27 Mart 2014 03:03
410
Təhsil
A- A+
TQDK rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirəcəkdir

TQDK rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirəcəkdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidentura səviyyəsinə martın 30-da qəbul imtahanının birinci mərhələsini keçirəcəkdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildirmişlər ki, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə bu il fevralın 11-dən 20-dək aparılmış və 1356 nəfər namizəd elektron ərizə doldurub təsdiq etdirmişdir. Onlardan 984 nəfəri qız, 372 nəfəri isə oğlandır.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcəkdir. Bakı şəhərində imtahan 3 binada - Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında və Bakı Qızlar Universitetində, Naxçıvan şəhərində 1 binada aparılacaqdır. İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlanacaqdır. Bakı şəhərində 1336 namizədin, Naxçıvan şəhərində isə 20 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 23 imtahan rəhbəri, 149 zal nəzarətçisi ayrılmışdır.
Namizədlər martın 19-dan etibarən öz elektron ərizələrinə daxil olaraq “Namizədin imtahana buraxılış vərəqi”ni çap edirlər.
Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi 2014-cü ilin iyul ayında keçiriləcəkdir.
Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri yoxlanılacaqdır. Rezidentura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi iyulun 27-də keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılacaqlar.
İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri mütləq təqdim etməlidirlər: “Namizədin imtahana buraxılış vərəqəsi”ni, şəxsiyyəti təsdiq edən sənədin əslini.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.
İmtahanda namizədlərə baza fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.
Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan edildikdən sonra aparılacaqdır. Namizədlər müəyyənləşmiş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Myanmada xunta lideri prezidentliyə namizəddir  

10:17
01 Aprel

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Azərbaycana səfərə gəlib

10:15
01 Aprel

Azərbaycan nefti 132 dolları ötüb

09:43
01 Aprel

Media: Avropa ABŞ-nin İrana qarşı tələblərinə müqaviməti artırır

09:43
01 Aprel

BƏƏ Hörmüz boğazını açmaq üçün güc tətbiq etməyə hazırdır

09:41
01 Aprel

Rubio: ABŞ-nin İrana qarşı hərbi əməliyyatı sona yaxınlaşır

09:41
01 Aprel

Tədqiqat: Yer Ayı kosmik radiasiyadan qoruyurmuş

09:39
01 Aprel

İş yoldaşımızın xatirəsi

08:50
01 Aprel

Yazda sağlam qalmağın sirri

08:45
01 Aprel

Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alır

08:40
01 Aprel

Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan

08:35
01 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

08:30
01 Aprel

ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır

08:27
01 Aprel

Gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsi

08:25
01 Aprel

Myanmada xunta lideri prezidentliyə namizəddir

08:20
01 Aprel

Quba Soyqırımı Memorial Kompleksində anım tədbiri keçirilib

08:15
01 Aprel

31 Mart xalqımızın qan yaddaşıdır

08:10
01 Aprel

Daşnak-bolşevik cəlladları Salyana girə bilmədilər

08:05
01 Aprel

Milli yaddaşımızın ağrılı səhifəsi

08:00
01 Aprel

Tramp: Razılaşmadan asılı olmayaraq, ABŞ İrandakı əməliyyatlara son qoyacaq  

07:57
01 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

07:44
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!