04 Sentyabr 2024 14:25
943
Mədəniyyət
A- A+
Türkiyənin nüfuzlu Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması müzakirə olunub

Türkiyənin nüfuzlu Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması müzakirə olunub

 

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Antalyada keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində qardaş ölkənin nüfuzlu təhsil müəssisəsi olan Akdeniz Universitetinin rektoru professor Özlenen Özkanla görüşüb.

AZƏRTAC xəbər verir ki, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Azər İsmayılın da iştirak etdiyi görüşdə ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlər, mədəni əlaqələrimizin daha da genişləndirilməsi və bu istiqamətdə həyata keçiriləcək birgə layihələr müzakirə olunub.

Toplantıda Akdeniz Universitetində yaradılacaq Azərbaycanşünaslıq Mərkəzi üçün nəzərdə tutulan ərazi və onun dizaynı, ayrılacaq zalda ölkəmizə dair mini kitabxananın təşkili, sözügedən mərkəzin çoxfunksiyalı fəaliyyəti, eləcə də mühazirə və açıq dərslərin keçirilməsi razılaşdırılıb.

Bununla bağlı Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, sözügedən mərkəzdə dövlət rəmzlərimiz, ölkələrimizin qardaşlıq münasibətləri, tariximiz, mədəniyyətimiz və dahi şəxsiyyətlərimizə dair guşələr yer alacaq, tanınmış şəxsiyyətlərimizin portretləri, habelə Azərbaycana dair rəsmlər, fotoşəkillər, suvenirlər, xalçalar, kəlağayılar və daimi sərgilər yer alacaq.

Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq Azərbaycanşünaslıq Mərkəzini texniki avadanlıqlarla təmin edəcək və gələcəkdə mərkəzdə ana dilimizin öyrədilməsi məqsədilə kurslar təşkil olunacaq. Azərbaycanşünaslıq Mərkəzi Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə fəaliyyətini daimi koordinasiya edərək, birgə layihələr reallaşdıracaq, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi, milli mədəniyyətimizi qardaş ölkədə daha geniş və sistemli təbliğ edəcək, Azərbaycan və Türk dünyası universitetləri ilə körpü rolunu həyata keçirəcək.

Qeyd edək ki, 24 fakültə, 74 min tələbəsi ilə Türkiyənin ən nüfuzlu təhsil ocaqlarından sayılan Akdeniz Universitetində 600-dən çox azərbaycanlı tələbə təhsil alır. Mərkəz gələcəkdə Azərbaycanşünaslıq Mərkəzi Universitetdəki azərbaycanlı tələbələrin dərnəklərinin fəaliyyətinə dəstək olacaq və hər iki ölkənin gəncləri mərkəzin xidmətlərindən faydalanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!