06 Dekabr 2022 17:26
595
Elm və texnika
A- A+
Turin Politexnik Universitetinin nümayəndə heyəti ADA Universitetində

Turin Politexnik Universitetinin nümayəndə heyəti ADA Universitetində


ADA Universitetinin bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetində mühəndislik üzrə akademik proqramları təsis etmək üçün ilkin araşdırma aparılıb

 

 

Turin Politexnik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor David Kiaramontinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 29-dan dekabrın 3-dək Azərbaycanda səfərdə olub. Səfərin məqsədi ADA Universitetinin bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetində mühəndislik üzrə akademik proqramları təsis etmək üçün ilkin araşdırma aparmaq olub.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib.

Səfər boyunca rektor Hafiz Paşayevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının strateji sektorları və yüksək tələbat olan sahələri üzrə akademik proqramların yaradılması barədə müzakirələr aparılıb. Nümayəndə heyəti kənd təsərrüfatı naziri İnam Kərimovla yüksək səviyyəli məşvərət aparıb. Habelə energetika nazirinin müavini Elnur Soltanov, elm və təhsil nazirinin müavini Muxtar Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ilə dəyirmi masa keçirib. Nümayəndə heyəti İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri ilə də görüşüb və əməkdaşlığın çərçivəsini müzakirə edib.

Eyni zamanda, bu akademik proqramların yerli əmək bazarının texnoloji və mühəndislik ehtiyacına uyğunlaşdırılması üçün kənd təsərrüfatı, elektrik mühəndisliyi və su mənbələrinin idarə olunması sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə də məşvərətlər aparılıb. Bundan əlavə, “Azərenerjinin” dəstəyi ilə elektrik yarımstansiyasına və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə tədqiqat institutuna səfərlər edilib.

İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupunun rəhbəri Qalib Məmməd bildirib ki, Turin Politexnik Universiteti ilə əməkdaşlıq texnologiya və mühəndislik sahəsində sıçrayışa səbəb olacaq, yüksək tələbatlı sahələrdə mütəxəssislərin yetişməsinə yardım edəcək, ADA Universitetində tədqiqat infrastrukturunun qurulmasına və mühəndislik üzrə araşdırmaçı və akademik heyətin yetişməsinə töhfə verəcəkdir. Bu əməkdaşlıq çərçivəsində təsis ediləcək akademik proqramlara elektrik, bərpa olunan enerji və kənd təsərrüfatı mühəndisliyi, aqromühəndislik, hidravlika mühəndisliyi, su resurslarının idarə olunması kimi proqramlar daxildir. Bu proqramlar Turin Politexnik Universiteti ilə bərabər tədris olunacaqdır.

Nümayəndə heyətinin rəhbəri David Kiaramonti bildirib ki, İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA Universiteti ilə əməkdaşlıq Turin Politexnik Universiteti üçün strateji əhəmiyyət daşıyır. Dörd gün davam edən bu səfərdə universitetin böyük nümayəndə heyəti ilə təmsil olunması buna sübutdur. İlkin araşdırma çərçivəsində aparılan intensiv və məhsuldar müzakirələr həm təhsil, həm də tədqiqat sahəsində növbəti illər üzrə fəaliyyət istiqamətlərini müəyyən edib.

Turin Politexnik Universiteti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universitetindən sonra ilkin araşdırma məqsədilə Azərbaycana səfər edən üçüncü İtaliya universitetidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!