03 İyul 2025 08:45
532
İQTİSADİYYAT
A- A+
Tərtərli taxılçıların üzü gülür, qəlbi sevinir

Tərtərli taxılçıların üzü gülür, qəlbi sevinir


Bu mövsüm rayon üzrə orta məhsuldarlıq keçən ildəkindən 9 sentner çoxdur


Tərtərdə taxıl biçini yekunlaşmaq üzrədir. Fermerlərin üzü gülür, qəlbi sevinir. Niyə də gülməsinlər, sevinməsinlər?! Rayon üzrə orta hesabla hər hektardan əldə olunan məhsul ötən ildəkindən 9 sentner çoxdur, yəni 40 sentnerin üstündədir. 

Hazırda son hektarların məhsulu biçilir. Taxılçılar hesab edirlər ki, bu yalnız taxılçılıqda qazanılan yüksək nəticə deyil, həm də Zəfərimizin 5 illik yubileyinə rayon taxılçılarının özünəməxsus hədiyyəsidir. 

Həyatda elə bir insan tapılmaz ki, xəfif küləkdən dalğalanan taxıl zəmisinə biganə qalsın. Bu mənzərəyə baxanda ruhən dincəlirik, dünyamızda baş verən müharibələri, insanlara edilən zülmləri unuduruq. Axı çörəyin bolluğu sülh və əmin-amanlıqdan xəbər verir.

Cəmi  5 il əvvəl isə Tərtərdə vəziyyət belə deyildi. Əkinçilər torpağı atəş səsləri altında əkib-becərirdilər. Bununla belə,  hər kəsdə bir əminlik hissi vardı ki, gec-tez, düşmən layiqli cəzasını alacaq. Bu əminliyi yaradan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı siyasət, ordumuzun günü-gündən artan qüdrəti idi.

Rayonun Azadqaraqoyunlu kəndindən olan qabaqcıl fermer, I Qarabağ müharibəsi qazisi Tərlan Zeynalovla məhsulu yenicə biçilmiş  zəminin kənarında görüşdük. Elə kəndin kombaynçıları da burada idilər. Tərlan  bizi mexanizatorlarla tanış etdi: Zamiq və Zəka Məmmədov qardaşları, Şəmsəddin Alıyev və Fərman Məmmədov. 

Söhbətə ilk olaraq Tərlan özü başladı:

- Azadqaraqoyunlu Tərtərin qədim kəndlərindən biridir. İnsanlarımız qoçaq və zəhmətsevərdilər. Çox çətinliklərdən keçdik. Torpaqlarımızın müdafiəsi üçün canımızı, qanımızı verdik. Mən özüm müharibədə ağır yaralandım. Ancaq yenə də doğma torpağımızı əkib-becərməkdən zövq alıram. 

Onu da öyrəndik ki, cari mövsüm bu kənddə 110 hektar sahədə buğda, 146 hektarda arpa əkilib. Taxıl sahələri əsasən subartezian quyularının suyu ilə suvarılıb. Fermerlər hər hektara görə 230 manat subsidiya alıblar, nəticədə əkinlərə vaxtında gübrə verilib və digər aqrotexniki  tədbirlər həyata keçirilib. 

Kombaynçı Zamiq Məmmədov: 

-Builki qədər uğurlu mövsümümüz olmamışdı. Kombaynın sahəyə düşməsi ilə bunkerin dolmağı bir olurdu. Taxıl çörəkdir, bərəkətdir. Bol taxıl həm də sülhün rəmzidir. Qələbəmizin 5 illik yubileyini bu cür nailiyyətlə qarşıladığımız üçün hər birimiz qürurluyuq. 

Rayonun  digər kəndlərində də taxıl biçini yekunlaşıb. Bəyimsarov kəndindən təcrübəli fermer, I dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin becərdiyi zəmilərin hər hektarından 60 sentnerdən çox taxıl biçilib. Cari ildə o, 100 hektardan çox sahədə taxıl əkmişdi. Fazil müəllim bildirdi ki, torpaqda həmişə ürəklə işləyir, nəticələri də yaxşı olur. Amma builki qədər razı qaldığı olmamışdı. Axı qarşıdan Zəfərmizin ildönümü gəlir. Belə bir vaxtda qazanılan uğur xüsusilə qiymətlidir. 

Ümumilikdə carı mövsüm Tərtər rayonunda 6581 hektarda taxıl əkilib-becərilib. Bunun 2866 hektarı buğda, 3715 hektarı arpa olub. Buğda üzrə məhsuldarlq 407, arpa üzrə 38,6 sentnerdir. Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Arif Behbudovdan öyrəndik ki, cari ildə rayonda, əsasən, "Qırmızı gül", "Qobustan", "Murov-2" taxıl sortları əkilib.  

Taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün rayonda komissiya yaradılıb və bütün lazım olan tədbirlər görülüb. Biçinə 30 kombayn cəlb  edildiyindən, heç bir ləngimə olmayıb. Qeyd etmək lazımdır ki, əvvəlki illərdən fərqli olaraq, kombaynların əksəriyyəti yenidir, müasirdir, ayrı-ayrı fermerlər tərəfindən aqrolizinq yolu ilə alınıb. 

Qələbə qələbə, sevinc sevinc gətirir. Qəhrəman tərtərlilər Zəfər bayramına bu əhvali-ruhiyyə ilə gedirlər.  


Lazım QULİYEV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!