12 Fevral 2026 17:03
602
SİYASƏT
A- A+
Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq mərhələsində

Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq mərhələsində


Prezident İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı olub. Səfər çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər, Prezident Donald Trampın iştirakı ilə üçtərəfli Zirvə Görüşünün keçirilməsi, Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması münasibətlərdə yeni səhifə açıb. Vaşinqton Zirvə Görüşündən sonrakı dövr tərəfdaşlıq və uzunmüddətli sülhə doğru irəliləyiş mərhələsi kimi xarakterizə edilir.

Bu gün Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır. Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında anlaşma memorandumu imzalanıb. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin fevralın 10-da ölkəmizə səfəri zamanı isə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb.

Sənədi Prezident İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens imzaladılar. Dövlətimizin başçısı mətbuata bəyanatında bildirib ki, Xartiyanın imzalanması altı ay ərzində görülən gərgin işin nəticəsidir. Vaşinqtonda Prezident Donald Trampla keçirilən tarixi görüş və İşçi Qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açdı. ABŞ kimi qüdrətli dövlətlə strateji tərəfdaşlıq böyük əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib. Deputat qeyd edib ki, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığın inkişafı üçün hər iki tərəf səy göstərir. Azərbaycan və ABŞ milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlara və beynəlxalq terrorizmə qarşı mübarizədə daim sıx əməkdaşlıq edib.

Malik Həsənov vurğulayıb ki, Vitse-prezident Cey. Di. Vensin ölkəmizə səfəri əməkdaşlıq gündəliyinin zənginliyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Vens ilə məhdud və geniş tərkibdə görüşlərində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olundu. Fəaliyyətin həcmi və komandalar arasında əlaqələr yüksəksəviyyəli tərəfdaşlıq ruhunu göstərir.

Görüşlərdə TRIPP nəqliyyat dəhlizinin inkişafı, siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt və data mərkəzlərinin yaradılması məsələləri müzakirə edilib. Prezident İlham Əliyev qeyd edib ki, TRIPP marşrutu Azərbaycanın iki hissəsini birləşdirməklə yanaşı, Asiya ilə Avropanı birləşdirən etibarlı və böyükmiqyaslı dəhliz olacaq. Layihə regionda sülhün möhkəmlənməsinə töhfə verəcək. Müdafiə məhsullarının satışı sahəsində də yeni mərhələ başlayır. Süni intellekt mərkəzlərinin yaradılması istiqamətində ABŞ-ın aparıcı şirkətləri ilə əməkdaşlıq qurulub və ilkin nəticələr əldə edilib. Dövlətimizin başçısı ABŞ-ın Vitse-prezidentinin səfərini imzalanmış Xartiya və danışıqların mahiyyəti baxımından tarixi adlandırıb.

Deputat qeyd edib ki, Vitse-prezidentin səfəri ərəfəsində ABŞ-ın aparıcı şirkətlərinin nümayəndələrinin ölkəmizə gəlişi rəsmi Vaşinqtonun əməkdaşlığa verdiyi önəmi göstərir. Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edərək bildirib ki, ikitərəfli əlaqələr fəal və ümidverici yeni mərhələyə qədəm qoyur.

Görüşdə biznes, sərmayə və ticarət münasibətlərinin genişləndirilməsi məsələləri müzakirə olunub. Belə bir əminlik ifadə edilib ki, səfərin nəticəsində müxtəlif istiqamətlərdə daha fəal təmaslar olacaq.

Malik Həsənov bildirib ki, zaman-zaman müxtəlif mərhələlərdən keçən Azərbaycan-ABŞ münasibətləri bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Strateji Tərəfdaşlıq Xartiyası əməkdaşlığın bütün sahələrdə inkişafına xidmət edir və əlaqələrin gələcək yol xəritəsini müəyyənləşdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!