30 Yanvar 2022 00:29
844
DÜNYA
A- A+
Terror, üsyan, qətllər, kütləvi həbslər...

Terror, üsyan, qətllər, kütləvi həbslər...

 

Latın Amerikasında dövlətlər nə qədər güc tətbiq etsələr də, narkomafiya təsir sahələrini bölüşdürməkdə davam edir

 

Narkotik tacirləri Andlardan, Braziliyanın və Argentinanın Atlantik limanlarına narkotik maddələrin çatdırılmasının yeni üsullarını öyrənirlər. Aviasiya narkomarşrutlarında Boliviya və Paraqvay mühüm aralıq məntəqələrə çevriliblər və oradan hər həftə bu cür marşrutların aşkar edilməsi barədə məlumatlar daxil olur.

Kolumbiyadakı “FARC” və “ELN” qruplaşmalarının döyüşçüləri narkotiklərin xaricə çatdırılması marşrutlarını açmaq ücün Venesuela ilə sərhəddə müharibə aparırlar.

Braziliyada polis narkotik kartellərilə mübarizə aparmaq üçün yoxlanılmış taktikaya əl ataraq, hərbi bölmələri Rio-de-Janeyronun rayonlarına yeridib. Ekvadorda isə Meksika narkokartellərinin ölkəyə daxil olması ilə əlaqədar qətllərin sayı artır.

 

Argentina

Yanvarın 23-də Argentina polisi Paraqvaydan gəlmiş yük maşınında olan 1,8 ton marixuana müsadirə edib. Bu, Paraqvayın malın Avropaya çatdırılması üçün Atlantik limanlarına yaxın daşındığı ən mühüm aralıq narkohabına çevrilməsinin növbəti sübutudur.

Yanvarın 19-da polis əməkdaşları Buenos-Ayres əyalətinin Perqamino şəhərində 130 kiloqramdan çox kokain müsadirə ediblər. Narkotik Paraqvaydan uçan təyyarədən yerə atılıb. Polis və təhqiqatçılar bu yükün Buenos-Ayresin Baho Flores rayonundakı narkobandalar üçün göndərildiyini düşünürlər.

 

Braziliya

Yanvarın 19-dan etibarən Braziliya polisləri kriminal Jakarezinyu məhəlləsi də daxil olmaqla, Rio-de-Janeyro favelalarını işğal ediblər. 2021-ci ilin yayında orada polis əməliyyatı nəticəsində 28 nəfər qətlə yetirilmişdi. Lakin bu dəfə nə atışma, nə qətllər, nə də ki nümayişlər olub.

“Vahid şəhər” adlandırılan “vətəndaş hakimiyyətinin qaytarılması” əməliyyatında 1300 polis, həmçinin zirehli texnika, dronlar və helikopterlər iştirak edir. Narkomafiyanın Jakarezinyu forpostundan başqa, bu qüvvələr ultrasağçı könüllülərin idarə etdikləri Muzema favelasına da daxil olublar. Könüllülər narkomafiyaya qarşı olsa da, tez-tez eyni cinayətləri törədirlər. Əməliyyat həmçinin Bandeyra-2, Morar Karioka rayonlarına və Manginyu favelasına yayılıb. Ştatın qubernatoru Klaudiu Kastru bildirib ki, onun hökuməti bir neçə ay favelalarda sosial dəyişikliklər proqramı işləyib hazırlayıbdı. Və polislərin daxil edilməsi belə dəyişikliklərin başlanğıcıdır.

Güc strukturlarının bu rayonlardan nə vaxt çıxarılacağı bilinmir. Lakin məlumdur ki, artıq yanvarın 20-də polis qüvvələrinin sayı 1300-dən 350-yə endirilib.

 

Boliviya

Boliviyanın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə xüsusi təyinatlıları (Felcn) Abel - İturralde əyalətində aşkar edilmiş üç gizli uçuş-enmə zolağını məhv ediblər. “Cessna” təyyarələrinin enməsi üçün infrastrukturdan Peru - Boliviya - Braziliya marşrutu üzrə narkotik maddələrin daşınmasında istifadə edilib.

 

Qvatemala

Bu günlərdə Qvatemalanın təhlükəsizlik qüvvələri narkotik alverçisi  Vilfido Adan Errera Vilyatoronu tutub. ABŞ-da onun ekstradisiyasını tələb edirlər. Vilyatoronun həbsi Meksika ilə sərhəddə yerləşən Ueuetenanqo Departamentində baş verib.

Qvatemala Konqresinin keçmiş vitse-prezidenti deputat Sofiya Ernandes qardaşı Henri Ernandes Errerarın Uetenanqoda  yanvarın 16-da baş verən qətlini araşdırmağı xahiş edib. Ernandeslər ailəsi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan qurumlarla əlaqədə ittiham olunur. Deputat “Milli dəyişikliklər İttifaqı” Partiyasından (UCN) Konqresə seçilib. Partiyanın təsisçisi və prezidentliyə sabiq namizəd Mario Estrada hazırda “çirkli pulların yuyulmasına görə” ABŞ həbsxanasında cəza çəkir.

 

Honduras

Yanvarın 20-də Olançito şəhərində narkotik alverçisi İlvis Ömər Errera öz evində qətlə yetirilib. Onunla birlikdə əlaltısı Xorxe Kastilyo öldürülüb. Cinayətin səbəbləri və sifarişçiləri naməlum qalıb.

Elə həmin gün Olançoda polis təqibindən sonra narkotik alverçiləri narkotiklə dolu avtomobili yolda atıblar. Honduras polisi müsadirə edilmiş yükün həcmini açıqlamır.

 

Kolumbiya

İspaniyada “Los Paçenka”narkoqruplaşmasının başçısı, “Pinokkio” ləqəbli Fredi Kastilyo Karrilyo həbs edilib. Karrilyo narkotik ticarətində, çoxsaylı qətl cinayətlərində, o cümlədən ictimai liderlərin ölümündə, pul qoparmaqda və digər cinayətlərdə ittiham olunur.

“Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” nin (FARC) keçmiş döyüşçüsü Manuel Bolivar yanvarın 21-də özünün Boqotadakı restoranında bomba aşkar edib. Bundan bir gün əvvəl “Tarixi pakt” (HP) sol-mərkəzçi seçki koalisiyasının nümayəndələri restoranda toplaşıblar. Hal-hazırda Kolumbiya prezidentliyinə ən şanslı namizəd Qustavo Petro HP-nin nümayəndəsi kimi öz kampaniyasını aparır.

Bu arada Saravena şəhərində minalanmış avtomobil partladılıb. Nəticədə bir nəfər həlak olub, daha beş nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti FARC radikallarının “28-ci cəbhəsi” öz üzərinə götürüb. Cəbhəçilər rəqabət apardıqları “Milli azadlıq ordusu” (ELN) silahlı qruplaşmasına amansız müharibə elan ediblər.

Hökumət və yerli media hesab edirlər ki, söhbət Kolumbiyanın Şimali Santander və Arauka departamentlərində, habelə Venesuelanın Apure və Taçira ştatlarında narkotik bazarının qəti bir şəkildə yenidən bölüşdürülməsindən gedir. Yanvarın 23-də birgə əməliyyat zamanı polis və ordu Sardinatda (Şimali Santander) 2,5 ton kokain müsadirə ediblər. Bütün mallar ELN-ə məxsus olan narkotik laboratoriyasında qablaşdırılıb. Həmin gün Narinyo departamentinin Los-Andes-Sotomayor şəhərində polis ELN-in üç döyüşçüsünü saxlayıb. Onlarda odlu silah və 15 kq kokain olub. Silviyada (Kauka) isə polis daha üç nəfəri saxlayıb. Saxlanılanlar narkotik ticarəti, qəsbkarlıq, qətllər və döyülmələrlə bağlı mühakimə olunacaq.

 

Meksika

2018-2021-ci illərdə Andres Manuel Lopes Obrador hökuməti “El Mayyo” ləqəbli narkotik alverçisi, Sinaloa kartelinin üzvü İsmael Sambado Qarsiya ilə əlaqəli “Estancia Infantil Nino Feliz SC” firmasına milyon dollardan artıq vəsait ödəyib. Hazırkı prezidentdən başqa onun sələfləri Vicente Foks, Enriko Penya Nyeto və Felipe Kalderon bu şirkətin hesablarına 2,5 milyon dollar köçürüblər. Ödənişlər Meksika sosial təminat İnstitutu (IMSS) vasitəsilə həyata keçirilib və Sinaloa əyalətində uşaqların müalicəsi üçün nəzərdə tutulub.

Ötən həftə Monterrey şəhərində Meksikanın güc strukturları əməkdaşları Nuevo-Leon  ştatındakı Sinaloa kartelinin rəhbəri - “Komandante Kano” ləqəbli Alan Hervey Xuares Kastilyonu həbs ediblər. Əvvəlcə onu tanımayıblar, çünki zahiri görünüşünü çox dəyişib. Kartelin döyüşçüləri öz başçılarını azad etməyə çalışıblar. Apodaka qəsəbəsində atışmada iki quldur həlak olub, daha üç nəfər saxlanılıb.

Bundan sonra Meksika polisi və ordusu Xalisko ştatının Puerto-Valyarta liman şəhərində birgə xüsusi əməliyyat keçirib. Nəticədə “Xaliskonun yeni nəsli”(CJNG) kartelinin “Don Karlos” ləqəbli  silah tədarükçüsü həbs olunub.

Buna cavab olaraq, CJNG  Ohuelos, Enkarnasyon-de-Dias və Teokaltiçe şəhərlərinin polislərinə təhdidli mesajlar göndərib. Həmin rayonlarda CJNG və Sinaloa kartelləri arasında mübarizə gedir. “Xaliskonun yeni nəsli” polis məmurlarını Sinaloa kartelinə işləməkdə günahlandırıb və onları ölümlə hədələyib.

Bu arada Moreliyada (Miçoakan ştatı) Meksika Hərbi Donanmasının leytenantının öldürülməsində iştirak edən dörd nəfər həbs olunub. Müstəntiqlər hesab edirlər ki, onların hamısı Miçoakanda fəaliyyət göstərən “Templarios” kartelinin üzvləridir.

Uzun müddət hesab olunurdu ki, kartel kəndli özünümüdafiə dəstələri tərəfindən məhv edilib. Lakin son iki ildə həmin qruplaşmanın bərpası haqqında məlumatlar gəlməyə başlayıb. Bu arada Miçoakan ştatında CJGN karteli bütün qeyri-leqal fəaliyyəti tədricən öz nəzarətinə alır.

Paraqvay

Paraqvay polisi Amambay Departamentində braziliyalı narkotik alverçisi, “Pika-Pau” ləqəbli Marsio Vinisius da Payşao Vieyranı həbs edib. O, Minas-Jerays ştatında “Birinci paytaxt komandası” (PCC) narkokartelinin rəhbəri olub. Onunla birlikdə PCC-nin daha iki döyüşçüsü ələ keçib.

Həbs olunanlar yalnız narkotik maddələr alveri və qəsbkarlıq ilə məşğul olmurdu. “Pik-Paunun” əlindəki döymələr onun polisləri öldürdüyünü təsdiq edib.

Bu, Paraqvayda braziliyalı narkotik alverçilərinin həbs edildiyi ilk hal deyil. Polis qeyd edir ki, ölkə çoxdan Braziliyaya narkotik maddələrin daşındığı məntəqəyə çevrilib. 2021-ci ilin noyabr ayında PCC-dən olan braziliyalı həmkarları üçün narkotik maddələr tədarük edən paraqvaylı beş narkotacir də həbs edilib.

 

Rizvan HİLALOĞLU,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır  

20:00
02 İyun

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

19:59
02 İyun

31-ci Bakı Enerji Forumu başa çatıb

19:57
02 İyun

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb

19:53
02 İyun

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

19:52
02 İyun

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir  

19:51
02 İyun

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

19:50
02 İyun

SOCAR ilə SLB arasında hasilat əməliyyatlarının optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

19:49
02 İyun

Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib

19:48
02 İyun

SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

19:47
02 İyun

Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib  

19:47
02 İyun

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

19:46
02 İyun

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib  

19:45
02 İyun

Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib

19:44
02 İyun

Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yüksək qiymətləndirilib

19:44
02 İyun

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir  

19:43
02 İyun

Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar

19:35
02 İyun

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

19:34
02 İyun

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir

19:34
02 İyun

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan

19:33
02 İyun

Nazir: Kritik minerallar sahəsi Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının yeni istiqamətidir

19:32
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!