02 Sentyabr 2023 09:40
763
CƏMİYYƏT
A- A+
Tariximizin dürüst salnaməçisi

Tariximizin dürüst salnaməçisi

(Yazının əvvəlini buradan oxuya bilərsiniz)

Qarabağ mövzusu Ü.Hacıbəylinin də "Azərbaycan" qəzetindəki yazılarında xüsusi yer tutur. Böyük publisist bu mövzunu özünə xas olan fərqli üslub və intellekt süzgəcindən keçirərək oxuculara təqdim edir. O, Qarabağ probleminin tarixi baxımdan tamamilə uydurma olduğunu göstərir, eyni zamanda erməni separatizminə, indiki dillə desək, beynəlxalq təcrübə (və hüquq) baxımından yanaşırdı. Üzeyir bəy məqalələrində göstərirdi ki, Qarabağ ermənilərinin torpaq iddiasına onların Azərbaycan hökumətinə itaətsizliyi kimi baxmaq lazımdır. O, "Eyni müamilə gözləyirik" (5 may 1919) məqaləsində Azərbaycanın rəsmi mövqeyini əks etdirərək Qarabağ ermənilərinin hökumətə tabe olmamaq qəsdilə göstərməkdə olduqları inadın artıq həyasızlıq dərəcəsinə çatdığını qeyd edirdi. 
Məqalədə ingilis baş komandanının Bakı nümayəndəsi Şatelvortun Şuşa şəhərinə getməsi və Qarabağda yalnız Azərbaycan hökumətinin qanunlarının hökm sürəcəyi ilə bağlı erməniləri itaətə dəvət etməsi, buna baxmayaraq, ermənilərin öz "müttəfiqlərinə" arxayın olub müqavimət göstərmələrini qeyd etməklə onların daima Qərbin köləsi, xaricilərin əllərində alət olması faktını vurğulayır: "Yevropaya ümidvardırlar", ümidvar olmaqlarının əsasi-dəxi budur ki, müharibə əsasında müttəfiqlərə "kömək durub" düşmən qabağında "döş gərib qılınc vurubdurlar", bunun əvəzində müttəfiqlərdən "ənam" gözlüyorlar!" 
İngilislərin timsalında ermənilərin havadarlarını açıq-aydın ittiham edən Üzeyir bəy göstərir ki, Azərbaycan hökuməti qəti addım atmalı, öz vəzifəsi müqabilində hər kəs ki, Qarabağda Azərbaycan hökumətinə qulaq asmalı, asi və xain hesab edilib layiqi olan cəzalara çatmalıdır.
Bu fikrini "Naxçıvan və Qarabağ" məqaləsində davam etdirən Üzeyir bəy göstərir ki, Qarabağ ermənilərinin Azərbaycan hökumətinə tabe olmamalarının əsas səbəbi onların əllərininin daima Amerikanın, ingilislərin ətəyində olması və burada ingilislərin tərəfgirliyidir. Sayca ermənilərdən çox olub, yerlərinin böyük qismi müsəlmanlara məxsus olan Naxçıvanın general Revi tərəfindən may ayının 14-də Ararat hökumətinə təsliminə, yeni yaranmış Azərbaycan hökumətinin yenə eyni ingilislərin köməyilə öz haqlarını hələ də yeridə bilməməsinə münasibət bildirən Üzeyir bəy yazırdı: "Bizi yandıran ingilislərin tərəfgirliyi və ya ingilis generalının bacarığı və ingilis miralayının bişüurluğu degildir. Özümüzün rəftarıdır ki, onun adına bacarıqsızlıq deməkdən başqa özgə bir ad qoymaq olmaz". ("Azərbaycan", 25 may 1919).
1918-1920-ci illərdə Andranik və Q.Njde kimi qatı millətçilərin başçılıq etdiyi erməni quldur dəstələri Naxçıvan və Şərurda, Zəngəzurda, Şuşa, Cəbrayıl və Cavanşir uyezdlərindən ibarət olan Qarabağda Azərbaycanın dinc əhalisinə qarşı amansız vəhşiliklər törədir, insanları kütləvi şəkildə qətlə yetirirdilər. Azərbaycan Məclisi-Məbusanı davamlı olaraq bu məsələni müzakirəyə çıxarırdı. Bu baxımdan parlamentin 1919-cu il yanvarın 15-də keçirilən iclasında M.Ə.Rəsulzadənin verdiyi bəyanat həyəcan təbili kimi səslənmişdi. Həmin bəyanatda deyilirdi: "Vətəndaşlar, Naxçıvan və Şərur uyezdlərində və İrəvan quberniyasının sair yerlərində müsəlmanlar, türklər başında yenə tazədən top qumbaraları partlıyor. Müsəlmanlar min dürlü əza və cəfalərə düçar oluyorlar. Hələ erməni-gürcü konfransında əskər tərxisi müzakirə edildikdə ermənilər demişlər ki, bizim daxili düşmənlərimiz var, asilərimiz var, onları tabe və tədib üçün əskər lazımdır: ona görə qoşunumuzu buraxa bilməyəcəgiz. Məgər bu düşmənlər yazıq, torpaqlarından əl çəkmək istəməyən zavallı naxçıvanlılar imiş, məgər bu düşmənlər istiqlaliyyət istəyən, heç kəsə qul olmaq istəməyib müstəqil yaşamaq arzusunda olan müsəlmanlar imiş".
M.Ə.Rəsulzadənin hökuməti bu məsələdə ciddi tədbirlər görməyə, nahaq tökülən qanların önünü almağa səsləyən çağırışına Ü.Hacıbəyli vaxtaşırı "Azərbaycan" qəzetində dərc etdirdiyi məqalələrində münasibət bildirirdi. Ədibin "Andranikin məsələsi" (15 dekabr 1918), "Fitnələr qarşısında" (23 yanvar 1919), "Qarabağ haqqında" (30 yanvar 1919) və s. məqalələri Andranikin Qarabağı "müsəlmanlardan təmizləmək" məqsədilə onları qətlə yetirməsindən, Azərbaycan xalqının ermənilər tərəfindən top-tüfəng atəşinə tutulmasından, həmçinin milli dövlətimizin ermənilərin böhtan və iftiralarına da məruz qalmasından söhbət açır. 
"Fitnələr qarşısında" məqaləsində Ü.Hacıbəyli hökumətin və müttəfiqlər ordusu komandanı general Tomsonun tədbirlərindən sonra Andranikin quldurluğunun sona çatdığını göstərsə də, ermənilərin növbəti taktikaya əl atmalarını, hökumətimizin top və tüfəng ağzından çıxan güllələrdən sonra daşnakların "Vperyod" qəzetinin iftira və böhtanlarına məruz qalmasını qeyd edir: "...top və tüfəng güllələrini dəf etmək bunların iftira və böhtanlarını rədd etmək işindən çox asandır. Çünki ermənilər cəngavərlikdən artıq böhtan və iftira qurmaq ustalığı ilə məşhurdurlar". Üzeyir bəy bir vətənpərvər ziyalı kimi xalqını "danos"lar hücumuna və "niş"inə qarşı hazır olmağa çağırır, gənc hökumətimizi "əqrəb"lərdən qorumağı hər kəsin borcu hesab edir. 
Ədibin "Qarabağ haqqında" məqaləsində də "Naşe vremya" erməni qəzetinin Qarabağda quldur dəstələrinin təcavüzünün qarşısını almaq məqsədilə yaradılacaq general-qubernatorluq təşkilinə qarşı fitnəkarlıq və provakasiyalara analitik şərhi, jurnalist yanaşması və milli təəssübkeşliyi maraq doğurur: "...hökumətimiz Qarabağda general-qubernatorluq təşkil etmək istərkən, erməni hökuməti ilə müharibəyə girmək ehtimalını heç xəyalına böylə gətirməmişdir, çünki Qarabağ bizim, biz-bizim. Öz yerimizdə, öz torpağımızda nə sayaq "adminstrativ" şəkillər yapacağımız bizim öz işimizdir. Erməni hökumətinin və ya erməni milli komitəsinin bu cürə işlərimizə qatışmağa heç bir həqləri olmadığını özləri bilmirlərsə, o halda siyasiyatın ibtidai qaydalarından bixəbər və cahildirlər, özgələrindən öyrənsinlər". 
Biz tarixə nəzər salsaq görərik ki, ermənilərin əsassız böhtan, qərəz və iftiralarla dolu təbliğat maşınını Azərbaycan xalqı, eləcə də Qərb dövlətləri daima müşahidə etmişlər. 1919-1920-ci illərdə Qafqazda, o cümlədən Azərbaycanda münaqişə zonalarında olmuş ingilis hərbi jurnalisti Skotland-Liddellin "Erməni-tatar sazişi. Qarabağda sülhün bərqərar olması" sərlövhəli yazısı Üzeyir bəy Hacıbəylinin gündəmə gətirdiyi problemə - erməni təbliğat maşınına Qərb siyasətçisinin verdiyi qiymət baxımından maraqlıdır: "Erməni mətbuatı qırğınlar, qəddarlıqlar barədə uydurmalarla və tatarlara qarşı təbliğatlarla doludur. Bu mətbuatda provakasiya çoxdur və heç şübhəsiz, indiki dövrdə Qafqazda və Ermənistanda baş verən milli münaqişələrin çoxuna görə məhz erməni mətbuatı cavabdehdir". 
Yeni qurulmuş müstəqil Azərbaycan dövlətini parçalamağa, torpaqlarını ələ keçirməyə, əhalisini qırmağa can atan məkrli, təcavüzkar erməni millətçilərinin xarakterik xüsusiyyətləri Ü.Hacıbəylinin publisistik məqalələrində tam xarakterizə olunmuş, Cənubi Qafqazda daim münaqişə ocağı yaratmaqda Qərb imperialist dövlətlərin onlardan bir alət kimi daim istifadə etdikləri tutarlı faktlarla göstərilmişdir. Üzeyir bəyin həmin qənaətləri bu gün üçün də çox aktualdır. 

 

Müasir "Azərbaycan" nədən yazır?

 

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə "Azərbaycan" qəzeti də tarixin ona ayırdığı missiyaya fasilə vermiş oldu. Amma məmləkətimiz üçün istiqlal günəşi əsrin sonlarında yenidən doğdu. 
Bu gün "Azərbaycan" qəzeti Xalq Cümhuriyyəti zamanında çıxan eyniadlı qəzetin varisi olaraq fəaliyyət göstərir və müasir dövrümüzün obyektiv salnaməsini yazmaq missiyasını davam etdirir. Qəzet beynəlxalq hüququn subyekti olan müstəqil Azərbaycanda gedən çoxşaxəli proseslərə işıq salır, müasir dövrün obyektiv mənzərəsini yaratmağa, xüsusən quruculuq və inkişaf dövrünün salnaməsini öz səhifələrində əbədiləşdirməyə çalışır. 
 Vaxtilə Ü.Hacıbəyli "Azərbaycan"ın səhifələrində "biz nədən yazmalıyıq, qəzetimiz üçün hansı mövzular önəmlidir" sualına cavab verərkən bu gün də aktuallığını itirməyən mövzuları bu şəkildə göstərirdi: Vətən abadlığı, millət səlamətliyi, cəmaət tərəqqisi, dövlət intizamı ilə bərabər, istiqlal, istiqlal və yenə də istiqlal! Fikrimizcə, "Azərbaycan" qəzeti 105 il əvvəlki redaktorun bu tövsiyəsinə ləyaqətlə əməl edir. Qəzet bu gün də Vətənin abadlığı üçün görülən böyük quruculuq işləri, milli təhlükəsizlik problemləri, dövlət intizamına əməl olunması məsələləri ilə yanaşı, Azərbaycanın müstəqilliyini daim öndə saxlayır. Xüsusən 44 günlük qalibiyyətli Vətən müharibəsindən sonra bu vacib məsələlər "Azərbaycan" qəzeti üçün ən həssas mövzulara çevrilmişdir. Tanınmış elm adamlarının, ictimai xadimlərin, sosioloqların və digər peşə sahibi olan müəlliflərin qəzet səhifələrində bu mövzulardakı çıxışları maraqla oxunur.
Əlbəttə, kənar müəlliflər qrupu nə qədər sanballı olsa da, yenə də qəzet işinin ağırlığı redaksiyanın öz əməkdaşlarının - peşəkar jurnalist kollektivinin üzərinə düşür. Bu mənada "Azərbaycan" qəzetini də ətə-qana gətirən, onu oxucu auditoriyası üçün cazibədar edən məhz peşəkar əməkdaşlar, bu istedadlı qələm sahiblərinin bir-birindən maraqlı yazılarıdır. 
"Azərbaycan" qəzetinin cəmiyyət həyatı ilə bağlı bütün məsələləri diqqət mərkəzində saxlaması, öz səhifələrində humanitar düşüncəyə, milli dəyərlərə, elm, təhsil, Ana dili və ədəbiyyat, mənəviyyat sahəsinin problemlərinə geniş yer ayırması çox təqdirəlayiqdir. Son illərdə Ana dili və ədəbi irsimiz haqqında yazılar, Üzeyir bəy Hacıbəyli, Cəfər Cabbarlı və Hüseyn Cavid ilə bağlı məqalələr maraqla oxunur. "Cavid sözünün qüdrəti" (23 oktyabr 2022), "Vaqif - özü və sözü" (16 avqust 2022), "Sözü uca tutan şair" (13 noyabr 2022), "Milli iradə və Zəfərdən sonrakı reallıqlar" (15 noyabr 2022) kimi yazılar yeniliyinə və informativ tutumuna görə oxuculara çox şey verir. 
 Təbii ki, "Azərbaycan"ın rəsmi qəzet olması ona müəyyən çərçivə verir, problemlərə yanaşmada bəzi düşünülmüş sərhədlər qoyur, amma heç bir halda jurnalistin yaradıcılıq azadlığını və tənqidləri məhdudlaşdırmır. Bəzilərinin yanlış təsəvvürünə görə, guya, rəsmi qəzetdə tənqidi yazı verilməsi məqsədəuyğun deyil. Amma "Azərbaycan"ın uzunillik təcrübəsi və xüsusən son illərdə dərc etdiyi kəskin tənqidi yazılar bu düşüncənin yanlış olduğunu göstərir. Oxucu reaksiyası göstərir ki, məhz bu tənqidi yazılar istənilən media qurumunun nüfuzunun artmasına səbəb olur. Ona görə də 105 yaşlı "Azərbaycan"ın səhifələrində tənqidi materialların və cəmiyyətin marağında olan mövzularda jurnalist araşdırmalarının çoxalması vacibdir.

Qulu MƏHƏRRƏMLİ,
BDU-nun Multimedia və elektron kommunikasiya  kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!