17 Aprel 2022 00:28
2622
Mədəniyyət
A- A+
Tarixi abidələrimiz - qorunanı da var, baxımsız qalanı da...

Tarixi abidələrimiz - qorunanı da var, baxımsız qalanı da...

 

İnsanı dünəni ilə birləşdirən, əcdadlarının yaşadığı dövrün ab-havası ilə qovuşduran tarixi abidələr həm də ölkələrin xarakterini formalaşdırır.

Bir ölkənin tarixini öyrənmək, mədəni irsini müəyyənləşdirmək və dünyada təbliğ etmək üçün məhz qədim abidələrə üz tutulur. Bu səbəbdəndir ki, hər bir xalq mədəni irsinin qorunmasına, tarixi abidələrinə xüsusi həssaslıqla yanaşır.

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Azərbaycan da tarixi abidələrlə zəngin ölkələrdən biridir və onların qorunması qanunla tənzimlənir. Bəs görəsən, bu gün onların qorunması, mühafizəsi necə təşkil edilir? Bunu öyrənmək üçün apardığımız jurnalist araşdırması nəticəsində maraqlı faktlarla rastlaşdıq.  

 

6000-dən çox tarix-mədəniyyət abidəsi dövlət mühafizəsindədir

 

Vətənimizin hər bir bölgəsi qədim mədəniyyət abidələri ilə zəngindir. Elə bir rayonumuz və ya şəhərimiz yoxdur ki, orada tarixi-memarlıq abidələri olmasın. Onların hər biri özündə bir tarix yaşadır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qəzetimizə açıqlamasında bildirdi ki, ötən il ərzində tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği, onların istifadəsinə nəzarət baxımından bir sıra işlər həyata keçirilib. Bu sahədə həm beynəlxalq platformalarda, həm də ölkə səviyyəsində görülən işlər davam etdirilib. Hazırda ölkəmizdə 82-si dünya, 2059-u ölkə və 4167-si yerli əhəmiyyətli olmaqla, ümumilikdə 6000-dən çox daşınmaz tarix-mədəniyyət abidəsi dövlət mühafizəsindədir. Azad Cəfərlinin sözlərinə görə, tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatına alınması davamlı prosesdir. Tarix, memarlıq və arxeoloji abidələr müvafiq prosedurlar həyata keçirildikdən sonra dövlət qeydiyyatına alınır. Son illər ölkə ərazisində aparılmış monitorinqlər nəticəsində 1400-dən çox tarixi, memarlıq və arxeoloji abidələr müəyyən edilərək qeydə alınıb.

 

Bərpaya ehtiyacı olan abidələr mərhələli şəkildə təmir edilir

 

İşğaldan azad olunmuş ərazilərdə isə 706 tarix-mədəniyyət abidəsindən 6-sı memarlıq, 5-i arxeoloji olmaqla ümumilikdə 11 abidə dünya əhəmiyyətli mədəni irs nümunəsidir. Bunlar Ağdam rayonundakı Qutlu Musa türbəsi, Üzərliktəpə yaşayış yeri, Cəbrayıl rayonundakı "Xudafərin" körpüləri, Niftalı kurqanları, Xocavənd rayonundakı Azıx və Tağlar mağara düşərgələri, Kəlbəcər rayonundakı Gəncəsər və Xudavəng monastırları, Şuşa şəhərindəki Şuşa Tarix-Memarlıq Qoruğu, Xocalı rayonundakı Xocalı kurqanlarıdır.

İşğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində 2645 tarix və mədəniyyət abidəsi mövcuddur. Bunlardan 1884-ü memarlıq abidəsi, 749-u arxeoloji abidə, 67-si isə monumental park və heykəltəraşlıq nümunələridir.

Diqqətdən kənar qalan abidələrlə bağlı sualımızı isə Azad Cəfərli belə cavablandırdı: "Bərpaya ehtiyacı olan abidələr əvvəlcə Dövlət Xidməti tərəfindən dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına bərpası nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilməsi üçün təqdim edilir. Bundan sonra bərpası nəzərdə tutulan abidələrlə bağlı müvafiq işlərin icrası mərhələli şəkildə təmin edilir". Onun fikrincə, belə tarixi-mədəniyyət abidələrinin qanunvericilik çərçivəsində hüquqi və ya fiziki şəxslərin maliyyə yardımları və ianələri hesabına həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirmədən bərpa olunub istifadə edilməsi üçün Dövlət Xidmətinə müraciətlərlə bağlı təcrübə də mövcuddur.

 

Abidələrin qorunması işində müəyyən sahələrdəki boşluqlar aradan qaldırılmalıdır

 

Lakin aparılan apaşdırmalara görə son illərdə bəzi tarixi və arxeoloji abidələrimiz diqqətdən kənarda qalaraq baxımsız vəziyyətə düşür və nəticədə müəyyən vaxtdan sonra bəzilərinin itirilməsi təhlükəsi yaranır. 

Məsələ ilə bağlı müraciət etdiyimiz AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi fond və ekspozisiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev bizimlə söhbətində bildirdi ki, Azərbaycanda tarixi abidələrin qorunması məsələsi müəyyən proseslərlə bağlıdır. Belə ki, bir ölkənin iqtisadiyyatı inkişaf mərhələsində olduqda, transmilli layihələr həyata keçirildikdə tarixi abidələrin mühafizəsi çətinləşir. Buna görə mədəni irslə məşğul olan, bu sahədə çalışan qurumlar, ictimai təşkilatlar fəal olmalıdırlar. Azərbaycan qanunvericiliyində də bu sahəyə aid müddəaları düzgün yerinə yetirməli və həmin abidələrin qorunması və tədqiqi məsələləri daim gündəmdə olmalıdır.

Arxeoloq bildirir ki, mədəni abidələrdən əlavə, arxeoloji abidələrin qorunması prosesi də dünyada olduğu kimi, Azərbaycanda da çətin sahə sayılır. "Belə abidələr əsasən çöllük ərazilərdə yerləşdiyindən bu istiqamətdə aparılacaq işləri mürəkkəbləşdirir. Ümumilikdə bu sahədə son illər müəyyən yeniliklər, irəliləyişlər hiss olunur. İndi həm dünya təcrübəsindən istifadə olunur, həm də mədəni irs sahəsində çalışan şəxslər fəallıq göstərirlər. Amma yenə də hesab edirəm ki, abidələrin qorunması ilə bağlı məsələlərin tam həllinin tapılması üçün müəyyən sahələrdəki boşluqlar aradan qaldırılmalıdır. Bundan sonra uğurlu nəticələr əldə edilə bilər".

 

Bəzi abidələr baxımsızlıq ucbatından tarix səhnəsindən silinir

 

AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev qəzetimizə açıqlamasında bildirir ki, abidələr baxımsızlıq ucbatından zaman-zaman ortadan çıxır. 

İndiki vəziyyətə nəzər salsaq, dağılmış abidələrimizin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını görərik. Mütəxəssis bu yöndə bir neçə abidəni diqqətə çatdırır: "Qazax rayonunun mərkəzində yerləşən, Gəncədən Tbilisiyə qədər repressiya tariximizlə bağlı olan Şəkərin qalası diqqətdən kənar qalaraq uçulmaq təhlükəsi ilə üz-üzədir. Həmçinin Qız qalasının yaxınlığında Mədrəsə-məscid deyilən bir tikili var. Bu tikilinin yaşının XIV-XVI əsrlərə aid olduğu yazılır. Bu abidə İçərişəhərdə mövcud olmuş Came məscidinin bu günə qədər qalmış hücrələrindən biridir. XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid-mədrəsə kimi istifadə edilmişdir. Abidənin üstündə "Məktəb məscidi" olduğu və dövlət tərəfindən qorunduğu yazılıb. Hazırda bu tarixi abidə "Carpet Shop" olaraq fəaliyyətdədir və orada xalça və digər əşyalar satılır".

Zaur Əliyev dağılmış, acınacaqlı vəziyyətdə qalan Tovuz rayonunun Əsrik Cırdaxan kəndi ərazisində yerləşən, təxminən IV-V əsrlərə aid olan qədim alban kilsəsinə də diqqəti çəkir. Əsrik Cırdaxan kəndinin meşə ərazisində olan albanlara məxsus bu tarixi abidə torpaqdan 100 metr yüksəklikdə yerləşir. Ərazisi isə 2 hektardır. Qazıntı zamanı binadan üzərində xaç təsviri həkk olunmuş daş lövhənin tapılması, eləcə də məbədin altında və ətrafında xristian qəbirlərinin aşkar edilməsi abidənin çox qədimlərə aid olduğunu sübut edir. Lakin diqqətsizlikdən onun ətrafını qamış və ot-alaq basıb. Tarixi abidə qəzalı vəziyyətə düşüb. Bir hissəsi isə uçub.

Zaur Əliyev Göygöl rayonunun Yeni Zod kəndində, Cavadxan yüksəkliyində yerləşən alban kilsəsinin də məhv olduğunu bildirir. Deyir ki, ciddi tədbirlər görülməsə, abidə həqiqətən də tarixə qovuşacaq və daha bir tariximiz əldən gedəcək. Bunların sırasında İlisu dağlarının üstündə yerləşən "Şeyx Şamil" qalası, "Qala kompleksi" və "Ulu Məscid" də var, onlar tam dağılmaq üzrədir.

Z.Əliyev "Minəcik" karvansaranın vəziyyətinin də acınacaqlı olduğunu dedi. "Karvansara qədim Şamaxı-Cəngi yolunun üstündə, Qızıldaş qəsəbəsindən 30 kilometr aralıda yerləşir. XV əsrdə inşa olunub. Binanın tikilmə tarixini girişin üstündə olan daş kitabədən təxmin etmək olar. Bir neçə il əvvələ qədər onun qırılmış hissəsində Şirvanşah Xəlilullah adını oxumaq mümkün olub. Amma təəssüf ki, bu gün həmin kitabə dağılaraq məhv olub".

Zaur Əliyev son olaraq bildirdi ki, dövlət bu sahəyə hər il müəyyən miqdarda vəsait ayırır, ancaq təəssüf ki, bu vəsait bəzən abidələrə çatmamış "xərclənir". Digər bir məsələ də var. Bəzi hallarda abidələrin bərpa işləri qeyri-peşəkarlara tapşırılır. Onlar tarixi abidələrin tikilməsi istiqamətində arxivlərdə çalışmırlar, rayonlarda və şəhərlərdə abidələri bilən yaşlı insanları dinləyib, onların fikirlərini dəyərləndirmirlər. Bu sahənin həqiqi mütəxəssisləri də azdır.

Onlarca belə faktı qeyd etmək olar. Azərbaycan tarixinin yaddaşı olan abidələr, kilsələr, məscidlərlə əhatələnib. Amma ürək dağlayan vəziyyətdə olan nümunələr bu harmoniyanı pozur. Bunlar restavrasiya olunarsa, təmir edilərsə, əcnəbi turistlərdə də böyük maraq oyadar. Xalqımızın mədəniyyəti, tarixi irsimizlə hər kəsi təəccübləndirmək mümkündür və nəzərə almaq lazımdır ki, ölkəmiz yalnız şəhər mərkəzindən ibarət deyil. Təəssüf ki, şəhərimizdə də bəzi tarixi abidələrimiz baxımsızlıq üzündən dağılıb tarixdən silinir.

Azərbaycan Konstitusiyasında yazılır ki, tarix və mədəniyyət abidələrini qorumaq müvafiq qurumların və hər bir şəxsin borcudur. Gəlin abidələrimizi, tarixi irsimizi, keçmişimizi qoruyaq, gələcək nəsillərə qədimiliyimizi sübut edəcək layiqli miras qoyaq.   

 

Aydan XƏLİLOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!