28 Dekabr 2025 22:47
124
SİYASƏT
A- A+
Türkiyəli ekspert: Azərbaycana qarşı qərəzli məhdudiyyətlərin davam etdirilməsi elementar hüquqi məntiqə ziddir

Türkiyəli ekspert: Azərbaycana qarşı qərəzli məhdudiyyətlərin davam etdirilməsi elementar hüquqi məntiqə ziddir


Qərəzdən tamamilə imtina edilməsi və regionun reallıqlarının nəzərə alınması Cənubi Qafqazda davamlı sülhə nail olunması, münasibətlərin normallaşdırılması və proseslərin inteqrasiyasına dair səylərin dəstəklənməsinin əsasısır.

Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Qars Qafqaz Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər şöbəsinin müdiri, professor Elnur Hasan Mikail Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin rəsmi saytında Azərbaycana yardımın göstərilməsinə qoyulan məhdudiyyətlərin ləğv edilməsi haqqında qanun layihəsinin mətninin dərc olunmasını şərh edərək bildirib.

Ekspert “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğv edilməsinin təkcə Azərbaycana deyil, həm də regionda ədalət və sülh uğrunda mübarizə aparan bütün tərəflərə güclü siyasi mesaj olacağına əminliyini bildirib.

O, ABŞ qanunvericiliyində Azərbaycan əleyhinə düzəlişin mövcud olmasını “müasir Cənubi Qafqazın reallıqları ilə açıq-aşkar uyğunsuzluq” adlandırıb. Həmçinin qeyd edib ki, soyuq müharibədən sonrakı dövrün xaotik geosiyasi mühitində yalnız hüquqi deyil, həm də siyasi uyğunsuzluğun nümunələrinə çevrilən müəyyən hüquqi aktlar qəbul edilib: “Bu cür nümunələrdən biri onilliklər sonra Cənubi Qafqazda sülhə və normallaşmaya zərər verən 907-ci düzəlişdir”.

Professor Azərbaycan ilə Ermənistan arasında davam edən dinc dialoq prosesinin regionda ticarət və iqtisadi münasibətlərin tədricən bərpasına gətirib çıxara biləcəyini vurğulayıb: “Regiondakı müsbət reallıqlar nəzərə alınmaqla, Azərbaycana qarşı qərəzli məhdudiyyətlərin davam etdirilməsi elementar hüquqi məntiqə ziddir və diplomatik əsaslandırılması yoxdur. Regionda heç bir blokada yoxdur, regiondakı bütün ölkələr isə xüsusən də Azərbaycan kommunikasiyaların bərpa edilməsinə hazırdır”.

Elnur Hasan Mikail qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazı qarşılıqlı inteqrasiya olunmuş iqtisadi bölgəyə çevirmək istəyi təkcə Bakı və İrəvanın deyil, həm də bütövlükdə regionun maraqlarına cavab verir və uzunmüddətli normallaşmaya və əhalinin rifahının artmasına töhfədir: “ABŞ-ın Cənubi Qafqazdakı status-kvonu effektiv şəkildə tanıması heç kimə sirr deyil ki, 907-ci düzəlişin dayandırılmasında da öz əksini tapıb. Nəticədə, ABŞ və Azərbaycan təhlükəsizlik və müdafiə sahəsində fəal əməkdaşlıq edirlər. Lakin bu, Prezident Donald Tramp administrasiyasının siyasətinə zidd olan sənədin mövcudluğunu gündəmdən çıxarmır”.

Professor diqqətə çatdırıb ki, region ictimaiyyətində belə bir təəssürat yaranır ki, Azərbaycan enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və Avrasiyada yeni marşrutların inkişafında ABŞ-ın mühüm və etibarlı tərəfdaşı kimi özünü göstərsə də, hazırkı ABŞ hökuməti “keçmişin ədalətsiz və subyektiv reflekslərini” atmaq gücündə deyil. “907-ci düzəliş Vaşinqtonun özünün maraqlarını və siyasətini sarsıdan anaxronizmdir”, - deyə ekspert bildirib.

O, 1992-ci ildə ABŞ Konqresi tərəfindən erməni lobbisinin təzyiqi altında qəbul edilmiş düzəlişin tez bir zamanda ləğv olunmasına ümid etdiyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Putinlə Tramp arasında telefon danışığı bir saatdan çox davam edib  

00:35
29 Dekabr

Ukrayna Silahlı Qüvvələri: Qulyapole şəhəri Rusiya ordusu tərəfindən ələ keçirilməyib  

23:18
28 Dekabr

Tramp Zelenksi ilə görüş öncəsi Putinlə danışıb  

23:17
28 Dekabr

Türkiyəli ekspert: Azərbaycana qarşı qərəzli məhdudiyyətlərin davam etdirilməsi elementar hüquqi məntiqə ziddir

22:47
28 Dekabr

Mark Rutte: Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın  

21:48
28 Dekabr

BDYPİ əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib  

21:03
28 Dekabr

Naxçıvana 35 santimetr qar yağıb  

19:44
28 Dekabr

Şuşaya mövsümün ilk qarı yağıb

17:54
28 Dekabr

Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycan idmanını tarixi zirvələrə yüksəldib

17:04
28 Dekabr

Türkiyə dünya aviasiya tarixində ilkə imza atıb  

16:47
28 Dekabr

Laçında qarlı hava şəraiti ilə bağlı qurumlar gücləndirilmiş rejimdə çalışır VİDEO  

15:42
28 Dekabr

Polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar  

15:26
28 Dekabr

Ağdərədə yollar xüsusi texnikalarla təmizlənir

14:36
28 Dekabr

Yol polisi dağlıq ərazilərdə mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

14:13
28 Dekabr

Cəbrayıl şəhərinə və Horovlu kəndinə mövsümün ilk qarı yağıb  

13:47
28 Dekabr

Laçın şəhəri ağ örpəyə bürünüb, qarın hündürlüyü 5 santimetrə çatıb 

13:30
28 Dekabr

Sabahın hava proqnozu – bəzi rayonlara qar yağacaq

13:16
28 Dekabr

Azərbaycan bəstəkarının əsərləri Ankarada Atatürkün xatirəsinə həsr olunmuş konsertdə səsləndirilib

12:41
28 Dekabr

AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edib  

11:48
28 Dekabr

Bu gün vəkillərin peşə bayramı günüdür  

11:31
28 Dekabr

Naxçıvanda qarın hündürlüyü 29 santimetrə çatıb 

11:02
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!