03 May 2025 09:00
527
İQTİSADİYYAT
A- A+
Sorağı əsrlərdən, səsi Masallıdan gəlir

Sorağı əsrlərdən, səsi Masallıdan gəlir


Xalq sənətkarlığı özündə həmçinin bu yerlərin tarixini yaşadır


Masallı ölkəmizin qədim yaşayış məskənlərindəndir. Tarixi mənbələrdə 15-20 min il əvvəl bu ərazidə insan yaşayışı olduğu göstərilir. Qədim insanlar öz tələbatlarını təmin etmək üçün düşünüb-daşınmış, ətraflarında olanlardan istifadə edib öz ehtiyaclarını ödəmişlər. 

Sonralar çalalıq ərazilərdə bitən daladan toxuduqları həsir, zənbil, baş geyimi, gildən hazırladıqları nehrə, bardaq, meşə ağaclarından düzəltdikləri beşik, sandıq və digər əşyaları buğda və arpaya, əyin-başa dəyişmişlər. Zaman keçdikcə əhali bu sahədə bacarıqlarını genişləndirmiş və onu xalq sənətkarlığına çevirmişlər.  


HƏSİRÇİLİK 

həmin sənət növlərindən biridir. Həsirçilikdə əsas material kimi qamış və daladan istifadə olunur. Əllə toxunan həsirlər evlərin, çardaqların, yaylaq evlərinin döşəməsinə salınır. Həsirlər divar bəzəyi kimi də tətbiq edilir. Onların yüngül, elastik və hava keçirici olması istidən qorunmaq və təbii sərinlik yaratmaq baxımından çox  əlverişlidir. Amma həsirtoxuma sənəti ustalıq və diqqət tələb edir. Ustalar materialı əvvəlcə günəşdə qurudur, sonra isə toxumaq üçün lazımi formaya salırlar. Müxtəlif ölçülü və naxışlı həsirlər hazırlamaqdan ötrü müxtəlif toxuma texnikalarından istifadə edilir. 

Bu sənətlə həm qadınlar, həm də kişilər məşğul olur. Son illər həsirçilik sahəsinə yerli turizm və eko-dizayn tələbləri artdığı üçün bu sənət yenidən aktuallaşmışdır. Həsirlər indi həm məişətdə, həm də suvenir və dekorativ məhsul kimi istifadə olunmaqla bazarda öz yerini tapmaqdadır. O üzdən Masallının Musaküçə kəndində yaşayan əksər ailələr gündəlik qazanclarını həsir toxumaqla çıxarırlar. Kənddə 30 ildən çoxdur həsir toxuyan Ağayevlər ailəsi kimi. Bu sənət onlara babalarından miras qalıb. İşinin mahir ustası olan Əlibala Ağayev cənub bölgəsinin rütubətli təbiətinə görə həsirə böyük tələbatın olduğunu deyir. Toxuduqları həsirləri Bakı və əsasən, ətraf rayonlardan gələn müştərilərə satırlar. Sifarişlər daha çox müxtəlif çeşiddə olan zənbillərə və papaqlaradır. Ə.Ağayev deyir: "Ata-babadan bu işlə məşğuluq. Müxtəlif formada zənbillər toxuyuruq, misal üçün, zənbillər var, yumru, çiyindən asılma. Qapaqlı zənbillər, uşaqlar üçün zənbillər, moruq yığmaq üçün səbətlər. Demək olar ki, bizə necə sifarişlər verirlərsə, biz onu toxuya bilərik".

Musaküçə kəndində bu işlə il boyu məşğul olurlar. Əlibala Ağayevin sözlərinə görə, həsirlərin ölçüsü fərqli olduğu kimi, toxunuşu da zövqə görədir: "Məxsusi sifarişlər olanda həsir müxtəlif həndəsi fiqurlarla bəzədilir. Bu ölçülərə görə də qiymətlər dəyişir. Həsir çantalar uzunmüddətlidir, möhkəmdir, yükgötürmə qabiliyyəti də çoxdur, tez cırılmır. İçindəki məhsulları da yaxşı saxlayır, xarab olmaqdan qoruyur, həm də içi görünmür. Həsir quru yerdə saxlanılanda 10 il qalır". 

Masallıda 


SANDIQÇILIQ 

da indiyəcən yaşadılan xalq sənəti növlərindəndir. Seyfəddin Əzizov bu sənətlə məşğul olan azsaylı insanlardandır. Cavandır. 1988-ci il fevralın 11-də Masallının Ərkivan qəsəbəsində sənətkar ailəsində anadan olub. Sənəti atasından bütün incəliklərinə qədər öyrənib. 16 yaşından bu sənətlə məşğuldur. Artıq 20 ilə yaxındır sərbəst işləyir. 

Bildirir ki, düzəldilən hər bir sandıq zəhmət, səbir və diqqət tələb edir: "Sandıq hazırlayarkən hər bir xırdalığa fikir verməlisən. Əks halda sandığın ölçüləri düz gəlməz və zəhmətin boşa gedər. Bu sənət bir növ rəssamlıqla dülgərliyin sintezidir. Cehizlik sandıqların hazırlanması üçün iki gün vaxt sərf olunur. Kiçikölçülü sandıqları isə gün yarıma hazırlamaq mümkündür. Ancaq həmin sandıqların üzərinə müxtəlif təsvirlər, əsasən bayrağımız, gerbimiz, ölkəmizin xəritəsi və s. çəkilərsə, əlavə bir gün də lazım olur".

Seyfəddin Əzizov vurğulayır ki, cehizlik sandıqlara tələbat azaldığı üçün daha çox suvenir sandıqlar düzəltməyə üstünlük verir: "Masallı rayonu turizm bölgəsi olduğu üçün yerli və xarici qonaqlar bura tez-tez gəlirlər. Turistlər xüsusən suvenir sandıqlara maraq göstərirlər. Mən Masallıda və Bakıda bir çox sərgi və tədbirlərdə iştirak etmişəm. Bundan başqa, sosial şəbəkədə öz işlərimi nümayiş etdirirəm. Bu vasitələrlə əl işlərimlə tanış olanlar əlaqə yaradıb sifariş verirlər".

Həmsöhbətim ata-babasından miras qalan bu sənətin gələcəkdə də yaşadılmasını istəyir. Buna görə də oğlu Zamana da sənətinin sirlərini öyrədir. 


MİSGƏRLİK 

Boradigah qəsəbə sakini Taleh Ağayev üçün təkcə qədim xalq sənəti deyil, həm də qazanc yeridir. Onun kiçik emalatxanasında misdən hazırlanmış müxtəlif məişət və bəzək əşyaları, suvenirlər göz oxşayır. Bura sanki kiçik bir muzeydir. 

T.Ağayev Azərbaycanda misgərlik sənətinin daha çox inkişaf etdiyi İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 50 il əvvəl ailəsi Masallıya köçüb. O, uşaq yaşlarından atası usta Nurəddinə kömək edib. Ailədə dörd qardaş olsalar da, hazırda atasının yolunu təkcə T.Ağayev davam etdirir. O, misdən müxtəlif məişət əşyaları hazırlamaqla bərabər, onların təmiri ilə də məşğul olur. Əvvəllər mis qablara tələbatın çox olduğunu deyən usta sifarişlərin sayının azaldığını bildirsə də, nikbindir: "Son vaxtlar bölgəmizdə mis qazanlara və samovarlara tələbat artıb. Ən çox gəlin köçən qızlar üçün misdən hazırlanmış bəzəkli məişət əşyaları sifarişi alıram. Müştərilərimin çoxu yerli sakinlərdir. Bununla belə, xarici turistlərdən də sifarişlərim olur". 

 Misgərliklə məşğul olan usta əvvəlcə xəyalında canlandırdığı hər hansı bir təsvirin eskizini misin üzərində çəkir, sonra isə çəkiclə döyərək onu gözəl sənət əsərinə çevirir. Rayonda bu sənəti inkişaf etdirmək, öz ailə biznesini genişləndirmək üçün T.Ağayev Masallı şəhərindəki "ASAN həyat" kompleksində yerləşən "ABAD" publik hüquqi şəxsin 1 saylı Regional Mərkəzinin xidmətlərindən də yararlanır. Onun  misdən hazırladığı məişət və bəzək əşyaları, suvenirlər dəfələrlə rayonda və Bakıda keçirilən sərgilərdə nümayiş etdirilib və böyük marağa səbəb olub.  

Gildən müxtəlif məişət qablarının hazırlanması ilə xarakterizə olunan            


DULUSÇULUQ

 Azərbaycanda ən qədim istehsal sahələrindən biri olmaqla, öz əhəmiyyətini günümüzə qədər qoruyub saxlayıb. Arxeoloji tədqiqatlar təsdiqləyir ki, bu sənət Neolit dövrünün yadigarıdır. 

Müasir dövrdə bu qədim peşəni yaşadan sənətkarlardan biri Ərkivan kənd sakini Cəsarət Nuriyevdir. O, birəsrlik ailə peşəsini davam etdirərək 50 ilə yaxındır ki, dulusçuluqla məşğuldur. Deyir ki, əşyalar əsasən əllə və ya xüsusi ayaqla fırlanan torna alətləri ilə formalaşdırılır, sonra isə qurudularaq xüsusi ocaqlarda bişirilir. Cəsarət ustanın sözlərinə görə, düzəldilən hər bir qab və fiqur diqqət və zəhmət tələb edir. Hazırda o, məişətdə istifadə olunan müxtəlif növ saxsı qablar hazırlayıb satmaqla məşğuldur. Ailəsini bu peşə ilə dolandıran usta əsasən dolça, piti qabları, dibçək, güldan, küp və qazanlar hazırlayır. C. Nuriyevin əl işləri müxtəlif festivallarda nümayiş olunub. 2004-cü ildə Rusiyanın Yekaterinburq şəhərində keçirilən Palçıq Günü yarışmasında qalib gəlib. 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!