15 İyul 2022 01:33
1653
SİYASƏT
A- A+
Silahlı Qüvvələrdə yeni islahatlar ordunu daha güclü və modern edib

Silahlı Qüvvələrdə yeni islahatlar ordunu daha güclü və modern edib

 

Qoşunların döyüş qabiliyyətinin yüksəldilməsi prosesi davamlı və sürətli gedir

 

Vətən müharibəsində qazanılan qələbədə bir neçə amil mühüm rol oynadı. Bu sırada Prezident İlham Əliyevin qətiyyətli siyasəti, ordumuzun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrimizin modernləşdirilməsi və xalqımızın milli həmrəyliyi, ölkə rəhbərinin ətrafında sıx səfərbər olması xüsusi qeyd edilməlidir.  Bütün bunlar torpaqlarımızın işğaldan azad olunmasının təməlində dayanan tarixi həqiqətlərdir.

 

Sağlam təməllərə söykənən ordu quruculuğu

 

Bu savaşda zəfər sevincini xalqımıza yaşadan İlham Əliyevin Ali Baş Komandanlıq etdiyi ordumuz oldu. Bu ordunun şəxsi heyəti, qoşun növləri və bütün hərbi birlikləri Vətən müharibəsinin ilk saatlarından son dəqiqəsinədək rəşadətlə döyüşdülər, hünər göstərdilər, yeni qəhrəmanlıq tarixi yazdılar. Elə bir döyüş olmadı ki, hərbçilərimiz qələbə qazanmasınlar, elə bir cəbhə olmadı ki, düşməni məhv etməsinlər. Hər bir döyüş, hər bir əməliyyat Azərbaycan Ordusunun gücünün təcəssümü kimi yadda qaldı. Düşməni döyüş meydanında diz çökdürən ordumuz hər birimizə əvəzolunmaz məğrurluq hissi yaşatdı. "Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub, qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik", - deyə Prezident İlham Əliyev bildirib.

Vətən müharibəsində qalibiyyət Ulu Öndər Heydər Əliyev tərəfindən başladılan və Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı. Zaman göstərdi ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı ordu quruculuğu sağlam təməllərə əsaslanıb. İkinci Qarabağ müharibəsi təsdiq etdi ki, Prezident İlham Əliyev 2003-cü ildən sonra müdrikcəsinə və uzaqgörənliklə ordumuzun döyüş imkanlarını ən yüksək səviyyəyə çatdırıb. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi, hərbi islahatların effektivliyi döyüş meydanında təcəssümünü tapdı.

Düşməni darmadağın edərək cəmi 44 günə torpaqlarımızı azad edən ordumuz bununla yanaşı, Vətən müharibəsində ənənəvi hərbi nəzəriyyələrdə dəyişikliklərə səbəb olan döyüş nümunələri yaratdı. Azərbaycan  44 gün ərzində müasir döyüş əməliyyatlarının necə aparılmasının ən mükəmməl nümunəsini ortaya qoydu. Hansı ki bu təcrübə müharibədən dərhal sonra böyük hərbi gücə malik olan dövlətlərin dərin marağına səbəb oldu.

 

Yeni hərbi islahatlar həm də Vətən müharibəsinin təhlilinə əsaslanır

 

Azərbaycan 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu, qoşunların döyüş hazırlığının daha da artırılması prosesini davam etdirir. Təbii ki, bu zaman 44 günlük müharibənin hər günü dərindən təhlil edilir. Məhz bundan irəli gələrək postmüharibə ili olan 2021-ci ildə ordunun döyüş imkanlarının artırılması istiqamətində islahatlar aparılıb. Hərbi quruculuq, bütün qoşun növlərinin texnika və silah-sursatla təchizatının modernləşdirilməsi, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün hərbi sahəyə ayrılan xərclər artırılıb. Müharibədən sonra imzalanmış yeni müqavilələr əsasında Azərbaycana ən müasir hərbi texnikalar, silahlar gətirilib. 2022-ci ildə də ordumuzun döyüş qabiliyyətinin artırılması diqqət mərkəzində saxlanılıb. Xüsusilə qeyd edək ki, bu il artan büdcə gəlirlərinin bir qismi müdafiə və hərbi təhlükəsizliklə bağlı xərclərə yönəldiləcək.

O cümlədən işğaldan azad edilmiş ərazilərdə hərbi hissələr yaradılıb. Bu prosesdə də 44 günlük müharibənin gedişatı təhlil olunub. Bu təhlillər isə ordu quruculuğunun  və yeni hərbi islahatların məhz real vəziyyətə əsaslanaraq həyata keçirilməsinə yol açıb. Azərbaycan Ordusu üçün yenilik olan Komando briqadalarının yaradılması da yeni hərbi islahatların göstəricisidir. Yüksək döyüş hazırlığına malik bu hərbi hissələrin şəxsi heyəti istənilən hərbi vəzifəni icra etməyə qadirdir. Yeni Komando birliklərinin yaradılması ordumuzun gücünü böyük dərəcədə artırıb.

İlk Komando hərbi hissəsi ötən il Hadrutda yaradılıb.  Ötən ayın 26-da, Silahlı Qüvvələr Günündə isə Kəlbəcər rayonunda Prezident İlham Əliyevin iştirakı ilə növbəti Komando hərbi hissəsinin açılışı olub. Bu hərbi hissənin yaradılması bir daha göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir.  "Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür - həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək".

Ali Baş Komandan növbəti Komando hərbi hissələrinin açılmasının nəzərdə tutulduğunu da bildirdi. Bununla yanaşı, digər hərbi hissələrin yaradılması prosesi də davam etdirilir. Vətən müharibəsində öz tarixi missiyasını layiqincə yerinə yetirən ordumuzun döyüş qabiliyyəti, gücü daha da artırılır. Eyni zamanda şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də sağlamlıqlarının qorunması istiqamətində islahatlar həyata keçirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur.

Artan döyüş imkanlarımız həm də Ermənistandakı revanşistlərə xəbərdarlıqdır. Prezident İlham Əliyevin dediyi kimi: "Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın".

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır  

20:00
02 İyun

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

19:59
02 İyun

31-ci Bakı Enerji Forumu başa çatıb

19:57
02 İyun

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb

19:53
02 İyun

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

19:52
02 İyun

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir  

19:51
02 İyun

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

19:50
02 İyun

SOCAR ilə SLB arasında hasilat əməliyyatlarının optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

19:49
02 İyun

Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib

19:48
02 İyun

SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

19:47
02 İyun

Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib  

19:47
02 İyun

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

19:46
02 İyun

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib  

19:45
02 İyun

Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib

19:44
02 İyun

Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yüksək qiymətləndirilib

19:44
02 İyun

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir  

19:43
02 İyun

Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar

19:35
02 İyun

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

19:34
02 İyun

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir

19:34
02 İyun

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan

19:33
02 İyun

Nazir: Kritik minerallar sahəsi Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının yeni istiqamətidir

19:32
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!