03 Aprel 2022 00:15
17089
Səhiyyə
A- A+
Təzyiqin çarəsi olan kəklikotu

Təzyiqin çarəsi olan kəklikotu

 

Şəfalı bitkilər dedikdə ilk ağla gələn bitkilərdən olan kəklikotudan hələ qədim zamanlardan sağlamlıq üçün istifadə edildiyi məlumdur. Bu bitkinin əhəmiyyəti haqqında İbn Sina, Dioskorid və Böyük Pliniy əsərlərində yazıblar.

Yeməklərə, çaya ətir və ləzzət vermək, məqsədi ilə geniş istifadə olunan bu faydalı bitkinin tərkibində efir yağı ilə bərabər, kamedlər, flavanoidlər, ursol və olenaol turşuları var. Təbabətdə geniş tətbiq olunan kəklikotudan bir çox xəstəlikdən qurtulmaq üçün istifadə olunur. Qarqara şəklində ağız boşluğunun və udlağın iltihabi xəstəliklərində tətbiq edilir. Bəlğəmgətirici və antiseptik vasitə kimi laringitdə, traxeitdə, bronxitdə, göyöskürəkdə və bronxopnevmoniyada, eləcə də mədə turşuluğunun azalması, köp, bağırsaqların atoniyası və spazmı ilə gedən mədə-bağırsaq xəstəliklərində qəbul edilir. Kəklikotu çiçəyinin  9 qramının sirkə və duzla qarışığını ödqovucu vasitə kimi də qəbul edirlər.

Kəklikotu həlimi qarında yaranan spazmanı götürür, həzmə kömək edir. Qusma və kolitə qarşı da xeyirlidir. Bu bitki və baldan hazırlanmış məlhəm zəhərli cücülərin dişlədiyi yerin  üzərinə qoyulduqda faydasını görmək olur.

Kəklikotunun əncirlə həlimindən astma və öskürək zamanı da istifadə edirlər. Sakitləşdirici təsirə malik olan kəklikotu immuniteti artırır, soyuqdəyməyə və ağciyər xəstəliklərinə qarşı, revmatizm, spazma, zökəm və qrip xəstəliklərinin müalicəsinə kömək edir.

Ətirli bitki diş ağrısını öskürəyi kəsir. Damaqları möhkəmləndirir. Xolesterolun miqdarını nizamlayır. Aritmiya ehtimalını azaldır, qan dövranını nizamlayır, eyni zamanda qanazlığını aradan qaldırır. Kəklikotu, həm yüksək təzyiqin dərmanıdır şəkər xəstəliyinə qarşı əvəzolunmazdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan üzümçülük sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18:53
05 May

Bakıda keçiriləcək İİB Qrupunun 51-ci İllik Toplantılarının hazırlıq işləri nəzərdən keçirilib  

18:52
05 May

Gürcüstanın kənd təsərrüfatı naziri: Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraqlıyıq  

18:51
05 May

Premyer Liqa: “Neftçi” Yevlaxda 3 xal qazanıb

18:49
05 May

Dünya mətbuatı Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışını işıqlandırmaqda davam edir  

18:48
05 May

Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr aparılıb

18:47
05 May

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

18:46
05 May

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq  

18:45
05 May

Pentaqon: ABŞ İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcək

18:44
05 May

Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb 

18:43
05 May

Atlantik okeanında rekord həcmdə narkotik müsadirəsi

18:42
05 May

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində növbəti təlim toplanışı başa çatıb

18:34
05 May

Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş baş tutub  

18:33
05 May

 Cənubi Qafqazda sülh Azərbaycanın qətiyyəti ilə formalaşır  

18:31
05 May

Tullantı zavodlarında robotlar işə başlayır

18:31
05 May

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 152 minə yaxınlaşıb

18:29
05 May

Çində zavodda partlayış zamanı 21 nəfər həyatını itirib   

18:15
05 May

Dünyada neft bahalaşdı

18:08
05 May

Fars körfəzində 87 ölkənin gəmisi gözləyir

17:57
05 May

İslam İnkişafı Bankı Azərbaycanda bərpa və inkişaf layihələrini dəstəkləyir

17:56
05 May

Avropanın rəqəmsal gələcəyi enerji böhranı səbəbindən təhlükədədir

17:31
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!