22 May 2025 08:35
1173
SİYASƏT
A- A+
Tarixi köklərə əsaslanan strateji tərəfdaşlıq 

Tarixi köklərə əsaslanan strateji tərəfdaşlıq 


Dostluğa söykənən Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir


Azərbaycan və Macarıstan strateji tərəfdaşlıq əlaqələrinə malik dost ölkələrdir. Respublikamız türk dövləti Macarıstan ilə münasibətlərin inkişafına daim əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlığın bugünkü yüksək səviyyəsi Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələrin təməlləri üzərində qurulub.  

Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban arasında olan səmimi dostluq münasibətləri əzəldən var olan Macarıstan-Azərbaycan əlaqələrini daha da dərinləşdirib, sarsılmaz edib. Hər iki ölkənin rəhbərlərinin şəxsi səyləri ilə bu gün Azərbaycanla Macarıstan istər siyasi, iqtisadi, istərsə də digər sahələrdə eyni mövqedə dayanaraq dünyanın yeni çağırışlarına adekvat reaksiya verirlər. Ən ümdəsi isə iki qardaş ölkənin hər zaman bir-birlərinin yanında olması, bir-birilərinə dayaq-dəstək vermələridir. 

"Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub", - deyə Macarıstanın Baş naziri Viktor Orbanın Budapeştdə Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatı zamanı dediyi kimi.  


"Eyni çağırışlarla üz-üzəyik"


Azərbaycan və Macarıstan arasındakı diplomatik əlaqələr ölkəmizin yenidən müstəqilliyini bəyan etməsindən cəmi 1 il sonra - 27 aprel 1992-ci ildə qurulub. 2009-cu ildə Macarıstanın Azərbaycandakı, 2004-cü ildə isə Azərbaycanın Macarıstandakı səfirliyi açılıb. Ötən müddətdə iki ölkə arasında həm diplomatik, həm də digər sahələrdəki əlaqələr yüksək səviyyədə inkişaf edib. 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayıb. 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasına mühüm zəmin yaradıb. Xüsusilə bu sənəd enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi sahəsində ortaq maraqları vurğulayaraq "Cənub qaz dəhlizi" (CQD) layihəsinin əhəmiyyətini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində müstəsna rolunu göstərir. 

Azərbaycan ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Qeyd edək ki, bu gün ölkəmiz 12 ölkəyə təbii qaz ixrac edir ki, onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır.

Macarıstan ilə Azərbaycan arasında təkcə enerji sahəsində deyil, digər sahələrdə də əlaqələr uğurla inkişaf edir. 

Mayın 20-də Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstanda işgüzar səfərdə oldu. Həmin zaman sözügedən ölkənin baş naziri ilə mətbuata bəyanatlarla çıxış etdikləri zaman dövlətimizin başçısı vurğuladı ki, biz dost ölkələrik, strateji tərəfdaşıq.

Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar olduğunu və bu oxşarlıqların qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaratdığını bildirən ölkəmizin başçısı əlavə etdi: "Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik".


Milli maraqların keşiyində


Azərbaycan və Macarıstanı birləşdirən digər oxşarlıq isə hər iki ölkənin müstəqil siyasət yürütməsi və milli maraqlarını qətiyyətlə qorumasıdır. Danılmaz reallıqdır ki, həm Prezident İlham Əliyevin, həm də Baş nazir Viktor Orbanın öz dövlətlərinin və xalqlarının milli mənafelərini istənilən güclərə qarşı prinsipiallıqla müdafiə etmələri sayəsində Azərbaycan və Macarıstan dünyada sözükeçən ölkələrə çevriliblər. Azərbaycanın 44 günlük müharibədə və 23 saatlıq antiterror tədbirlərində zəfər qazanması sayəsində bölgədə tamamilə yeni reallıqlar yaratması ölkəmizin beynəlxalq arenadakı nüfuzuna nüfuz qatıb. Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin Cənubi Qafqazla bağlı qərəzli mövqedə dayanan xarici qüvvələrin planlarını pozması da bir başqa gerçəklikdir. 

Prezident İlham Əliyevin təbirincə desək, Avropa İttifaqına daxil olan ölkə kimi Macarıstanın da öz milli maraqlarını qətiyyətlə qoruması əsl qəhrəmanlıqdır. 

Məhz Baş nazir Viktor Orbanın yürütdüyü siyasət nəticəsində Macarıstan Aİ məkanında öz milli maraqlarına təhdid olan proseslərin qarşısına sədd çəkə bilib. Macar cəmiyyətinə yad, aşındırıcı cəhdlərin qarşısı hər zaman qətiyyətlə alındığı üçün bu ölkədə milli-mənəvi dəyərlər neqativ təsirlərdən qorunub.

Həmçinin Macarıstanın Baş naziri Viktor Orban hər zaman baş verən geosiyasi prosesləri düzgün dəyərləndirərək prinsipial mövqe sərgiləməsi və Aİ daxilində öz müstəqil siyasətini həyata keçirməyi bacarması ilə də diqqət çəkir, rəğbət görür. 

Bununla bağlı yuxarıda sözügedən bəyanatında dövlətimizin başçısı İlham Əliyev söylədi ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. 

"Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub... 

...Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da, böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə", - deyə dövlətimizin rəhbəri əlavə etdi.  

Azərbaycanın xüsusi səyləri ilə bu gün dünyada nüfuzlu mövqeyə yüksələn Türk Dövlətləri Təşkilatı da ölkələrimizi birləşdirən bir başqa mühüm platformadır. Macarıstan TDT-də müşahidəçi ölkədir və təşkilatın qeyri-rəsmi Zirvə görüşünə bu dəfə məhz bu ölkə evsahibliyi edir.

Bütün bunlar da göstərir ki, Macarıstan və Azərbaycan etibarlı tərəfdaş, dost, strateji müttəfiq olmaqla yanaşı, həm də yeni və ədalətli dünya nizamının qurulması istiqamətində çağırışlara birgə qoşulan məsuliyyətli ölkələrdir. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb

20:34
22 İyun

İstanbulda Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər müzakirə edilib

20:33
22 İyun

Abbas Əraqçi: BMT üzvü olaraq İranın öz haqqını qorumaq hüququ var

20:29
22 İyun

Azərbaycanın XİN başçısı əlcəzairli həmkarı ilə İsrail-İran qarşıdurması nəticəsində yaranmış vəziyyəti müzakirə edib

20:27
22 İyun

Türkiyə XİN: Rəsmi Ankara İranın nüvə obyektlərinə hücumun mümkün nəticələrindən narahatdır

19:31
22 İyun

Şəhid əsgər Nail Mahmudovun xatirəsi anılıb

18:29
22 İyun

AEBA: İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra radiasiya səviyyəsində artım yoxdur

17:16
22 İyun

Azərbaycan ilə Somali arasında əlaqələr müzakirə olunub

17:15
22 İyun

Azərbaycanın XİN başçısı Azərbaycanın Cammu və Kəşmirlə bağlı mövqeyini bir daha açıqlayıb

13:41
22 İyun

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
22 İyun

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib

13:37
22 İyun

ABŞ İranın üç nüvə obyektini vurub

13:35
22 İyun

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

13:34
22 İyun

Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb

13:31
22 İyun

Rəsmi Tehran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasının keçirilməsini istəyib

13:29
22 İyun

İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

10:20
22 İyun

İran XİN: Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq

10:17
22 İyun

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

10:10
22 İyun

Bilmək istəyirəm

09:45
22 İyun

Baxışlar, baxışlar...

09:40
22 İyun

İsrail-İran qarşıdurması: gərginlik səngimir

09:35
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!