09 Avqust 2025 08:35
575
CƏMİYYƏT
A- A+
Türkiyədə bizi qəhrəman kimi qarşıladılar

Türkiyədə bizi qəhrəman kimi qarşıladılar


Qazi jurnalistlərimizin İstanbul səfəri maraqlı görüşlər, xoş xatirələrlə yadda qaldı


Vətənpərvərlik - vətənini və xalqını sevənlərin hiss və duyğularını özündə təcəssüm etdirən böyük dəyərdir... 

Vətən torpağına sevgi əkən, ocağının qorunu gözü üstündə saxlayan hər kəs şərəflənər... 

Ata-anaya olan sevgi Vətənə olan sevgini formalaşdırır deyirlər.

Xalqımızın bariz qəhrəmanlıq tarixi, comərd nəsilləri var. Zaman-zaman Vətən təhlükədə olanda qəhrəman oğullar silaha sarılıb el-obanı, müqəddəs torpaqlarımızı qorumaq uğrunda canlarını belə fəda etmişlər. Söz Vətən olanda peşəsindən, sənətindən asılı olmayaraq hər zaman vətənpərvərlər önə çıxmışlar. Necə ki, Birinci və İkinci Qarabağ müharibələrində olduğu kimi...

Şanlı Zəfərimizlə bitən İkinci Qarabağ savaşı başlayarkən "Vətən, canım sənə fəda!" deyənlərin sırasında Azərbaycan mətbuatının qəhrəman jurnalistlərinin də yer alması heç də təəccüblü hal deyildi. İllərlə qələmi ilə Azərbaycan uğrunda savaşan jurnalistlərimiz silaha sarılaraq müharibənin aktiv iştirakçısına çevrildilər. Onlar həm peşə borclarını, həm də vətəndaşlıq borclarını yerinə yetirdilər. Qələmini süngüyə çevirən qəhrəmanlar qazandığımız şanlı Zəfərimizdə həm tarix yazdılar, həm də tarixə yazıldılar. 

Şərəf salnaməmizin bir parçasına çevrilən qazi jurnalistlərimizin qəhrəmanlığı bu gün də xüsusi qeyd edilir və hətta dost, qardaş ölkələrdə heyranlıqla qarşılanır. Buna ötən həftə bir qrup qazi jurnalistimizin qardaş Türkiyə Cümhuriyyətinə təşkil olunan səfəri çərçivəsində keçirilən çoxsaylı görüşlərdə bir daha şahidlik etdik. 


Möhtəşəm Çamlıca məscidi, əsrarəngiz boğaz turu


Öncə onu qeyd edək ki, qazi jurnalistlərin Türkiyəyə səfəri MediaTürk TV-nin təşəbbüsü, TİKA Azərbaycanın koordinatorluğu, Türkiyə Media İş Sendikası və "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə həyata keçirildi.

İstanbulda hava limanına endikdə bizi Türkiyə Media İş Sendikasının xüsusi ayrılmış mikroavtobusu gözləyirdi. Hava limanından birbaşa Media İş Sendikasının hotelinə yollandıq. Bizi yüksək qonaqpərvərliklə, alicənablıqla qarşılayan qurumun genel başkan yardımcıları Cemal Sonsay və Dilek Atçekenlə tanışlıq bizə xoş təsir bağışladı, özümüzü evimizdəki kimi hiss etdik. Bir qədər dincəldikdən sonra İstanbul şəhərinin görməli, gəzməli yerlərinə baş vurduq. İlk getdiyimiz ünvan möhtəşəm Çamlıca məscidi oldu. Üsküdarın Çamlıca qəsəbəsindəki məscidin tikintisinə 29 mart 2013-cü ildə başlanılıb və 3 may 2019-cu ildə açılışı olub. 63 min nəfərin eyni anda ibadət edə biləcəyi məscidin 6 minarəsi var. Sahəsi 57 min 500 kvadratmetrdir. Məscid kompleksinə muzey, rəsm qalereyası, kitabxana, 1000 nəfərlik konfrans zalı, 8 sənət emalatxanası və 3 min 500 maşınlıq dayanacaq daxildir.

Məscidin minarələri o qədər hündürdür ki, İstanbulun istənilən yerindən onu görmək mümkündür. Ziyarətdən sonra gəmi ilə boğaz turuna çıxdıq və İstanbulun hər iki hissəsinin heyrətamiz mənzərəsini seyr etdik. Gəmi boğazla irəliləyib tarixi-memarlıq abidələrinin önündən keçdikcə qonaqlara mikrofon vasitəsilə həmin obyekt haqqında ətraflı məlumatlar verilirdi. 

İstanbula səfərimizin ilk günündə qardaş ölkədə belə maraqlı və yaddaqalan gəzinti və eyni zamanda yerli əhalinin isti münasibəti, xüsusi diqqəti qazi jurnalistlərimizdə yüksək əhvali-ruhiyyə yaratdı. 

Səfərimizin ilk günü xatirələrimizdə silinməz izlər buraxdı.


Azərbaycan Mədəniyyət Evində və "Anadolu" Agentliyində maraqlı anlar

 

Səfərin ikinci günündə qazi jurnalistlər qardaş ölkədə bir neçə görüş keçirdilər. İlk baş vurduğumuz ünvan İstanbul şəhərində yerləşən Azərbaycan Mədəniyyət Evi oldu. Qurumun rəhbəri Hikmət Elp ziyarətin əhəmiyyətini vurğulayıb, azərbaycanlı jurnalistlərin səfərinin iki ölkə arasındakı qardaş münasibətlərinə növbəti töhfə olduğunu bildirdi. 

"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin rəhbəri Bəhruz Məmmədzadə diqqətə çatdırdı ki, 2020-ci ildə Azərbaycan ilə Ermənistan arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi zamanı informasiya cəbhəsində mübarizə aparan və xalqı düzgün, operativ məlumatlarla təmin edən media nümayəndələridir. Bu insanlar həm jurnalist, həm operator, həm də sosial media fəalları kimi müxtəlif platformalarda fəaliyyət göstərərək qələbədə mühüm rol oynayıblar. Æurnalistlər müharibə zonasından reportajlar hazırlayaraq həm yerli, həm də beynəlxalq ictimaiyyətə real vəziyyəti çatdırıblar. Æurnalistlərimiz qələmlərini süngüyə dəyişərək Zəfər tariximizin bir parçasına çevriliblər. Cəbhənin müxtəlif istiqamətlərində savaş yolu keçən jurnalistlərimiz Prezident İlham Əliyev tərəfindən medallarla təltif ediliblər. 

Bu fikirləri eşidən Hikmət Elp sevinc göz yaşlarını saxlaya bilmədi, hıçqırtılı səslə yalnız "sizlərə ömürboyu borcluyuq, var olun!" dedi. 

Çay süfrəsi arxasında əyləşib, Qarabağ müharibəsindən, türk dünyasının birliyindən də geniş söhbət açdıq. 

Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri, kitablar təqdim olundu.

Həmin gün qazi jurnalistlərin növbəti dayanacağı Türkiyənin nüfuzlu media qurumlarından biri - "Anadolu" Agentliyi oldu. 

Bizi xoş sözlərlə qarşılayan agentliyin Strateji kommunikasiyalar və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Eren Erciyas bu media qurumunun tarixi, bugünkü fəaliyyəti, gələcək prioritetləri haqda geniş məlumat verdi. Onun səsləndirdiyi rəqəmlər, o cümlədən müasir texnologiyalardan istifadə imkanları barədə dedikləri böyük marağa səbəb oldu. 

Azərbaycan media orqanları ilə yeni istiqamətlərdə əməkdaşlıq imkanlarının da müzakirə olunduğu görüşdə qazi jurnalistləri maraqlandıran suallar cavablandırıldı.

Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr təqdim etdi və xatirə fotosu çəkdirildi.


"CNN Türk"də "Can Azərbaycan!" sədası, Fulya Öztürklə ikinci görüş 


Günün son görüşü isə tanınmış teleşirkətlərdən biri olan "CNN Türk"də baş tutdu.

Telekanalın ofisinə daxil olub görüş yeri üçün ayrılmış məkana doğru irəlilədikdə qəfildən yüksək tonla bir səs eşitdik - "Can Azərbaycan!"

Gəlişimizi belə qarşıladılar... 

Ardınca isə qurumun Xəbərlər Departamentinin müdiri İdris Arıkan və Vətən müharibəsi dövründə hadisələrin mərkəzindən hazırladığı reportajlarla Azərbaycanda böyük populyarlıq qazanan, xalqımızın sevimlisinə çevrilən telejurnalist Fulya Öztürk bizi böyük coşqu ilə qarşıladılar. 

Bu görüş Fulya ilə mənim ikinci görüşüm idi. İlk görüşümüz Vətən müharibəsi zamanı Gəncədə baş tutmuşdu. Ermənistandan Gəncəyə kassetli bombaların atıldığı zaman yaşanan dəhşətli anları dünyaya çatdıran Fulya Öztürklə Gəncə "ASAN xidmət" mərkəzində görüşmüşdük. Mən də Bakıdan Gəncəyə reportaj hazırlamaq üçün ezam olunmuşdum. Fulyanı xidmət mərkəzində ən çox duyğulandıran "Əsgərə məktub" layihəsi olmuşdu. Bu layihənin masası demək olar ki, boş qalmırdı. Mərkəzə daxil olan hər kəs cəhbədə savaşan igid Azərbaycan əsgərinə sevgi dolu məktub yazırdı. Həmin məktublarda qeyd edilən fikirlər əsgərlərimizin döyüş ruhunun daha da artması üçün yüksək motivasiya idi. Fulya reportajını məhz bu masanın qarşısından reallaşdırırdı. 

 "CNN Türk"dəki ikinci görüşümüz zamanı ona xatırlatmanı edəndə də elə ilk o layihənin adını çəkdi: "Canım qardaşım, xatırladım səni. Heç unuda bilərəmmi?! Möhtəşəm "Əsgərə məktub" layihəsi çox gözəl idi. Savaşçı qardaşlarımıza böyük ruh yüksəkliyi verən məktublar... O anlar unudulmazdır". 

Səmimi söhbət edən İdris Arıkan isə öz növbəsində iki olkə media orqanlarının əməkdaşlığı, Türkiyə-Azərbaycan qardaşlığı fonunda media nümayəndələrinin üzərinə düşən vəzifələrdən söz açdı. 

Sonra üzünü bizə tutub fəaliyyətimizlə maraqlandı. Bəlli oldu ki, ortada bir qədər yanlış anlaşma var. Elə bu səbəbdən də səfərin təşkilatçılarından olan Parlament Æurnalistləri Birliyinin rəhbəri, "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı türkiyəli həmkarlarımızın diqqətinə çatdırdı ki, burada olanlar Azərbaycanın haqq savaşında arxa cəbhədə reportajlar hazırlayan media nümayəndələri deyil, söz Vətən olanda qələmini yerə qoyub, silaha sarılaraq döyüşə gedən könüllü müharibə iştirakçılarıdır. Bu gün isə onlar Türkiyəyə qazi jurnalistlər kimi səfər ediblər. 

Bu fikirləri eşidən İdris Arıkanla Fulya Öztürk təsirləndilər. Görüş masasında ab-hava dəyişdi. Bəlli oldu ki, qardaş ölkədə belə bir təcrübə yaşanmadığı üçün bu, onlara qeyri-adi hadisə kimi təsir etdi. 

İdris Arıkan təəccüblü şəkildə danışmağa başladı: "Bu, necə olur axı... Anladığım qədər deyə bilərəm ki, bizdə belə təcrübə yoxdur. Demək, İkinci Qarabağ savaşı zamanı, yəni söz Vətən olanda doğma torpağını, yurdunu, xalqını sevən hər kəs silaha sarılar. Hətta media nümayəndəsi də... Sizlər rahat işinizi, isti otağınızı, geniş imkanlarınızı, evdə ailənizi, uşaqlarınızı qoyub Vətən üçün ölümə getdiniz və qazi oldunuz. Bu, nə böyük şərəf, nə böyük iftixardır. Sizlərlə qürur duydum, əziz qardaşlarım".

Sonra hər birimiz keçdiyimiz döyüş yolumuzdan, yaddaqalan hadisələrdən bəhs etdik, savaş xatirələrimizi bölüşdük. 

Bizi dinləyən Fulya Öztürkün duyğusallığı ilə hədsiz sevinc hissi bir-birinə qarışmışdı. Elə söhbətə başlayarkən səsindəki titrəyişdən də bunu hiss etmək mümkün idi: "Bax, bu, çox gözəl bilgi oldu. Mənim döyüşçü məsləkdaşlarım, siz canınızı Vətən üçün qurban deyərək savaşamı qatıldınız?! Bu, necə vətənpərvərlikdir, bu, necə ali məqamdır. Siz hər mənada ən yüksək, ən dəyərli sözlərə layiqsiniz. Sizlərlə qürur duyuram!" 

Çay süfrəsi arxasında keçən səmimi və yaddaqalan görüşün sonunda Azərbaycan nümayəndə heyəti telekanala və Fulya Öztürkə simvolik hədiyyələrini təqdim etdi, xatirə şəkli çəkdirildi.


(Ardı var)


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"


Bakı-İstanbul-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!