12 May 2024 09:25
1070
Mədəniyyət
A- A+
Şuşa hər bir azərbaycanlı üçün əziz şəhərdir

Şuşa hər bir azərbaycanlı üçün əziz şəhərdir

 

Ümummilli Lider Heydər Əliyev deyirdi: "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı  böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir".

 

Azərbaycan xalqının zəngin tarixinin ən möhtəşəm abidələrindən biri...

 

Bu qədim şəhərin zəngin milli-mənəvi irsinin təbliği və inkişafı istiqamətində hələ sovet dövründə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə məqsədyönlü tədbirlər həyata keçirilirdi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Qarabağa çox böyük diqqət və qayğı göstərirdi. Azərbaycan xalqının zəngin tarixinin ən möhtəşəm abidələrindən biri, qəhrəmanlıq rəmzi olan Şuşanın tarixində həmin illərdə unudulmaz səhifələr yazılırdı. 
Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə xüsusi qərarlar qəbul edildi. Şəhərin qədim binaları, tarixi abidələri həmin qərarlara uyğun olaraq bərpa edildi, yeni çoxmərtəbəli yaşayış evləri, ayrı-ayrı inzibati binalar, böyük mehmanxana kompleksləri inşa olundu. Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Nəinki Azərbaycanın müxtəlif yerlərindən, sovet ittifaqının digər respublikalarından Şuşaya istirahətə gələnlər, həm də Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmaq imkanı qazanırdılar.
Ümummilli Liderin iştirakı ilə 1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolu istifadəyə verildi. Heydər Əliyev dəmir yolu xəttinin açıldığı gün Şuşaya getdi. O, şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına qayğı göstərilməsi barədə xüsusi göstəriş verdi. Şuşada həyata keçirilən tikinti-quruculuq işləri ilə yaxından maraqlandı, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Molla Pənah Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb-yaratdığı yerlərlə tanış oldu. "Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır", - Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə Heydər Əliyevin tövsiyəsi belə oldu.

 

Bütün azərbaycanlıları birləşdirən şəhər

 

1967-ci ildə Heydər Əliyev Şuşada olarkən şair Molla Pənah Vaqifin məzarını ziyarət etmək istədi, ancaq məzarı tapa bilmədi. Onun göstərişi ilə tez bir vaxtda məzar tapıldı. Heydər Əliyev bərbad halda olan, dağılmış məzarı ziyarət etdi. Ulu Öndər nitqlərinin birində gördüyü bu məzarın Vaqifə layiq olmadığını bildirdi. Ümummilli Liderin göstərişi ilə Vaqifin məzarı üstündə abidə və türbə inşa edildi.
1977-ci ildə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ.Kanukovun layihəsi əsasında başlanıldı. Kompleks Şuşa şəhərinin Cıdır düzünə yaxın ərazidə şairin məzarı üstündə tikildi. Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat muzeydə sərgilənirdi.
Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Molla Pənah Vaqifin məqbərəsinin və Şuşada Poeziya Evinin təntənəli açılış mərasimi keçirildi. Həmin qarlı yanvar günündə düzənlənən tədbirdə Şuşaya tanınmış sənət adamları toplaşdı. O gün milli mədəniyyət və sənət bayramına çevrildi.
Heydər Əliyevin göstərişi ilə hər il avqust ayında Vaqif Poeziya Günləri təşkil edildi. Tədbirlərin proqramları zəngin və maraqlı olurdu. Vaqif Poeziya Günlərində şeir gecələri ilə yanaşı, konsertlər də təşkil edilirdi. Bu poeziya günləri hər il avqust ayında şairin vətəni Qazaxdan başlayır, Şuşada yekunlaşırdı.
Şuşada olarkən Ümummilli Lider Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla da tanış olmuş, onların qorunmasına dair tövsiyələrini vermişdi. 1982-ci ildə Şuşada ikinci dəfə avqust ayında olanda isə Heydər Əliyevin iştirakı ilə şair Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi həyata keçirildi.
Ənənəyə çevrilən və hər il böyük təntənə ilə keçirilən Vaqif Poeziya Günləri Şuşa erməni qəsbkarları tərəfindən işğal olunanadək davam etdi. 1992-ci il mayın 8-də Şuşa yağıların əlinə keçdi. Təcavüzkar ermənilər Şuşadakı milli-mənəvi, dini və tarixi-memarlıq abidələrimizi taladılar, məhv etdilər. Azərbaycanın klassik şairi Molla Pənah Vaqifin məqbərəsini də dağıtdılar. Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığı otuz ilə yaxın müddətdə Şuşa bir sıra ənənəvi mədəniyyət tədbirləri kimi Vaqif Poeziya Günlərinə də həsrət qaldı...
Şuşanın abidələr şəhəri olduğunu qeyd edən Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək dəyərləndirirdi: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur", - deyirdi. Azərbaycan xalqı Şuşanın Ermənistanın işğalı altında olduğu illərdə bunu daha dərindən hiss etdi. 
2020-ci ildə Ermənistan silahlı qüvvələrinin təxribatı ilə başlayan və rəşadətli Azərbaycan Ordusunun zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsində qədim şəhərimiz Şuşa da azadlığına qovuşdu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqına gözaydınlığı verdi: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür!"
Prezident İlham Əliyevin xalqa daha bir müjdəsi isə belə oldu: "Əziz Şuşa, biz səni dirçəldəcəyik!" Artıq Şuşa həmin günlərini yaşayır. İşğal olunanadək keçirilən ənənəvi tədbirlər azadlığı bərpa edilmiş Şuşada davam etdirilir. Şuşa bir sıra möhtəşəm beynəlxalq tədbirlərə evsahibliyi edir.
Şəhərdə tikinti-abadlıq, quruculuq işləri böyük həssaslıqla həyata keçirilir. Çünki Heydər Əliyevin dediyi kimi: "Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!