəkirdik. Şuşa şəhəri intizarımızın zirvəsi idi. Hamımız duyurduq ki, Şuşanın - bu mənəviyyat qalamızın azad edilməsi Vətən müharibəsinin artıq sona yaxınlaşması, haqq savaşımızdakı qalibiyyətimizin təsdiqi olacaq. 

 

Onun ən böyük arzusu

 

O möhtəşəm qələbə müjdəsindən əvvəl Ali Baş Komandan İlham Əliyev ölkəmizin Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva ilə birgə Fəxri xiyabana gedib Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edəndə, Ulu Öndərin abidə kompleksi önündə qürur və ehtiramla sayğı duruşunda dayananda hər birimiz anladıq ki, Şuşa artıq azaddır, bir qədər sonra bütün dünya azərbaycanlıları ölkə rəhbərindən bu xoş xəbəri eşidəcək. Bütün bunlar müharibənin taleyinin artıq həll olunmasından, Ermənistanın kapitulyasiya qərarının bircə addımlığına gəlməsindən xəbər verirdi. 
Prezident İlham Əliyev Azərbaycanın haqq  savaşındakı qalibiyyəti xəbərini o sayğı duruşundakı sükutu, qürur və fərəh dolu baxışları ilə Ulu Öndərin bu tarixi günlərimizdən şad olan ruhuna yetirdi. Ən böyük Ata vəsiyyətinin, Ümummilli Liderin ən ülvi arzusunun artıq həyata keçməsi müjdəsini çatdırdı. Hiss olunurdu ki, bu vəsiyyəti, zamanında az qala əlçatmaz görünən bu diləyi yerinə yetirmək Prezident İlham Əliyevin də ən böyük arzusu olub. 

 

Heydər Əliyev müdrikliyi

 

O unudulmaz an həm də Heydər Əliyev müdrikliyinin daha bir ifadəsi idi. Ulu Öndər 2003-cü il  oktyabrın 1-də prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciəti zamanı fikirlərini belə tamamlamışdı: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ümummilli Liderin sağlığında axıra çatdıra bilmədiyi əsas taleyüklü məsələ Azərbaycanın ərazi bütövlüyünün həlli idi. Heydər Əliyev dərin fəhmi, gələcəyə əminlik duyğusu ilə hər zaman inanırdı ki, bu məsələ əvvəl-axır öz həllini tapacaq, tarixi ədalət bərpa olunacaq, xalqımız torpaqlarımızı hansı yolla olur-olsun işğaldan azad edəcək, məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaq və soydaşlarımız əzəli yurdlarında əbədi yaşayacaqlar. Ona görə də Qarabağı, Şərqi Zəngəzuru heç zaman diqqətdən kənarda qoymamaq, buna əsas milli hədəf kimi yanaşmaq və hər gün torpaqlarımızın azadlığına doğru davamlı iş aparmaq Heydər Əliyevin Azərbaycan Prezidenti İlham Əliyevə həm dövlətin ali rəhbərliyindəki ardıcılı, həm siyasət, diplomatiya məktəbindəki bacarıqlı yetirməsi, həm də övladı olaraq ən böyük vəsiyyəti idi.
Prezident İlham Əliyev bu vəsiyyəti yerinə yetirdi, Ulu Öndərin Şuşanın azadlığı arzusunun reallığa çevrildiyi, hər anı fəxarət dolu o gözəl gün tariximizə Azərbaycanın Zəfər Günü kimi yazıldı. 

 

Qələbəyə aparan yol 

 

Xalqımızın 44 günlük Vətən müharibəsindəki qələbəsi böyük bir yoldur və bizi qələbəyə gətirən bu tarixi yol isə Ulu Öndər Heydər Əliyevin hələ ötən əsrin 90-cı illərinin ortalarında müəyyən etdiyi strateji hədəflərdən və bu hədəflərə doğru atdığı addımlardan başlanır. 
1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidli tələbləri ilə ölkənin siyasi rəhbərliyinə qayıdarkən Heydər Əliyev hər cəhətdən böhran vəziyyəti ilə üzləşmiş, vətəndaş müharibəsinin, parçalanma təhlükəsinin bircə addımlığına gəlib çatmış, torpaqları işğal olunmuş Azərbaycana rəhbərliyə başladı. Xalqın bir parça çörək dərdində yaşadığı, ölkə iqtisadiyyatının dağıldığı, bütün qonşularla münasibətlərin  gərginləşdiyi və dövlətə qarşı ciddi xarici təhdidlərin olduğu, cəmiyyəti ümidsizliyin, məyusluğun sardığı bir vaxtda nizami ordusuz, silah-sursatsız, hərbi intizamsız müharibə aparmaq Azərbaycanı gözgörəsi məhvə sürükləmək demək idi. Heydər Əliyev bu reallığı aydın görür və düzgün qiymətləndirirdi. Ulu Öndər fərqində idi ki, bu müharibə geopolitik reallıqlar, keçmiş SSRİ-nin süqutundan sonra regionda yaranmış yeni situasiya, yeni maraqlar kontekstində qiymətləndirilməlidir. Belə bir vəziyyətdə üstünlük qazanmaqdan ötrü birinci sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasından, müstəqilliyini yenicə qazanmış Azərbaycanın beynəlxalq mövqelərinin müxtəlif üsullarla gücləndirilməsindən, ordu quruculuğundan və bütün bunlara paralel olaraq demokratik-hüquqi dövlət quruculuğundan başlamağın zəruriliyini yaxşı görürdü. 
Ona görə də Heydər Əliyev 1994-cü ildə xalqın dəstəyi ilə düzgün qərar verərək cəbhə bölgəsində atəşkəsə nail oldu. Bununla bir tərəfdən insan itkilərinin, yeni faciələrin qarşısını aldı, digər tərəfdən Azərbaycana mövcud resurslarını ölkənin inkişafına yönəltmək imkanı qazandırdı. Eyni zamanda ölkəmiz Ermənistanın və erməni lobbisinin o illərdə bütün dünyada Azərbaycan ətrafında yaratdıqları informasiya blokadasını yarmaq, gerçəkləri beynəlxalq ictimaiyyətə düzgün çatdırmaq imkanları əldə etmiş oldu. 

 

Dönüş nöqtəsi 

 

Ümummilli Liderin müəyyən etdiyi yeni neft strategiyası, bu böyük dövlət adamının qətiyyəti sayəsində dünyanın transmilli korporasiyaları ilə imzalanmış "Əsrin müqaviləsi" ölkənin sosial-iqtisadi dirçəlişində dönüş nöqtəsinə çevrildi. Cəmiyyətdə yaradılmış sabitlik və inkişaf mühiti hüquqi dövlət quruculuğu, demokratik inkişaf proseslərini də inamla aparmağa imkan yaratdı. Qanunsuz silahlı birləşmələr ləğv edildi, cəmiyyətdə qanunun aliliyi təmin olundu. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğu üçün əsasları müəyyən etdi. 
Bütün bunlara paralel olaraq Azərbaycan beynəlxalq təşkilatlarda öz mövqelərini tədricən genişləndirməyə başladı. Həm də sülh prinsiplərinə sadiq qaldı. 

 

Yeni zəfərlərə doğru

 

Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə də ardıcıl şəkildə davam etdirildi və daha böyük nailiyyətlərlə müşayiət olunmağa başladı. Ölkəmizin getdikcə artan sosial-iqtisadi imkanları ordumuzu gücləndirməyə şərait yaratdı. Azərbaycanın regionun lider dövləti kimi beynəlxalq aləmdə mövqelərini gücləndirməsi xaricdəki dostlarımızın, haqq işimizə dəstək olanların çevrəsini genişləndirdi, Ermənistanın işğalçı fəaliyyətini qınayan sənədlərin qəbuluna müvəffəq oldu. Beləliklə, sülh imkanları bitərsə, Azərbaycanın ərazi bütövlüyünün ordumuzun gücü ilə hərbi yolla təmin olunması üçün beynəlxalq hüquqi təminat yaradılmış oldu. 
Bütün bu nailiyyətlər qarşısında işğalçı siyasəti ucbatından inkişaf imkanlarından uzaq düşən, əhalisi səfalət içində yaşayan, ölkəni kütləvi şəkildə tərk edən, gələcəyinə heç bir ümid işığı görünməyən, özünə qapanmış Ermənistan vardı. 2020-ci ilin 27 sentyabr günü işğalçının cəbhə bölgəsində törətdiyi növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. BMT-nin Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması barədə qəbul edilən, amma təxminən 30 ilə yaxın havadan asılı qalmış qətnamələri ordumuzun gücü ilə icra olundu. Ordumuzun ardıcıl qələbələri ilə ordusu tamam darmadağın edildikdən sonra kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalan Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə belə atmadan təhvil vermək məcburiyyətində qaldı. 
İşğaldan azad edilmiş bütün rayonlarımızda yenidən üçrəngli bayrağımızın dalğalanması, bu ərazilərdə Azərbaycanın dövlət quruluşunun bərpası, qısa zamanda azad yurdlarımızda həyata keçirilən bərpa-abadlıq tədbirləri, artıq bu yurdlara böyük köçün başlanması Ulu Öndər Heydər Əliyevin gerçəkləşən arzuları, ideallara sadiqliklə yerinə yetirilən vəsiyyətləridir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə bağlı keçirilən tədbirdəki çıxışında bu məqamı xüsusi vurğulayaraq dedi: "Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirik". Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında, Heydər Əliyev ideyaları işığında bundan sonra da yeni qələbələrə, yeni möhtəşəm nailiyyətlərə doğru irəliləyəcək. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!