12 Dekabr 2025 11:38
229
SİYASƏT
A- A+
Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında və tariximizdə əbədi yaşayacaq  

Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında və tariximizdə əbədi yaşayacaq  

 Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam.

 Heydər Əliyev


Ulu Öndər Heydər Əliyev böyük fədakarlıqlar hesabına qurub-yaratdığı Azərbaycan dövlətinin müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini və sarsılmazlığını təmin etmişdir. Xalqımız müstəqil dövlətçiliyə görə hər zaman Ulu Öndərə minnətdar olacaqdır.

Ümummilli Lider Heydər Əliyev  tarixi şəxsiyyətdir.  Bir ictimai-siyasi xadimi xarakterizə edəndə  mütləq  onun şəxsi keyfiyyətləri,  əqidəsi, həyata baxışı  da nəzərdən keçirilməlidir. Və əgər biz bu kontekstdən yanaşsaq,  deyə bilərik ki, Heydər Əliyev fenomenal insan idi. O, müxtəlif dövlət orqanlarında çalışanda da, sovet dövründə Azərbaycana rəhbərlik edəndə  yeni tendensiyalar gətirirdi.  Özü və ailəsi nümunə idi.  Biz hər zaman deyirik ki, ailə cəmiyyətin nüvəsidir. Ulu Öndər öz şəxsi nümunəsi, ailə üzvlərinə olan münasibəti ilə ziyalılıq, alicənablıq, qarşılıqlı anlaşma, hörmət,  yüksək insani- əxlaqi  keyfiyyətləri yenidən aktaullaşdırdı. 

Ulu Öndər milli kimliyimizin, milli mədəniyyətimizin  inkişafı üçün çox mühüm işlər gördü.  Qeyd etmək lazımdır ki, o dövrdə  müstəqil olaraq milli mədəniyyət günləri, ədəbi-bədii  yaradıcılıq gecələri, poeziya günləri, festivallar, beynəlxalq tədbirlər  keçirmək elə də asan məsələ deyildi. Lakin Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, böyük iradə göstərirdi və bu tədbirlərin keçirilməsinə nail olurdu. O zaman Xan qızı Nətavanın ev muzeyini yaratmaq,  Vaqifin məqbərəsini ucaltmaqla yanaşı, İranda, xüsusilə də Təbriz və azərbaycanlıların  yaşadığı şəhərlərdə  sənaye sərgiləri keçirmək, onların məhsullarını Bakıda tanıtmaq, əməkdaşlıq qurmaq,  Zəngəzur cəmiyyətini yaratmaq – bütün bunlar bir  inqilab idi, bir yenilik idi.  Heydər Əliyevin şəxsi nüfuzunun nəticəsi idi ki, Azərbaycanda belə mühüm tədbirlər  həyata keçirilirdi. 

Heydər Əliyevin ailəyə, uşağa, yaşlı insana olan münasibəti, yardımsevərliyi, insansevərliyi, müxtəlif tədbirlərdə söylədiyi fikirlər, çıxışlar yalnız  dərin bir dünyagörüşündən, çoxillik həyati təcrübədən xəbər vermir, eyni zamanda, Azərbaycan gerçəkliyini, xalqımızın mənəvi, mədəni tarixi və intellektual həyatını əks etdirir. Hətta Müasir Azərbaycan ictimai fikir tarixində xüsusi əhəmiyyət kəsb edir. Çünki bu fikirlər, bir çağırışdır, nəsihətdir, tövsiyədir, dövlətimizin, xalqımızın, vətəndaşımızın gələcək inkişafına, atacağı addımlara işıq salan mayakdır.

O deyirdi ki: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətənə, torpağa, millətə sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Məqsəd aydındır:  Azərbaycanı bütöv, müstəqil, güclü görmək, Azərbaycan vətəndaşını əzmli, vətənpərvər, qüdrətli görmək. “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Bəli, bu həm öhdəlik, həm də bir nəsihət idi. Tarixin ayrı-ayrı dövrlərində bizi milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən ayırmaq, sahib olduğumuz milli-mədəni-dini sərvətimizi saxtalaşdırmaq istəyiblər. Lakin xalq o zaman öz böyüklüyünü dərk edir ki, öz kökündən ayrı düşmür. Ulu Öndər bu məsələyə çox həssaslıqla yanaşırdı, keçmişindən ayrı düşən xalq, bu günü yaşayıb, gələcəyini qura bilməz. Ona görə də, bu böyük şəxsiyyət, hər bir fürsətdə  inamla, davamlı olaraq çalışır, mənsub olduğumuz tariximizi, mədəni dəyərlərimizi yaşatmaq üçün inanılmaz işlər görürdü.   

Heydər Əliyev vətənə, xalqa son dərəcə bağlı olub. Hətta bütün vəzifələrindən istefa verdikdən sonra da  Azərbaycan uğrunda mübarizə aparıb. 1990-cı ildə 20 yanvar hadisələri baş verəndə bütün təhlükələrə baxmayaraq, Ulu Öndər Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gəldi, dərin hüzn içərisində xalqımıza başsağlığı verdi. Ulu öndər Vətəninin harayına yetişərək beynəlxalq mətbuat konfransı keçirdi.  Bu, Azərbaycanda baş verən cinayətin və əsl həqiqətlərin bütün dünyaya yayılması sahəsində ən mühüm addım idi.   Bu nəyin göstəricisi idi? Ulu Öndər yaxşı bilirdi ki, onun həyatına təhlükə var, hətta ailə üzvlərinin də həyatı təhlükədədir. Lakin Vətən sevgisi, xalqa olan böyük məhəbbət bütün təhlükələr və çətinlikləri arxada qoyurdu.  

Dünya şöhrətli siyasətçi və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev 1990-cı ildə Vətənə qayıtdı.  1993-cü ildə xalqın istəyi ilə  ölkəyə yenidən rəhbərlik edən Ümummilli Lider faktiki olaraq Azərbaycanı, dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Azərbaycanı növbəti fəlakətlərdən xilas etdi. 

Xilaskarlıq missiyasinı yerinə yetirən Ulu Öndər Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq, ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.

Heydər Əliyevin ən  böyük arzusu torpaqlarımızın erməni işğalından azad edilməsi idi. Ulu Öndər  bizi bu Qələbəyə inandırırdı, çünki özü torpaqlarımızın azad olunacağına əmin idi. Onun çıxışları hər birimizdə inam yaradırdı. Bütün həyatını erməni millətçiləri, separatçıları və onların havadarı ilə mübarizəyə həsr edən dahi siyasətçi, qəti şəkildə bildirirdi ki, heç vaxt ruhdan düşmək və bir an belə mübarizədən geri çəkilmək olmaz. Ulu Öndər bildirirdi ki, “əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik”. 

Zaman Heydər Əliyevin nə qədər müdrik və uzaqgörən siyasətçi olduğunu göstərdi. Prezident İlham Əliyev həm xalqımızın arzusunu  gerçəkləşdirdi, həm də ata vəsiyyətini yerinə yetirdi.  Ümummilli Lider Heydər Əliyev siyasətini davam etdirən, onu daha da gücləndirən Prezident, Ali Baş Komandan İlham Əliyev siyasi və hərbi müdrikliklə  Vətəni erməni işğalından azad etdi. 

Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazanmışdır. 

1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. 1995-2003-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, o cümlədən qadın və uşaq hüquqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.

Heydər Əliyev siyasəti ölkənin inkişafının, müasirləşməsinin və yeniləşməsinin əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yüksəlir, iqtisadiyyatımız inkişaf edir,  insanların rifahı daha da güclənir, ölkənin hərbi qüdrəti artır. Bütün sosial təbəqələrin müdafiəsinin gücləndirilməsi, həyat tərzinin yaxşılaşdırılması üçün həyata keçirilən sosial islahatlar göz önündədir. Azərbaycan müasirləşir, şəhər və kəndlərin siması kökündən dəyişir. “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyası uğurla həyata keçirilir. 

Bu gün Azərbaycan dünyanın uğurlu dövlətlərindən biri kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması xalqımızın qürur mənbəyinə çevrilib.  Azərbaycan bu illər ərzində regionun lider dövlətinə çevrilib, nəhəng nəqliyyat və enerji layihələrinin təşəbbüskarı olub və dünyaya sübut edib ki, Cənubi Qafqazda ən güclü dövlətdir. 

22 ildir ki, Ümummilli Liderimiz Heydər Əliyev cismani olaraq aramızda yoxdur. Lakin, onun ideyaları, arzuları, fikirləri həmişə bizimlə olacaqdır. Ulu Öndərin ruhu şaddır, çünki Azərbaycan qarşısında dayanan taleyüklü məsələləri həll edərək, daha da  inkişaf edir, beynəlxalq aləmdə  özünü təsdiq edir, haqqını qoruyur. Ulu Öndər deyib: “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qurur hissi ilə bəyan edəcəkdir”.  

Azərbaycanın tək bölgədə deyil, dünyada nüfuzu artır. Ölkəmiz qlobal təşəbbüslər irəli sürür, düşündürən məsələləri səsləndirir, təkliflər irəli sürür, sülh, təhlükəsizlik, harmoniya, bərabərlik, ədalətlilik naminə öz layiqli töhfələrini verir. Bəli,  biz qürurluyuq, alnımız açıq və başımız dikdir. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə, öz dövləti ilə, öz tarixi ilə fəxr edir!


Hicran HÜSEYNOVA,

Milli Məclisin komitə sədri, professor 



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib  

14:00
12 Dekabr

Prokurorluq əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər  

13:59
12 Dekabr

Ağdərənin Həsənriz kəndinə növbəti köç yola salınıb  

13:58
12 Dekabr

On bir ayda müavinətlər üzrə 1 milyard 66 milyon, Prezident təqaüdləri üzrə 685 milyon manat ödənilib  

13:58
12 Dekabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

13:51
12 Dekabr

Azərbaycan əhalisinin gəlirləri açıqlanıb  

13:50
12 Dekabr

Əmanətlərin 68,8 faizi milli, 31,2 faizi xarici valyutada qoyulub  

13:48
12 Dekabr

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda leysan olacaq  

13:47
12 Dekabr

Baş nazir Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsini ziyarət edib  

13:34
12 Dekabr

Kiyev Donbasda cəbhə xətti boyunca bufer zonasının yaradılmasına razılıq verib  

13:33
12 Dekabr

Ağdərə sakini: Bu gün həm sevincli, həm də qürurluyam  

13:30
12 Dekabr

Böyük Qayıdış: Ağdərənin Vəngli kəndinə daha 16 ailə yola salınıb  

13:29
12 Dekabr

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

13:22
12 Dekabr

Xocalıda Ulu Öndərin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib  

13:18
12 Dekabr

Heydər Əliyev irsi Azərbaycan xalqının qiymətli sərvətidir  

13:16
12 Dekabr

“ChatGPT” qətl və sonrakı intiharda iştirak etməkdə ittiham olunur  

12:54
12 Dekabr

Ən çox istifadə olunan sığorta növləri hansıdır?

12:41
12 Dekabr

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib  

12:21
12 Dekabr

Birol Akgün: Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün əvəzsiz xidmətlər göstərmiş böyük dövlət xadimidir VİDEO  

12:08
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi Gürcüstanda da ehtiramla yad olunub  

11:53
12 Dekabr

DİN-in şəxsi heyəti Ulu Öndərin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib 

11:47
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!