27 Dekabr 2025 20:53
141
SİYASƏT
A- A+
Rumıniyalı politoloq 907-ci düzəlişin aradan qaldırılmasını Cənubi Qafqazda sülhə dəstək kimi qiymətləndirib

Rumıniyalı politoloq 907-ci düzəlişin aradan qaldırılmasını Cənubi Qafqazda sülhə dəstək kimi qiymətləndirib


Rumıniyalı geopolitik və təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, professor Vasile Simileanu Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar fonunda ABŞ-ın “Azadlığa dəstək aktı”na daxil edilmiş 907-ci düzəlişin artıq məntiqi və siyasi əsasını itirdiyini bildirir.

V.Simileanu bildirir ki, hazırkı mərhələdə Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin davam etməsi, kommunikasiyaların açılması məsələsinin gündəmdə olması, ticarət və iqtisadi əlaqələrin bərpası istiqamətində real müzakirələrin aparılması regionda keyfiyyətcə yeni vəziyyət yaradıb. Belə bir şəraitdə, iddia edilən blokadanın mövcud olmadığı açıq şəkildə göründüyü halda, 907-ci düzəlişin qüvvədə saxlanılması ziddiyyətli və əsassız təsir bağışlayır.

Ekspert vurğulayır ki, bu düzəliş müəyyən tarixi dövrün siyasi yanaşmalarının məhsulu olub və həmin dövrün reallıqları ilə şərtlənib. Lakin zaman keçdikcə regionda güc balansı, diplomatik mexanizmlər və təhlükəsizlik arxitekturası ciddi şəkildə dəyişib. V.Simileanuya görə, köhnə siyasi alətlərin dəyişməz saxlanılması nə regional sabitliyə, nə də beynəlxalq vasitəçilik səylərinə xidmət edir.

O bildirir ki, hazırda Cənubi Qafqazda əsas prioritet qarşıdurma deyil, qarşılıqlı etimadın formalaşdırılmasıdır. Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə müzakirələr, nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyanın təşviqi regionun gələcək inkişafını müəyyən edən əsas istiqamətlər kimi ön plana çıxır. Bu proseslərin fonunda selektiv məhdudiyyətlərin saxlanılması sülh gündəliyi ilə uzlaşmır.

Ekspertin sözlərinə görə, ABŞ Prezidentinin 907-ci düzəlişin təsirini müvəqqəti dondurması belə onun mahiyyət etibarilə problemli olduğunu göstərir. Lakin V.Simileanu hesab edir ki, müvəqqəti qərarlar strateji baxımdan yetərli deyil. Əgər məqsəd regionda davamlı sülhə və sabitliyə töhfə verməkdirsə, yanaşma da sistemli və ardıcıl olmalıdır.

“Beynəlxalq hüquq və ədalət prinsipləri baxımından bu düzəlişin saxlanılması ikili standart təsiri yaradır. Mövcud reallıqlar isə regional əməkdaşlığı təşviq edən, tərəflər arasında balansı qoruyan və sülh prosesini gücləndirən yeni siyasi qərarların qəbulunu tələb edir”, - deyə professor bildirib.

Nəticə etibarilə, Vasile Simileanu vurğulayır ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etdiyi, iqtisadi və nəqliyyat əlaqələrinin müzakirə olunduğu bir mərhələdə 907-ci düzəlişin aradan qaldırılması yalnız hüquqi addım deyil, eyni zamanda, Cənubi Qafqazda sülhə real dəstək verən prinsipial siyasi qərar kimi qiymətləndirilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TÜRKPA nümayəndə heyəti Qazaxıstan Prezident Mərkəzini ziyarət edib  

23:56
27 Dekabr

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər  

23:51
27 Dekabr

Prezident Ərdoğan: Türkiyənin inkişafının qarşısını almaq cəhdləri iflasa məhkumdur  

21:06
27 Dekabr

Rumıniyalı politoloq 907-ci düzəlişin aradan qaldırılmasını Cənubi Qafqazda sülhə dəstək kimi qiymətləndirib

20:53
27 Dekabr

Medianın İnkişafı Agentliyi Səməd Seyidovun adından yayılan “deep fake” videoya münasibət bildirib  

20:40
27 Dekabr

Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli mərasimi keçirilib YENİLƏNİB  

19:58
27 Dekabr

Xankəndidə “Qış nağılı” bayram yarmarkası fəaliyyətə başlayıb  

19:11
27 Dekabr

ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib  

18:29
27 Dekabr

Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Cırtdan Meqa Şousu” təşkil olunub  

18:11
27 Dekabr

Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə cəlb edilib  

17:36
27 Dekabr

Volodimir Zelenski: Rusiyanın növbəti zərbəsi əsas hədəfin Kiyev olduğunu göstərir  

15:08
27 Dekabr

Suriyada məsciddə partlayış nəticəsində ölənlərin sayı artıb

14:57
27 Dekabr

Ağdərənin Vəngli kəndinə növbəti köç yola salınıb

14:55
27 Dekabr

Macarıstanlı ekspert: “907-ci düzəliş” tamamilə ləğv edilməlidir

14:53
27 Dekabr

Ankarada Liviya təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla vida mərasimi keçirilib

14:52
27 Dekabr

Sabahın hava proqnozu – yağış və qar yağacaq

13:48
27 Dekabr

Anar Bağırov: 60 yeni vəkilin and içməsindən sonra Azərbaycanda vəkillərin ümumi sayı 2

13:47
27 Dekabr

Baş prokuror: Yaxşı istintaqçı, prokuror daim savadlı, təcrübəli vəkillərin bilik və bacarıql

13:46
27 Dekabr

İnam Kərimov: Ədalətli məhkəmə araşdırması həm də, peşəkar, prinsipial və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür

13:44
27 Dekabr

Vüqar Rəhimzadə: “Dünya İdman Paytaxtı”nı daha möhtəşəm yarışlar gözləyir

12:42
27 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

12:12
27 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!