13 İyul 2024 09:00
881
Mədəniyyət
A- A+
TÜRKSOY-un 31 yaşı tamam oldu

TÜRKSOY-un 31 yaşı tamam oldu

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un yaranmasının dünən 31 ili tamam oldu. TÜRKSOY türkdilli ölkələr arasında qurulmuş ilk beynəlxalq təşkilatdır. İdeyası 1992-ci ildə irəli sürülmüşdü. 
Bununla bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilmişdi. 1993-cü il iyulun 12-də Almatı şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirlərinin iştirakı ilə olan toplantıda "Türk Kültür və Sənətləri Ortaq Yönətimi"nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanmışdı. 2009-cu ildən qurum Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.
1993-cü ildən bəri TÜRKSOY bəşər mədəniyyəti xəzinəsinin nadir incilərinə çevrilmiş türk xalqlarının zəngin irsinin araşdırılması, öyrənilməsi və dünyada tanıdılmasında mühüm mədəni layihələr reallaşdırır. Təşkilat türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət-ənənələrinin, mədəni irsinin qorunması, öyrənilməsi, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub. 6 qurucu üzv ölkəsindən başqa, Şimali Kipr Türk Cümhuriyyəti, həmçinin Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakasiya və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi təşkilatda müşahidəçi üzvlük statusuna malikdir.
Fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyənləşdirilir. Təşkilatın cari fəaliyyətinə baş katib rəhbərlik edir.  1993-cü ildən TÜRKSOY-un ilk baş katibi Azərbaycan Respublikasının Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri, Xalq artisti Polad Bülbüloğlu idi. Təşkilatın ikinci baş katibi - Qazaxıstanın keçmiş mədəniyyət naziri, musiqi xadimi Düsen Kaseinov (2008-ci ildən) seçildi. TÜRKSOY-un üçüncü baş katibi olan Qırğızıstanın keçmiş mədəniyyət naziri, həmin ölkənin Xalq yazıçısı Sultan Raev 2022-ci ilin martından bu təşkilata rəhbərlik edir.
TÜRKSOY yarandığı gündən olduqca əhəmiyyətli işlər həyata keçirir.
Tarixi, dili, mədəniyyəti ilə eyni kökə bağlı olan türk xalqları 31 ildir ki, bu beynəlxalq təşkilatda birləşərək sənət dəyərlərini bir araya gətirərək təbliğ edirlər. Ümumtürk mədəni irsinin təbliği və tanıdılması, türk xalqlarının mədəni irsinin öyrənilməsi, türkdilli xalqlar, ölkə və diyarlar arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından təşkilatın fəaliyyəti təqdir olunur. Qurumun uğurlu layihələrinin bir çoxu artıq ənənəyə çevrilib, hər il davam etdirilir.
TÜRKSOY-un təşkilatçılığı ilə ənənəvi olaraq türk xalqlarının tarixində baş vermiş mühüm hadisələr, bəşər mədəniyyətinin xəzinəsinin inciləri sayılan milli eposların, dahi şəxsiyyətlərin, korifeylərin ildönümləri bayram edilir. "Manas" eposunun 1000, Əmir Teymurun 660, Məhəmməd Füzulinin 500, Abay Kunanbayevin 150 illiyinin, Qazaxıstanın yeni paytaxtı Astananın açılışının, türkdilli xalqların milli eposu olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunan və digər yubiley mərasimləri bu qəbildəndir. TÜRKSOY-un təşkilatçılığı ilə həyata keçirilən birgə tədbirlər, layihələr, xalqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. 
Türk xalqları arasında əlaqələrin inkişafına, ortaq mədəni dəyərlər vasitəsilə dostluq və qardaşlıq bağlarının möhkəmləndirilməsinə səy göstərən bu beynəlxalq təşkilatın fəaliyyətində Azərbaycan yaxından iştirak edir. Ötən il TÜRKSOY-un 30 illiyi respublikamızda geniş qeyd olundu. Ölkəmizin müxtəlif bölgələrində bir-birindən maraqlı tədbirlər düzənləndi.
Təşkilatın digər üzvləri kimi, Azərbaycanın da görkəmli mədəniyyət, ədəbiyyat xadimlərinin adına hər il TÜRKSOY-un xatirə ili elan olunur. Ümumiyyətlə, bu beynəlxalq təşkilat ölkəmizlə bağlı maraqlı, əhəmiyyətli çoxsaylı birgə layihələr reallaşdırıb. TÜRKSOY-un "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsi iki dəfə Azərbaycanda gerçəkləşib. 2016-cı ildə "Türk dünyasının mədəniyyət paytaxtı" Şəki şəhəri, ötən il isə Şuşa şəhəri olub. 2023-cü ildə, eyni zamanda TÜRKSOY Daimi Şurasında dönəm koordinatorluğunu Azərbaycan həyata keçirib.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!