15 Sentyabr 2020 00:38
1438
DÜNYA
A- A+
Şərqi Aralıq dənizində gərginlik artır

Şərqi Aralıq dənizində gərginlik artır


Region silahlı qarşıdurma meydanına çevrilə bilər


Aralıq dənizinin şərq hissəsi son aylaradək heç vaxt gərginlik ocağı olmamışdı. Sahilyanı ölkələr arasında dənizdə hansısa münaqişə yaşanmamışdı. İndisə Şərqi Aralıq dənizi regionu son dərəcə gərgin vəziyyətin şahididir. Gərginlik, ilk növbədə, Yunanıstanla Türkiyə arasında müşahidə edilir. Əslində isə Yunanıstan bu prosesdə daha çox alət rolunu oynayır. Məqsəd Türkiyəni Aralıq dənizindən vurub çıxarmaq və ölkəni öz sahilində "həbs etmək”dir: elə bil ki, Türkiyənin dənizlə heç bir əlaqəsi yoxdur.

2000-ci illərdə burada geoloji kəşfiyyat nəticəsində karbohidrogen ehtiyatlarının mövcudluğu barədə məlumat əldə edildikdən sonra region diqqət mərkəzinə düşdü. Burada ilk böyük təbii qaz yatağı İsrailin müstəsna iqtisadi zonasında, Hayfa şəhərindən təxminən 90 kilometr aralıda aşkarlandı. Yataqda 280 milyard kubmetr təbii qaz olduğu təxmin edilir. Ardınca başqa yataqlar da kəşf olundu.

2010-cu ilin məlumatına görə, Şərqi Aralıq dənizinin təkcə Kipr, Livan, Suriya və İsrail arasında Levant hövzəsi adlanan hissəsində 1,7 milyard barel neft və 3,45 trilyon kubmetr təbii qaz olduğu təxmin edilir. Bu məlumat sahilyanı ölkələrin iştahasını əməlli-başlı qabartdı. Hamı bu böyük kökədən mümkün qədər çox pay götürmək üçün yarışa girdi. Beləcə, Şərqi Aralıq dənizinin əhəmiyyəti özünü daha bariz şəkildə göstərməyə başladı, qonşu ölkələrin bir-biri ilə problemləri və müstəsna iqtisadi zonaların sərhədləri barədə fikir ayrılıqları ortaya çıxdı.

Təbii ki, belə bir mürəkkəb şəraitdə sahilyanı ölkələrin bir araya gəlib problemləri həll etməkdən başqa yolu olmamalı idi. Bir sıra ölkələr, ilk növbədə, Yunanıstan tamamilə fərqli istiqamət götürdü: Afinanın məqsədi Avropa İttifaqı (Aİ) ölkələrini arxasına alaraq Türkiyəni Şərqi Aralıq dənizində karbohidrogen payından məhrum etməkdir. Bu işdə təhrikçi kimi Fransa çıxış edir.

Belə olan təqdirdə Türkiyə ötən ilin noyabrında Liviya legitim hökuməti - paytaxt Trablisdə fəaliyyət göstərən milli barışıq hökuməti ilə dəniz sərhədlərinin müəyyənləşdirilməsi haqqında saziş imzalayıb BMT-yə təqdim etdi. Beləliklə, həm Türkiyənin, həm də Liviyanın Aralıq dənizinin şərqində mövcudluğu qanuniləşdi. Lakin Yunanıstan Aİ üzrə müttəfiqlərinə arxalanaraq bu sazişi tanımaqdan boyun qaçırdı: guya ki, Türkiyə ilə Liviya arasında imzalanmış sənəd beynəlxalq hüquqa ziddir.

Vəziyyətdən çıxış yolu kimi Liviyanın legitim hökumətini devirmək planı işə düşdü, çünki belə olan halda Türkiyə ilə bağlanmış sazişi qüvvədən salmaq və bununla Ankaranın Şərqi Aralıq dənizi ilə bağlı iddialarına son qoymaq mümkün idi. Belə bir cəhd edildi. Yunanıstanın havadarları Liviyanın şərqindən gəlmiş qanunsuz silahlı birləşmələrə hərtərəfli dəstək verdilər. Qiyamçı general Xəlifə Həftərin komandanlıq etdiyi birləşmələr Trablisin ətrafina gəlib çıxmışdı. Elə bir təsəvvür yaranmışdı ki, hökumətin süqutu an məsələsidir. Lakin Türkiyə vəziyyətə gecikmədən müdaxilə etdi, nəticədə Həftərin dəstələri paytaxtdan xeyli uzaqlaşdırıldı və qanuni hökumətin devrilməsinin qarşısı alındı.

Beləliklə, Türkiyə ilə haqq-hesab çəkməyin ən asan yolu əldən çıxdı. Ona görə də Ankaranı "buxovlamaq” üçün mümkün olan bütün vasitələr işə salınır. Bir tərəfdən, Türkiyənin beynəlxalq hüququ pozması təkrar-təkrar iddia olunur, digər tərəfdən isə, hərbi ritorika nəzərə çarpır. Fransa başda olmaqla Şərqi Aralıq dənizinə aidiyyəti olmayan İspaniya, İtaliya, Portuqaliya, Malta, hətta Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr fəallaşır, Türkiyəni susdurmaq üçün çəkici eyni zindana vururlar. Gərginliyi azaltmaq üçün sahilyanı ölkələr arasında dialoq qurmağa çağıran ABŞ-ın bu yaxınlarda Kiprə qarşı 33 il əvvəl tətbiq etdiyi silah embarqosunu yumşaltmağı və adanın cənubunu ABŞ-ın İMET hərbi təlim proqramına daxil edilməsini qərarlaşdırması heç də problemin nizamlanmasına xidmət etmir, əksinə, antitürk kampaniyasının qızışmasına zəmin yaradır, regionda sülhün və sabitliyin bərqərar olmasına töhfə vermir. Bu azmış kimi, Vaşinqton cari ayın 12-də yunan Kipri ilə adanın cənubunda Quru, Dəniz və Liman Təhlükəsizliyi Mərkəzi adlı təlim mərkəzinin yaradılmasını nəzərdə tutan anlaşma memorandumu imzalamışdır. Sənəd Kiprin türk icmasının maraqlarını nəzərə almır. Başqa sözlə, ABŞ adanın iki icması arasında qüvvələr nisbətini pozur ki, bu da Kiprdə danışıqlar prosesinə zərbə vurur.

Ankaranın cərəyan edən hadisələri münasibəti birmənalıdır: Türkiyə nəyin bahasına olursa-olsun, Şərqi Aralıq dənizində milli maraqlarını qoruyub saxlamaqda israrlıdır, kənardan təzyiqlərə boyun əymək fikrində deyil. Eyni zamanda Türkiyə regionda gərginliyin azaldılması naminə Yunanıstanla dialoqa girməyə hazırdır. Qarşı tərəf də ara-sıra dialoqdan söz açır. Bəs elə isə, niyə dialoq baş tutmur? Məsələ burasındadır ki, Yunanıstan danışıqlar masası arxasında oturmaqdan qabaq ilkin şərtlər irəli sürür. Bu şərtlərin məğzi Türkiyənin Şərqi Aralıq dənizindən tamamilə çəkilməsi və hər cür "təxribat”a son qoymasından ibarətdir. Amma Türkiyə də ilkin şərtlər irəli sürə bilər. Özü də Afinanın regionda Ankaraya münasibətdə yaratdığı narahatlıq kifayət qədər əsaslıdır. Belə ki, Yunanıstan 1947-ci il tarixli Paris sazişini pozaraq Türkiyə sahilinin yaxınlığındakı adaları hərbiləşdirir, burada silahlar və hərbi qüvvə yerləşdirir. Belə bir şəraitdə dialoqun baş tutacağını gözləmək çətindir.

Digər tərəfdən, Afina müdafiə xərclərini üç dəfə artırmağı və qarşıdakı doqquz il ərzində 10 milyard avro dəyərində silah almağı planlaşdırır. Yunanıstanın əsas silah təchizatçısının Fransa olacağı gözlənilir. Afina və Paris bu barədə artıq razılaşma əldə etmişlər. Yunanıstan hökuməti yeni hərbi təyyarələr, helikopterlər və freqatlar almağı planlaşdırır. Hərçənd ölkənin iqtisadi vəziyyəti heç də ürəkaçan deyil. Büdcə kəsiri artmaqda davam edir. Yerli mütəxəssislər on ildən çoxdur ölkəni çənginə almış iqtisadi tənəzzülün bundan sonra da davam edəcəyini proqnozlaşdırırlar.

Şərqi Aralıq dənizində Yunanıstan-Türkiyə qarşıdurması hələ də davam edir. Vəziyyətədn çıxış yolu görünmür. Antitürk kampaniyasını qızışdıranlar növbəti addım kimi cari ayın 24-25-də keçirilməsi nəzərdə tutulan Aİ sammitində Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsinə nail olmaq niyyətindədirlər.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!