06 İyun 2025 09:10
1182
Mədəniyyət
A- A+
Suveren Azərbaycanda bayram sevinci

Suveren Azərbaycanda bayram sevinci


İslam aləmində ən müqəddəs bayramlardan biri Qurban bayramıdır. Xoş niyyət, xeyirxahlıq, bərabərlik, dözümlülük və fədakarlığın simvolu hesab edilən bu bayram ölkəmizdə də yüz illərdir qeyd olunur. Əsas mahiyyəti mərhəmət duyğularının təcəssümü, paylaşmaq, yardımlaşmaq və Allaha yaxınlaşaraq onun rizasını qazanmaq olan Qurban bayramı hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bayram üç gün davam edir.

Azərbaycan xalqının yüksək əhvali-ruhiyyə və təntənə ilə qeyd etdiyi Qurban bayramı ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanununa əsasən, dövlət səviyyəsində keçirilir. 


"Allah dostu"nun tərəddüdsüz itaətinin və sadiqliyinin nümunəsi

 

İnsanları halallığa, paklığa səsləyən bu bayram haqqında müqəddəs kitabda - "Quranı-Kərim"də də bəhs edilir. Qurban bayramının yaranması barədə Həzrət İbrahimin hekayəsi Allaha səmimi-qəlbdən bağlılığın, sədaqətin, Onun əmrinə tərəddüdsüz itaətin nümunəsidir. Xalq arasında Qurban bayramına həm də "İsmayıl qurbanı" deyilməsi də bu bayramın tarixi ilə əlaqədardır.

Bu tarix barədə bildiklərimiz isə belədir: Yaradana ömrüboyu sidqi-ürəkdən xidmət edən, buna görə "Allah dostu" ləqəbini qazanan İbrahim Peyğəmbərin övladı olmur. Uzun illər dua edən Həzrət İbrahim ahıl yaşında arzusuna çatır. Allah ona bir oğul bəxş edir. İbrahim Peyğəmbər oğlu İsmayılı anası Həcərlə birlikdə Məkkə yaxınlığında yerləşdirir. İsmayıl yeniyetmə yaşına çatır. Həzrət İbrahim bir gün yuxusunda görür ki, Allah ona oğlu İsmayılı qurban kəsməyini buyurur. Qocaman ataya Allahın ona nəsib etdiyi sevimli övladını qurban vermək fikri ağır təsir bağışlayır. Peyğəmbər qəm-qüssəyə qərq olur. Əvvəlcə yuxuda gördüklərinə əməl etməyə ürəyi gəlmir. Eyni yuxunu təkrar-təkrar görməyə başlayır. İbrahim Peyğəmbər dərk edir ki, oğlunu qurban kəsmək Yaradanın əmridir və yerinə yetirməlidir. "Allah dostu" bütün tərəddüdlərinə son qoyur. Oğlu İsmayılı qurban kəsmək üçün Məkkə yaxınlığındakı Mina dağına aparır. Yeniyetmə İsmayıl qurban veriləcəyini biləndə nəinki etiraz etmir, atası kimi o da bunu Allahın buyruğu kimi qəbul edir və razılıqla qarşılayır. Həzrət İbrahimi fikrindən daşındırmaq, Allahın əmrinə itaət etməməsi üçün şeytan yolboyu üç dəfə onu yeniyetmə oğlunu qurban verməməyə çağırır. Ancaq şeytana aldanmayan Həzrət İbrahim öz əməli ilə bir daha təsdiq edir ki, Allaha qəlbən yaxın və  sadiqdir. Allah İbrahim Peyğəmbərə oğlu İsmayılı qurban verməyi onların imanını yoxlamaq üçün əmr etmişdi. İbrahim Peyğəmbər bu sınaqdan üzüağ çıxır...

O, Mina dağında oğlu İsmayılı qurban kəsmək istəyir, amma bıçağı kəsmir. Bu vaxt Allahın vəhy mələyi Cəbrayıl nazil olaraq Həzrət İbrahimə Yaradanın sınağından üzüağ çıxdığını, oğlunu deyil, Allahın göndərdiyi qoçu qurban kəsməsini buyurur: "Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin. Sənə yuxuda nə əmr olunmuşdursa, onu yerinə yetirdin. Yaradan sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq".

O vaxtdan qeyd olunan bu bayram eyni zamanda insanın qurban verilməsinin qadağan olunduğunu təsdiq edir.

 

Müsəlmanların birlik, həmrəylik və qardaşlıq duyğularını ifadə edən bayram 


Xeyirxahlığı, sosial yardımlaşmanı təcəssüm etdirən bu müqəddəs bayram günü kəsilən qurban paylaşılmalıdır. Ehtiyacı olanlara həmin ətdən verilməldir ki, onlar da doyunca yesinlər. Maddi cəhətdən imkanı olanlar bununla birgünlük də olsa, imkansızların ehtiyacını ödəməlidirlər. Həzrət Məhəmməd Peyğəmbər (s.v.s) bir hədisdə buyurub: "Allah qurbanlıq gününü bayram kimi qərarlaşdırdı ki, kasıblar da həmin gün ət xörəyi yeyə bilsinlər. Ona görə siz də kasıblara qurban payı verin".

Qurbanlıq heyvanların seçimi və kəsilməsi ciddi dini qaydalarla tənzimlənir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu il Qurban bayramı ilə bağlı fətvasında da qeyd olunub. Bildirilib ki, heyvan sağlam, qüsursuz və müəyyən yaş həddinə çatmış olmalıdır: "Kəsilmiş qurban ətinin paylanması da vacib mərhələlərdən biridir. Qaydalara görə, ət üç hissəyə bölünür: biri ailəyə, biri yaxınlara, bir hissəsi isə ehtiyacı olanlara verilir".

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Ancaq keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. QMİ-nin verdiyi fətvada o da qeyd olundu ki, həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. 

Fətvada bildirildi ki, Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurban bayramı Zilhiccə ayının 10-na - Miladi təqvimlə iyunun 6-na təsadüf edəcək. Qeyd edilir ki, şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 6-dan başlayaraq 3 gün davam edə bilər.

Bu gün - iyunun 6-da məscidlərimizdə bayram namazları qılınır.

Sevincli və qürurluyuq ki, müsəlmanların birlik, həmrəylik və qardaşlıq duyğularını idafə edən bu müqəddəs bayram artıq suverenliyi tam bərpa olunmuş ölkəmizdə keçirilir. Bu gün Ermənistanın otuz ilə yaxın davam etdirdiyi işğaldan azad etdiyimiz Şuşada, Xocalıda, Ağdamda, Cəbrayılda, Füzulidə və digər ərazilərimizdə də məscidlərdə bayram namazı qılınacaq. Azərbaycanın digər bölgələri kimi, Qarabağda və Şərqi Zəngəzurda da Qurban bayramını doğma ata yurdunda qeyd edən keçmiş məcburi köçkünlər qohumlarına, qonşularına qonaq gedəcək, bayram münasibətilə bir-birini təbrik edib, sevinclərini bölüşəcəklər.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!