06 Dekabr 2025 12:02
441
İQTİSADİYYAT
A- A+
Türk İnvestisiya Fondunun əməliyyat fəaliyyətinə başlaması ilə bağlı qərar qəbul olunub  

Türk İnvestisiya Fondunun əməliyyat fəaliyyətinə başlaması ilə bağlı qərar qəbul olunub  


Qırğız Respublikasının Bişkek şəhərində Türk İnvestisiya Fondunun (TİF) Rəhbərlər Şurasının 2-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev son illər Türk dünyasında iqtisadi inteqrasiyanın gücləndiyini, sənaye, enerji, nəqliyyat, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın möhkəmləndiyini vurğulayıb. Türk İnvestisiya Fondunun fəaliyyətə başlamasının regional inkişafı sürətləndirəcəyi və üzv ölkələr arasında investisiya tərəfdaşlığını daha da genişləndirəcəyi qeyd olunub. Ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, mövcud investisiya imkanları barədə məlumat verilib.

Tədbirdə iştirak edən üzv ölkələrin nümayəndələri TİF-in Türk dünyasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Fondun tezliklə fəaliyyətə başlamasının regionun dayanıqlı inkişafı, rəqabətqabiliyyətinin artırılması və investisiya imkanlarının daha effektiv yönləndirilməsi baxımından önəmi qeyd edilib.

İclasda Fondun fəaliyyətinə dair məsələlər müzakirə edilib. Rəhbərlər Şurasının prosedur qaydaları ilə bağlı sənədlər qəbul edilib. Fondun 2024-cü il fəaliyyəti müzakirə edilib.

TİF-in funksional beynəlxalq maliyyə institutuna çevrilməsi istiqamətində daha bir vacib addım atılıb. Fonda üstün kreditor statusunun verilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı qərar qəbul olunub.

İclasda Azərbaycanın təklifinə əsasən TİF-in əməliyyat fəaliyyətinə başlaması ilə bağlı Rəhbərlər Şurasının qərarı qəbul olunub. Fondun investisiya fəaliyyətinə 2026-cı ilin birinci rübünün sonunadək başlaması müəyyən olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kir Starmer Trampın Sülh Şurası təşəbbüsündən uzaqlaşır  

00:24
21 Yanvar

Çempionlar Liqası: “Ayntraxt” “Qarabağ”la oyun üçün Bakıya gəlib  

00:23
21 Yanvar

Ankarada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

23:16
20 Yanvar

Burhanettin Duran: 20 Yanvar Azərbaycan xalqının istiqlal iradəsinin təzahürüdür  

23:14
20 Yanvar

Prezident İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb  

23:11
20 Yanvar

Denis Şmıqal: Azərbaycanın yardımı Ukraynanın enerji dayanıqlılığını gücləndirəcək  

23:10
20 Yanvar

Romada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib  

23:09
20 Yanvar

Xorvatiyada 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib  

23:05
20 Yanvar

Ukraynanın Baş naziri: Davamlı dəstəyinə görə Azərbaycana təşəkkür edirik  

23:03
20 Yanvar

Bakıda qarlı hava şəraiti səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib  

23:02
20 Yanvar

“Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı material hazırlayıb  

22:51
20 Yanvar

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə anım mərasimi keçirilib  

22:37
20 Yanvar

Psixologiya Elmi Tədqiqat İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş görüş keçirilib

22:34
20 Yanvar

Bakı–Şamaxı–Yevlax yolunda qarlı və şaxtalı hava: yollar fasiləsiz təmizlənir, sürücülərə ehtiyatlı olmaq tövsiyə edilir  

22:31
20 Yanvar

Prezident İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb

22:25
20 Yanvar

Serbiya Prezidenti: İlham Əliyev böyük, dahi liderlərdən biridir

20:45
20 Yanvar

Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyasını dayandırıb  

20:45
20 Yanvar

Misir mətbuatı 20 Yanvar faciəsinin ildönümü barədə yazıb  

20:44
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib YENİLƏNƏCƏK

20:43
20 Yanvar

Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir

20:42
20 Yanvar

Praqada 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib  

20:41
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!