21 May 2023 09:35
731
SİYASƏT
A- A+
"Sülh" istəyən Hayastan niyə silahlanır?

"Sülh" istəyən Hayastan niyə silahlanır?

 

Real faktlar Ermənistanın regionda təhlükəsizliyin təmin olunmasında maraqlı olmadığını göstərir

 

"Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır. Əgər, doğrudan da, Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?"
Bu sözləri Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçımız qeyd edib ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin də iştirakı ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşdə iki ölkə arasında regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində aydın irəliləyişə nail olunsa da, eyni zamanda Hayastan Azərbaycanın 86,600 kvadratkilometr ərazisini tanıdığını bildirsə də, digər tərəfdən də silahlanmaya davam edir. Maraqlısı odur ki, Brüssel görüşündən sonra Nikol Paşinyan hökumət iclasında çıxışında da Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını mühüm addım adlandırıb və bunun regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsinin mətnini yekunlaşdırmağa imkan verəcəyini bildirib. O qeyd edib ki, növbəti addım delimitasiya komissiyasının formalaşdırılması üçün əsasların müəyyən edilməsi olmalıdır.
Hər zaman iki və üçtərəfli görüşlərdə əldə edilən razılıqlar və danışıqlardan sonra Paşinyanın normallaşma istiqamətində müsbət sözlər dediyinin, sülhün vacibliyini qeyd etdiyinin şahidi oluruq. Amma bunların hamısı sadəcə sözdə qalır. Praktik olaraq Ermənistanın 2020-ci il 10 noyabr Bəyanatından irəli gələrək üzərinə götürdüyü öhdəliklərdən tutmuş həm Soçi, həm Brüssel görüşlərində, həm də Praqa danışıqlarında gəlinən razılıqların heç birini əməldə etmədiyini görürük.
Elə görüşlərdən sonra şərti sərhəddə təxribatlar törətməsi ermənilərin çirkin xislətindən xəbər verir. Bunu sülhə maraqlı olmayan Ermənistanın silahlanmaya davam etməsi də təsdiqləyir. 

 

Bölgə üçün yeni təhdid

 

Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasını istəməyən qüvvələr də az deyil. Onlar da hər sülh danışıqları ərəfəsində Ermənistana havadarlıq edərək, onu silahlandıraraq yeni təxribatlara daha da həvəsləndirirlər. Bununla da Azərbaycanın regionda sülh və sabitliyi dəstəkləyən səylərinin qarşısını almağa, Hayastanı isə silahlandırmaqla sülh sazişi imzalanmasını ertələməyə çalışırlar. 
Azərbaycan Ermənistanla şərti sərhəddə, Laçın yolunun başlanğıcında öz sərhəd-buraxılış məntəqəsini quranadək Ermənistanın Rusiya sülhməramlılarının dəstəyi ilə Qarabağa silah-sursat, terrorçu qüvvələr daşıdığı müşahidə edilmişdi. Bu, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmağımızı şərtləndirmişdi.
Mayın 19-da sülh müqaviləsi imzalamaq istəyini ifadə edən Ermənistanın Rusiya sülhməramlılarının dəstəyi ilə növbəti daşımalar həyata keçirdiyi ilə bağlı videogörüntülər yayılıb. Kadrlarda qeyri-qanuni erməni silahlı birləşmələrinin sülhməramlıların zirehli texnikasının müşayiəti altında Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə növbəti dəfə hərbi yük daşıdığı aydın görünür. Yəni bu, bir daha göstərir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil. 
Ümumiyyətlə, bu ölkə Cənubi Qafqazda sabitliyin olmasının tərəfdarı deyil. Amma bu, hər şeydən öncə Hayastanın özü üçün ağır nəticələr verə bilər. Təhlükəsizliyin təmin olunması, kommunikasiyaların inkişafı region dövlətlər üçün vacibdir, bunun  faydası olar. Bəzi dövlətlər Cənubi Qafqazda sabitliyin bərpasında maraqlı olmasa da, region dövlətləri üçün bu, çox əhəmiyyətlidir.  
Bu baxımdan Azərbaycan Prezidenti dəfələrlə Ermənistana çağırış və xəbərdarlıq edib ki, tezliklə Azərbaycanın 
5 prinsipi əsasında sülh müqaviləsini imzalamaq lazımdır. Əks halda yenidən "dəmir yumruğ"u dadacaqlar. Silahlanma ilə nəsə əldə edəcəyini düşünən Ermənistan unudur ki, nə yeni təxribatlar, nə də sülh sazişini gecikdirmək ona nəsə qazandıracaq. Əksinə, hər dəfə uduzan tərəf olacaq. 
Döyüş, müharibə hər şeydən əvvəl Ermənistanın iqtisadiyyatını tənəzzülə aparır və ölkədə narazı qüvvələrin sayını artır. Onlar üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməli, hər danışıqlar masasından qalxdıqdan sonra təxribata əl atmamalı, gəlinən razılıqlara əməl etməlidirlər. 
Ümumilikdə Hayastanın gələcəyi, inkişafı Azərbaycanla sülh sazişi imzalayaraq regionda barışın və təhlükəsizliyin bərqərar olmasından keçir. Bunu ermənilərin  vaxt uzatmadan anlamaları mütləqdir. Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistan əməldə də bunu sübut etməli, qanunsuz hərbi birləşmələrini Qarabağdan çıxarmalı və ərazimizə silah-sursat daşınmasını dayandırmalıdır. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır  

20:00
02 İyun

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

19:59
02 İyun

31-ci Bakı Enerji Forumu başa çatıb

19:57
02 İyun

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb

19:53
02 İyun

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

19:52
02 İyun

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir  

19:51
02 İyun

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

19:50
02 İyun

SOCAR ilə SLB arasında hasilat əməliyyatlarının optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

19:49
02 İyun

Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib

19:48
02 İyun

SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

19:47
02 İyun

Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib  

19:47
02 İyun

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

19:46
02 İyun

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib  

19:45
02 İyun

Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib

19:44
02 İyun

Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yüksək qiymətləndirilib

19:44
02 İyun

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir  

19:43
02 İyun

Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar

19:35
02 İyun

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

19:34
02 İyun

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir

19:34
02 İyun

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan

19:33
02 İyun

Nazir: Kritik minerallar sahəsi Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının yeni istiqamətidir

19:32
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!