30 Aprel 2026 09:05
152
İQTİSADİYYAT
A- A+
Təcrübə sözünü deyir

Təcrübə sözünü deyir


Yusif Nəsibovun 1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib təyinat aldığı Abşeron rayonunun Bakı Quşçuluq Fabrikində işə başladığı gündən işgüzarlığı, işini dərindən mənimsəməsi çox keçmir ki, müəssisənin rəhbərliyinin diqqətindən yayınmır. O, işlədiyi fabrikdə şöbə rəisi vəzifəsinə irəli çəkilir. 

Bu vəzifədə onun peşəkar xüsusiyyətləri ilə yanaşı, idarəetmə bacarığı da üzə çıxır. Onun müvəqqəti olaraq şöbə rəisi vəzifəsini əvəz etdiyi müddətdə quşlar arasında ölüm faizi və yem itkisi xeyli azalır. Artıq müəssisəyə gələn nümayəndələr birbaşa Yusif Nəsibovun rəhbərlik etdiyi sexə yönləndirilirdi. Bu ərəfədə Y.Nəsibov əsgəri xidmətə çağırılır. O, əsgəri xidmətdən sonra da əvvəlki iş yerinə qayıdır. Rəhbərlik onu kökəltmə sexinə rəis təyin edir. O, burada da yüksək nəticələr qazanır, quşların 45 gün müddətində yetişməsinə nail olur. Çox keçmir ki, bacarığı nəzərə alınaraq onu fabrikin yeni istehsal sahəsinə - yem hazırlanan sexinə rəis təyin edirlər. O, az bir vaxtda istehsalı artırır. Y.Nəsibov bu dəfə təsərrüfatda əsas aparıcı sahə hesab olunan ana sürüsü sexinə köçürülür. O, bu sahədə də az vaxtda yumurta istehsalının artırılmasına, cücələrin çıxım faizinin 85 faizə çatmasına nail olur.

Həmin dövrdə "Azərquşsənaye" Birliyinin rəhbərliyi tərəfindən ona böyük etimad göstərilərək Qafqaz regionunda ən böyük quşçuluq fabriki hesab olunan Yeni Bakı Broyler Quşçuluq Fabrikinin 2 nömrəli müəssisəsinə direktor təyin edilir. O, bu fabrikdə də qısa müddətdə yüksək nəticələr qazanır. Bu ərəfədə "Azərquşsənaye" Birliyinin rəhbərliyi Nazirlər Soveti və Mərkəzi Komitə qarşısında məsələ qaldıraraq fabrikin təchizat işlərinin bir əldə birləşdirilməsini məqsədəuyğun hesab edir. Nəticədə üç qurum birləşdirilərək Yeni Bakı Broyler Quşçuluq Fabriki yaradılır. Fabrikə Yusif Nəsibov baş direktor təyin edilir. Yeni kompleks yerləşdiyi ərazi bölgüsünə görə üç rayonun (Abşeron, Qaradağ və indiki Binəqədi) əhatəsində yerləşirdi. Bu səbəbdən də istehsal prosesinə lazımsız müdaxilələrin qarşısını almaq üçün fabrikin baş direktor vəzifəsi birbaşa Nazirlər Kabinetinin nomenklaturasına daxil edilir. Bu isə imkan verirdi ki, Y.Nəsibov respublika əhəmiyyətli tədbirlərdə fabrikin problemlərini qaldırsın.

Hələ o vaxtlar da quşçuluq elmtutumlu sahə olduğu üçün elmin və texnikanın son nailiyyətlərinin tətbiq edilməsi günün tələblərindən sayılırdı. Lakin bununla iş bitmirdi. Y.Nəsibov çox yaxşı dərk edirdi ki, hansı məsuliyyəti öz çiyninə götürüb. Odur ki, o, insan amilini, işçilərin sosial qayğılarını həmişə ön plana çəkirdi. Yuxarı orqanları məlumatlandırırdı ki, bu nəhəng istehsalat kompleksində kadr məsələlərini həll etmək üçün ilk növbədə onların sosial problemlərini təmin edə bilən tədbirlər görülməlidir. Bu səbəbdən Pirəkəşkül qəsəbəsində (indiki Müşfiqabad) fabrikin fəhlə və qulluqçuları üçün yaşayış binalarının tikintisi məsələsini qaldırır və buna nail olur. Nazirlər Sovetinin xüsusi sərəncamına əsasən, quşçuluq sahəsində işləyən işçilərə müstəsna hal kimi qeydiyyatla bağlı sərt tələblər şamil edilmir. Nəticədə çox keçmir ki, Pirəkəşkül qəsəbəsində bir neçə yaşayış massivi salınaraq quşçuluq sahəsində işləyən fəhlə və qulluqçuların istifadəsinə verilir. 

SSRİ-nin dağılması ilə dövlət müəssisələri də fəaliyyətlərini dayandırmalı olur. Amma Y.Nəsibovun bacarığını nəzərə alıb onu yeni işə dəvət edirlər. "Azərmeşə" İstehsalat Birliyinin aparatında ona yüksək vəzifə təklif olunur. Yusif Nəsibov bu vəzifədən imtina edir və bilidirir ki, onun işi təsərrüfatla məşğul olmaqdır. Belə də edir. O, "Azərmeşə" İB-nin Xırdalan Meşə Meliorasiya Stansiyasının ərazisində meşəbitmə şəraiti olmayan 3 hektar torpaq sahəsində tikinti aparmaq üçün razılıq alır. Əsasən bank kreditləri hesabına həmin ərazidə müasir tələblərə cavab verən quşçuluq istehsal sahəsi yaradır. Özəlləşdiriləndən sonra müəssisədə əlavə sexlər açılır, quşçuluq sahəsində mövcud olan müasir texnologiya burada tətbiq edilir. İstehsal edilən quşçuluq məhsulları ilk növbədə yüksək keyfiyyət göstəriciləri ilə seçilməyə başlayır. Artıq ölkədə quşçuluqla məşğul olan hər bir kəs bilirdi ki, "gümüşü" quş cinsi Y.Nəsibovun məhsuludur. Artıq müəssisədə bu cinsin ana sürüləri də var. Yaşının 80-i haqlamasına baxmayaraq, Y.Nəsibov bu gün də işinin başındadır. Deyir ki, daxili bazarın quş ətinə olan ehtiyacını ödəmək üçün nə qədər səhhəti, təcrübəsi  imkan verir, əlindən gələni əsirgəməyəcək.


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

Sərhəd tanımayan musiqi janrı

09:20
30 Aprel

Sənətin möcüzəsi 

09:15
30 Aprel

Yağmurlu hava Tovuzda kartof əkininə mane olmur

09:10
30 Aprel

Masallının Xırmandalı kəndində Yaradıcılıq Evi fəaliyyət göstərir

09:07
30 Aprel

Təcrübə sözünü deyir

09:05
30 Aprel

Sumqayıtda qaz infrastrukturu müasir standartlara uyğunlaşdırılır

09:03
30 Aprel

Bu mövsüm pambıqçılar su sarıdan korluq çəkməyəcəklər

09:00
30 Aprel

Masallıda əmək yarmarkası: 200 işaxtaran, 104 vakant

08:55
30 Aprel

Astarada növbəti tibbi aksiyadan 200 nəfər yararlanıb

08:50
30 Aprel

Şəmkirdə elektrik təsərrüfatı yenilənir

08:45
30 Aprel

Bakı WUF13 ərəfəsində

08:40
30 Aprel

Milli məfkurə və vətənsevərlik ruhunda yazılan "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"

08:35
30 Aprel

Polad iradəli qəhrəmanlar

08:30
30 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

08:25
30 Aprel

Maliyyə icarəsi fəaliyyətinin təkmil hüquqi əsasları yaradılır

08:20
30 Aprel

Beynəlxalq birliyin Azərbaycana yeni baxışı

08:15
30 Aprel

Azərbaycan-Çexiya əlaqələri çoxvektorlu səciyyə daşıyır

08:10
30 Aprel

Qəbələ bu dəfə yüksəksəviyyəli görüşlərin ünvanı kimi dünya gündəmində oldu

08:05
30 Aprel

Bakı qlobal geosiyasətin ehtiramla qəbul olunan aktorudur 

08:00
30 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!