12 Mart 2021 00:29
1639
Mədəniyyət
A- A+
Tarixi qədim, ənənələri zəngin Azərbaycan milli teatrı

Tarixi qədim, ənənələri zəngin Azərbaycan milli teatrı

 

Bu gün Azərbaycanda yaraşıqlı binaları, geniş salonları ilə göz oxşayan, bir-birindən maraqlı, uğurlu səhnə əsərləri ilə sevimli tamaşaçılarının qarşısına çıxmağa hazır olan teatrlarımız çoxdur. Ancaq milli teatrımız bu günlərə gələnədək böyük və keşməkeşli tarixi yol keçib.

 

Meydan tamaşalarından teatr səhnəsinə gələn yol...

 

Azərbaycanda xalq teatrının tarixi çox qədimdir. Xalq arasında meydan tamaşaları əsrlərboyu məşhur olub. Məzhəkə, nəqletmə, musiqi, rəqs, yarışma və digər ünsürlərlə zəngin, baxımlı olan həmin tamaşalar açıq havada, şəhər meydanlarında, kəndlərdə, karvansaralarda, bazar və küçələrdə göstərilirdi. Azərbaycanda toy, elçilik və digər mərasimlərdə də əsrlərboyu teatr elementləri mövcud olub. Bunlardan biri toylarda göstərilən “Xan oyunu” idi. Sonrakı dövrlərdə “Şəbih” və digər dini səciyyəli tamaşalar da geniş yayılmışdı.

“Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”, “Tənbəl qardaş” kimi meydan tamaşaları, “Kilimarası” “Maral oyunu” kimi kukla teatr tamaşaları geniş kütlə tərəfindən böyük maraqla qarşılanır, yüksək əhvali-ruhiyyə yaradırdı. Bu tamaşalar xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərimizi, soykökümüzə bağlılığımızı təcəssüm etdirərək yaşadıb.

XVII əsrin ikinci yarısında Azərbaycana gələn fransız səyyahı Şarden Çuxursəd bəylərbəyinin İrəvan şəhərindəki iqamətgahında qonaq olub. Ona üç hissəli bir tamaşa göstəriblər. Tamaşa Şardenə elə xoş təsir bağışlayıb ki, onu “Şərqin operası” adlandırıb.

Araşdırıcılar bu fikirdədirlər ki, mərasim, ayin və xalq oyunlarındakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynayıb.

1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təqdim olunan Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” tamaşası ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Tamaşanın hazırlanmasında Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun əməyi böyük olub.

 

Fədakarların sayəsində yaşayan sənət

 

Bakı şəhərində ilk teatr binasını xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev inşa etdirib. O, milli teatrın inkişafında böyük xidmət göstərib. Əlbətdə, tamaşa kollektiv əməyin məhsuludur və teatra olan sevgi, fədakarlıq estafet kimi yeni gələn nəsillərə ötürülməsə, onun var olması mümkünsüzdür. Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə nümayəndəsi yetişdi. Bu gün də onların sənət yolunu davam etdirən istedadlı aktyorlarımız, aktrisalarımız az deyil.

Tarixi 1873-cü il martın 10-dan başlanan milli teatrımız çox çətin bir yol keçib. XIX əsrin sonları, XX əsrin əvvəllərində maddi vəziyyətinin ağırlığını düşünməli, bu istiqamətdə çalışmalı ikən onun başını digər problemlərlə qarışdırıb, inkişafını əngəlləməyə çalışıblar. Səhnə o illərdə aktyorlara məşhurluqla bərabər bəlalar gətirib. Təhqiramiz ifadələrlə, təhdidlərlə qarşılaşanlar az olmayıb. Səhnəyə çıxdığı üçün yaralananlar, qətlə yetirilənlər olub. Çünki çoxları öz qohumunun, yaxınının aktyorluq sənətini seçməsini özü üçün, bütövlükdə nəsli üçün təhqir hesab edib. Gözü qorxanları, həyatını təhlükəyə atmaqda çəkinənləri teatrdan, səhnədən uzaqlaşdırmağa müvəffəq olublar. Amma bu sənəti canından çox sevənlər heç bir təhdidə, təhqirə, fiziki və mənəvi əzab-əziyyətlərə boyun əyməyiblər. Elə milli teatrımız da belə fədakarların sayəsində yaşayıb, inkişaf edib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması milli teatrın fəaliyyətində də canlanma yaradıb. Qısa müddətdə teatrın inkişafı üçün zəruri işlər görülüb. Onun repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər daxil edilib. Bu sahədə cümhuriyyət hökumətinin məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili olub. Bu, Azərbaycan peşəkar teatrının dövlət teatrı statusu alması demək idi. 1918-ci il noyabrın 4-də həmin teatrda ilk dəfə Nəriman Nərimanovun “Nadir şah” faciəsinin tamaşası təqdim olunub.

Sovet hakimiyyəti illərində də Azərbaycanda teatr sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilib. Teatrlarımızın repertuatlarında sovet ideologiyasını və rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlərə də yer verilib.

 

Tamaşaçıların intizarında...

 

XX əsrin sonuncu onilliyində Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Xalqımızın nail olduğu bu böyük qələbə asanlıqla əldə olunmadı. Müstəqilliyimizin ilk illərində bütün sahələrdə böhran yarandı. Teatr sənəti də çətin sınaqlarla üzləşdi. Ancaq bu imtahandan da üzüağ çıxdı.

Bu gün Azərbaycan teatrı dövlət qayğısı, tamaşaçı sevgisi ilə əhatələnib. Əlbəttə, problemləri də var. Son bir ildə ən böyük qayğısı isə pandemiya ilə bağlı yaranmış vəziyyətlə əlaqədar tamaşaçılarını qarşılaya bilməməsidir. Teatrlarımız böyük intizarla koronavirusun endirdiyi pərdələri yenidən açacağı, tamaşaçı alqışları ilə kükrəyəcəyi günləri gözləyir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!