30 Avqust 2023 09:38
523
DÜNYA
A- A+
Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd edilir

Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd edilir

 

Avqustun 30-u Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur. Türkiyə xalqının yaddaşına “bir millətin azadlıq günü!” kimi həkk olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.

AZƏRTAC xəbər verir ki, 1919-cu ildə Anadolunun işğalı türk xalqının yaddaşına ağır izlər buraxıb. Düşmən qüvvələrin donanması İstanbulu zəbt edib. Fransız ordusu Adanada, ingilislər Urfa, Maraş, Samsun və Merzifonda, İtalyanlar Antalya və Anadolunun cənub-qərbində yerləşiblər. Müttəfiq qüvvələrin razılığı ilə 1919-cu il mayın 15-də yunan qoşunlarının İzmirə çıxması vəziyyəti daha da ağırlaşdırıb. Lakin hər zaman tarixin ağır sınaqlarından alnıaçıq çıxan türk xalqı bu dəfə də nikbinliyini itirməyib. Xalqın mübarizə əzmi düşmənlərə göz dağı olub.

Mustafa Kamal Paşanın komandanlığı ilə yenidən milli-azadlıq mücadiləsinə qalxan mətanətli türk xalqı 1921-ci ildə Sakaryanı qəhrəmanlıqla qoruyub. Sakaryada 22 gün gecə gündüz döyüşən türklər avqustun 23-də düşmənin hərəkətini dayandırıb ona sarsıdıcı zərbələr vurublar. Bu savaşda türk ordusu böyük itki versə də geri çəkilməyib, düşmənin qarşısı cəsarətlə alınıb. Cəsur türk zabitləri bir an olsa belə səngərlərdən uzaqlaşmadan dünya hərb tarixində qızıl hərflərlə qəhrəmanlıq dastanları yaradıblar. Sakarya savaşında türk ordusu çox sayda zabit şəhid verdiyi üçün bəzən bu döyüşləri “zabitlər savaşı” kimi də adlandırırlar.

Nəhayət Anadolunun düşməndən azad olunması uğrunda gedən növbəti savaşların da başlanğıcı avqust ayına təsadüf edib. 1922-ci il avqustun 26-da Mustafa Kamal Atatürkün komandanlığı ilə bütün cəbhəboyu hücuma keçmək əmri alan türk ordusu düşməni hər tərəfdən sıxışdırıb. Avqustun 30-da Kütahyanın işğaldan azad edilməsi düşməni vəlvələyə salıb. Düşmən bütün istiqamətlərdə geri çəkilməyə, türk yurdunu azad etməyə məcbur olub. Bu döyüşlər türk xalqının şanlı azadlıq tarixinin dönüş nöqtəsinə çevrilib.

İşğalçılara qarşı böyük hücumun başlandığı 30 avqust tarixini böyük təntənə ilə qeyd edən Türkiyə Silahlı Qüvvələri hazırda dünyanın ən qabaqcıl Orduları sırasında yer alır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bütün istiqamətlərdə olduğu kimi hərbi sahədə də ölkəmizə kompleks yardımını əsirgəməyən qardaş Türkiyə Milli Ordumuzun qurulmasında və inkişafında böyük səylər göstərib. Məhz bu əməkdaşlığın nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq 30 illik işğala son qoyub. Şanlı Azərbaycan Ordusu qəhrəmanlıq nümunəsi göstərərək 44 günə Azərbaycanın ərazi bütövlüyünü təmin edib.

Onu da qeyd edək ki, bu gün beynəlxalq arenada mövqelərini əzmlə möhkəmləndirən, yeni-yeni sosial-iqtisadi layihələr əsasında bütün sahələr üzrə sürətlə inkişaf edən Türkiyə müdafiə qüdrətini və iqtisadi yüksəlişini dünyanın aparıcı dövlətləri ilə eyni sıraya çatdırmaqda qərarlıdır. Siyasətinin təməlində milli təhlükəsizliyin qorunması, ölkənin müdafiə qüdrətinin yüksəlişi, xalqın rifahının təmin edilməsi və sairləri Türkiyənin dövlət siyasətinin təməl prinsipləridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!