28 Mart 2024 09:15
1954
Mədəniyyət
A- A+
Tələbə gənclər daha çox ingilisdilli kitablara maraq göstərirlər

Tələbə gənclər daha çox ingilisdilli kitablara maraq göstərirlər

 

Böyük maarifçi Həsən bəy Zərdabi: "Yaxşı kitab çox qiymətli xəzinədir", - deyib. Kitabxanalar həmin dəyərli xəzinənin yalnız toplandığı və saxlandığı yer deyil. Eyni zamanda ondan bəhrələnmək istəyənlərin üz tutacaqları məkandır.
Bu gün bir çoxu oxucuların sayının azalmasından, xüsusilə də gənclərin kitablara marağının qaneedici səviyyədə olmamasından gileylənir. Oxucularının əksəriyyəti tələbə gənclər olan Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Nigar İsmayılova bu məsələdə pessimist olmadığını söyləyir: "Bir şeyi nəzərə almaq lazımdır ki, internetin geniş imkanları artıq ənənəvi kitablara da təsir göstərmişdir. Belə ki, müasir dövrdə internetin zəngin informasiya ehtiyatları ilə yanaşı, kağız kitabları əvəzləyən elektron formatda kitabların, elektron kitabxana və elektron resursların meydana gəlməsi həyatın bütün sahələrinə təsir etməkdədir və qəbul etməliyik ki, bu təsirdən qaçış yoxdur. Amma bütün bunların fonunda yenə də bizim oxucuların kitabxanaya və kitablara olan marağı bizi qane edir".
Qeyd edək ki, BDU-nun Elmi Kitabxanası oxuculara xidmət işinin təşkili, oxucu tələbatının ödənilməsində ali məktəb kitabxanaları arasında ən böyük məlumat-biblioqrafiya aparatına və mükəmməl kataloq sisteminə malik olan kitabxanadır. Elmi Kitabxana Universitetin professor-müəllim heyəti, əməkdaş və tələbələri ilə yanaşı, elmi-tədqiqat işi ilə məşğul olan bütün tədqiqatçılara xidmət göstərir.
Müsahibimiz özü də 1995-1999-cu illərdə Bakı Dövlət Universitetində təhsil alıb. İnformasiya və sənəd menecmenti (Kitabxanaçılıq) fakültəsinin əyani şöbəsinin bakalavriatura pilləsini, 1999-2001-ci illərdə isə həmin fakültənin magistratura pilləsini kitabxanaşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Tarix üzrə fəlsəfə doktorudur. 
Nigar İsmayılova 2020-ci ildən BDU-nun Elmi Kitabxanasının direktoru və BDU Elmi Şurasının üzvüdür. 
Müsahibim qeyd edir ki, ümumiyyətlə, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq gənclərə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Gənclər isə öz növbələrində dövlətin qayğısından, onlar üçün yaradılan əlverişli şəraitdən maksimum dərəcədə bəhrələnərək müstəqil Azərbaycanın inkişafı naminə böyük fəallıq nümayiş etdirirlər. 
Mütaliəyə marağın yüksək olması qədər oxumaq üçün hansı kitabların seçilməsi də əhəmiyyətlidir. BDU-nun Elmi Kitabxanasının direktoru deyir: "Oxucularımızın böyük əksəriyyətinin tələbələr olduğunu nəzərə alaraq, tam əminliklə deyə bilərəm ki, daha çox üstünlük elmi-tədris ədəbiyyatına verilir. Təbii ki, bu o demək deyil ki, bədii ədəbiyyata ehtiyac duyulmur. Kitabxanamızın fondlarında qorunan "Klassik Azərbaycan ədəbiyyatı", "Müasir Azərbaycan ədəbiyyatı", "Azərbaycan antologiyaları", "Ədəbiyyat antologiyaları", "Dünya ədəbiyyatı", "Dünya ədəbiyyatı klassikləri", "Dünya uşaq ədəbiyyatı" və s. bu kimi seriyalarda nəşr olunan kitablara da daim tələbat vardır. Ali məktəb tələbələri isə hazırda daha çox ingilis dilli kitablara maraq göstərirlər. 
- Bir zamanlar bu universitetdə təhsil alanlar lazım olan dərslikləri ya tapa bilmirdilər, ya da ana dilimizdə olmurdu. Bəs bugünkü tələbələr necə, belə problemlərlə qarşılaşırlarmı? 
Sualımızı cavablandıran Nigar İsmayılova bildirir ki, hal-hazırda fondlarımızda müxtəlif səviyyələrdə təhsil alan tələbələr üçün tədris prosesində tələb olunan dərslik və dərs vəsaitlərinin böyük əksəriyyəti mövcuddur: "Bunların içində ana dilində olanların da sayı yetəri qədərdir. Bir şeyi də vurğulamaq istəyirəm ki, Bakı Dövlət Universitetinin "Nəşr evi" universitetin professor-müəllim heyətinin elmin müxtəlif sahələrinə dair fundamental əsərlərini çap edərək kitabxanaya təqdim edir".
Kitabxananın direktoru 2000-ci illərdə artıq Elmi Kitabxanada elektron kataloq və elektron kitabxananın yaradılması işlərinə başlanıldığını deyir. Bu iş hazırda da davam etdirilir. 
Elmi Kitabxananın beynəlxalq nəşriyyatlarla əməkdaşlığı sayəsində istifadəçilər üçün 13000-dən çox elektron jurnal, 8000-ə yaxın elektron kitab və müxtəlifməzmunlu məlumat bazalarından istifadə imkanı yaradılıb. Elmi Kitabxananın oxucuları daha çox "Academic Search Premier", "MasterFILE", "GreenFILE", "Library", "İnformation Science & Technology Abstracts", "Business Source Premier", "eBooks" məlumat bazalarının elektron resurslarından istifadə edirlər.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir  

15:40
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!