12 Fevral 2026 13:04
327
SİYASƏT
A- A+
Süni intellekt və rəqəmsallaşma gələcək inkişafı müəyyən edir  

Süni intellekt və rəqəmsallaşma gələcək inkişafı müəyyən edir  


“Rəqəmsal inkişaf cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyevin liderliyi sayəsində ölkəmiz informasiya və rəqəmsal texnologiyalar istiqamətində də beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrilib. Məhz dövlət başçısının iradəsi və siyasi qətiyyəti nəticəsində son illər informasiya təhlükəsizliyinin təmin olunması və rəqəmsal inkişafın qorunması istiqamətində mühüm islahatlar həyata keçirilib”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, fevralın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi dövlətin bu sahənin inkişafına göstərdiyi iradənin ifadəsidir. Müşavirədə dövlət başçısının dediyi kimi, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Ona görə də, Azərbaycanın gələcəyi üçün bu istiqamət prioritetdir. 

Millət vəkilinin sözlərinə görə, qlobal çağırışlara cavab olaraq Azərbaycanda süni intellekt və rəqəmsal texnologiyaların tətbiq edilməsi, bu sahədə strateji baxış ortaya qoyması birbaşa Prezident İlham Əliyevin ölkəmizin gələcəyinə hesablanmış inkişaf kursunun tərkib hissəsidir. Xatırlatmaq lazımdır ki, dövlət başçısı ötən ilin mart ayında  “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nı təsdiqləyib. Sənəd ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədi daşıyır. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da süni intellekt texnologiyaları ölkəmizin iqtisadi və sosial inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Odur ki, bu sahədə sistemli yanaşmaya ehtiyac var. Süni intellektin dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirəcəyi, eləcə də bununla bağlı yaranacaq çağırışlar və təhdidlər nəzərə alınaraq, süni intellekt üzrə milli strategiyanın hazırlanması zərurəti yaranıb. Prezident İlham Əliyevin müşavirədə söylədiyi kimi, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır.

Samir Vəliyev xatırladıb ki, Prezident İlham Əliyev ötən ilin dekabrında “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nı da təsdiqləyib. Strategiyanın əsas hədəfləri ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasıdır. Strategiya informasiya texnologiyalarının və 4-cü Sənaye İnqilabının əsas Texnologiyalarının - süni intellekt, bulud texnologiyaları, “ağıllı şəhər” həlləri və s. sürətli inkişafı şəraitində rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, onun dayanıqlığının təmin edilməsi və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqi prinsiplərinə əsaslanır. Bu ssenariyə əsasən, iqtisadiyyatın inkişaf tələblərinə uyğun rəqəmsal infrastrukturun müasirləşdirilməsi, yeni rəqəmsal bizneslərin inkişafının təşviqi, startap və innovasiya yönümlü ekosistemin dəstəklənməsi, iqtisadi qərarvermədə data əsaslı analitikanın tətbiqi, beynəlxalq rəqəmsal inteqrasiyanın daha geniş tətbiqi, həmçinin yaşıl və dayanıqlı rəqəmsal iqtisadiyyatın inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib.

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı da dövlətimizin bu istiqaməti inkişaf hədəfi kimi seçdiyini bir daha sübut edir. Bu sahə ilə bağlı kadr hazırlığı da vacib məsələdir. Cənab Prezident bəyan edib ki, biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacağını nəzərə alsaq aidiyyatı qurumlar, o cümlədən təhsil müəssisələri dövlət başçısının bu tövsiyə və tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməlidir”,-deyə deputat vurğulayıb.


Rəşad CƏFƏRLİ,

«Azərbaycan»


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

23:29
12 Fevral

Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının iclaslarına hazırlıq müzakirə edilib  

18:26
12 Fevral

Türk politoloq: Cənubi Qafqazda iqtisadi inteqrasiya sülhün əsas təminatına çevrilir

18:22
12 Fevral

Bakı və Əbu-Dabi arasında şəhər nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq müzakirə olunub  

18:14
12 Fevral

Bu ay gənc əsgərlərlə görüşlər fevralın 15-i və 22-si keçiriləcək

18:02
12 Fevral

Amerikalı ekspert: Azərbaycan Cənubi Qafqazın gələcəyində həlledici rol oynayır 

17:57
12 Fevral

Azərbaycan və İran arasında həyata keçirilən layihələr, onların icra vəziyyəti müzakirə edilib  

17:51
12 Fevral

Angela Merkel Almaniya Prezidentliyinə namizəd olacağı barədə iddiaları təkzib edib  

17:39
12 Fevral

Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq mərhələsində

17:03
12 Fevral

Prezident Ərdoğan: Türkiyə böhranların həllində açar dövlətə çevrilib

16:33
12 Fevral

“Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsilməsi mərasimi olub  

16:23
12 Fevral

Ötən ay dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib  

16:03
12 Fevral

Ötən il SOCAR-ın hasil etdiyi neft və qazın həcmi açıqlanıb

15:49
12 Fevral

Kinoloji taborda xüsusi təlim keçmiş itlərdən istifadə edilərək əməliyyatların icrası göstərilib  

15:49
12 Fevral

Litva səfiri: Azərbaycanda keçiriləcək WUF13 müxtəlif istiqamətlərdə əlavə imkanlar yaradır  

15:47
12 Fevral

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Çağrı mərkəzi fəaliyyətə başlayıb  

15:47
12 Fevral

İsrailli politoloq: Bakı artıq regionda inteqrasiya və strateji balansın əsas mərkəzidir  

15:46
12 Fevral

Ukrayna ordusu Rusiyanın kritik hərbi obyektlərinə zərbələr endirib

15:44
12 Fevral

BMT-nin humanitar yardımı Ukraynanın Dnepr bölgəsinə çatdırılıb

15:43
12 Fevral

Türkiyə MN: Ordu vilayətində Rusiyaya məxsus olduğu ehtimal edilən PUA düşüb  

14:53
12 Fevral

Baş prokuror paytaxtın Suraxanı rayonunda vətəndaşların müraciətlərini dinləyib  

14:52
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!