12 Fevral 2026 18:22
661
SİYASƏT
A- A+
Türk politoloq: Cənubi Qafqazda iqtisadi inteqrasiya sülhün əsas təminatına çevrilir

Türk politoloq: Cənubi Qafqazda iqtisadi inteqrasiya sülhün əsas təminatına çevrilir


Son illərdə Cənubi Qafqaz ölkələri təhlükəsizlik, iqtisadi və nəqliyyat maraqlarını daha geniş coğrafi çərçivədə dəyərləndirməyə başlayıblar. Bu yanaşma regionun qapalı siyasi məkan olmaqdan çıxaraq, qlobal ticarət, enerji və tranzit şəbəkələrinin mühüm hissəsinə çevrilməsinə şərait yaradır.

Bunu AZƏRTAC-a açıqlamasında türk politoloq Hüsamettin İnanç bildirib.

O xatırladıb ki, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsi region üçün mühüm hadisə idi. Həmin görüş çərçivəsində Zəngəzur dəhlizi (TRIPP) layihəsinin yeni status qazanması istiqamətində ciddi addımlar atıldı və layihəyə uzunmüddətli, institusional yanaşma formalaşdırıldı.

“Proses sürətlə son mərhələyə doğru irəliləyir. Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında enerji və ticarət axınlarının təmin olunmasında strateji kəsişmə nöqtəsi rolunu oynayacaq. Bu marşrutun funksional hala gəlməsi regional və qlobal miqyasda ticarət dövriyyəsinin artmasına, logistik imkanların genişlənməsinə və iqtisadi inteqrasiyanın dərinləşməsinə səbəb olacaq. Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünün Orta Dəhliz xəttində də mühüm dönüş yaradacaq və Türk dünyası daxilində iqtisadi əlaqələrin daha da güclənməsinə təkan verəcək”, - deyə o bildirib.

Ekspert əlavə edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra enerji təhlükəsizliyi məsələsi Avropa üçün daha aktual xarakter alıb. Bu kontekstdə Cənubi Qafqazdan keçən enerji və nəqliyyat marşrutlarının əhəmiyyəti daha da artıb. Ticarət və enerji axınlarının genişlənməsi region ölkələri arasında iqtisadi əlaqələri gücləndirir, sülhün möhkəmlənməsinə xidmət edir. İnanç vurğulayıb ki, iqtisadi inteqrasiya dərinləşdikcə münaqişə riskinin azalması və sabitliyin artması müşahidə olunur.

Politoloqun sözlərinə görə, regionda formalaşan yeni əməkdaşlıq modeli beynəlxalq aktorların da prosesə konstruktiv şəkildə cəlb olunmasına şərait yaradır. ABŞ-ın bölgədə infrastruktur, enerji və rəqəmsal layihələrə dəstək verməsi Cənubi Qafqazın qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirir və balanslı regional inkişaf üçün əlavə imkanlar açır.

Hüsamettin İnanç qeyd edib ki, qarşıdakı mərhələdə Qazaxıstan yüklərinin Azərbaycan ərazisindən Ermənistan istiqamətinə daşınması, Gürcüstanın prosesə daha fəal qoşulması və alternativ tranzit xətlərinin paralel şəkildə işləməsi regionun strateji əhəmiyyətini daha da artıracaq.

Politoloq vurğulayıb ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar Cənubi Qafqazda sülhün davamlı xarakter almasına töhfə verir. “Orta Dəhlizin güclənməsi Çin–Avropa ticarət xəttinin daha səmərəli işləməsini təmin edəcək, alternativ tranzit yollarının paralel fəaliyyəti bölgənin iqtisadi çəkisini artıracaq. Bütün bu amilləri bir araya gətirdikdə görürük ki, Cənubi Qafqazda artıq müsbət mənada geosiyasi dönüş başlayıb. İqtisadi inteqrasiya, enerji və nəqliyyat layihələri üzərində qurulan əməkdaşlıq modeli bölgədə davamlı sülh üçün real zəmin formalaşdırır”, – deyə Hüsamettin İnanç bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!