05 Aprel 2022 00:42
2065
İQTİSADİYYAT
A- A+
“Səni yanasan toyuq aparan...”

“Səni yanasan toyuq aparan...”

 

Yaxud kənd yerində toyuq-cücə saxlamağın problemləri nədir

 

“Səni yanasan, toyuq aparan...” Bu qədim xalq mahnısından bəlli olan odur ki, toyuq-cücənin əbədi və heç vaxt tükənməyən bir problemi var. Bu həm də toyuq-cücə sahiblərinin gündəmdən düşməyən, elə bu xalq mahnısı kimi yanıqlı mövzusudur.

Yəni kənd-kəsəyin ətrafında çaqqal da dolaşır, tülkü də. Onlar da ki, əllərinə fürsət düşən kimi toyuq-cücədən çırpışdırıb aradan çıxırlar. Bundan başqa, kəndin mal-qara oğruları da hərdən ev quşlarına tamah salırlar. Əslində, toyuq onlar üçün oğurluq mal sayılmasa da, 4-5 oğrunun ürəyinə çığırtma düşübsə, mütləq söz yazılacaq ki, filankəsin toyuqları qeybə çıxıb.

Bir sözlə, meşə çaqqalsız olmur. Ona görə də xalq mahnılarının canına hopan “mənim toyuğum ağ idi, dərisi dolu yağ idi, səni yanasan toyuq aparan, odlanasan toyuq aparan...” kimi misralar da boşuna yaranmır. Belə yanıqlı kəlmələri kəşf etmək üçün istedad sahibi olmaqdan əvvəl gərək toyuq-cücənin əziyyətini çəkəsən, yemini verəsən, böyüdəsən ki, itirəndə beləcə oxuyub özün də yanasan, qulaq asanı da kövrəldəsən.

“Baba, mən yazıram, dünya dəyişmir ki, dəyişmir” ifadəsi elə bizim toyuq-cücəyə də aiddir. Kimsə sahibsiz itlərin əlindən cücə alıb saxlaya bilmir. Saxlayanlar da zülm çəkirlər. Aylar, illər keçdikcə bu problem həllini tapmaq əvəzinə, daha da qəlizləşib müşkül işə cevrilir. Ona görə də “toyuq aparanlar”ın sırasına müxtəlif rayonlarda kənd meşələrinə yığılan sahibsiz itləri də əlavə etmək lazımdır. Kimi dindirsən, hamı həmin itlərin əlindən bezdiyini deyir. Həyət-bacada toyuq saxlamaq mümkün deyil. Tülküdən, çaqqaldan fərqli olaraq sahibsiz itlər gecə də, gündüz də istənilən kəndə, istənilən həyətə rahat girib-çıxır və nəzarətsiz qalan toyuq-cücəni göz qırpımında çırpışdırırlar.

İndi kəndlərdə vəziyyət elədir ki, camaat məsələnin ən asan həllini tapıb: heç kim toyuq-cücə saxlamır. Deyirlər ki, saxlamağın nə mənası - ya quş qripi aparacaq, ya da ki sahibsiz itlər. Amma vaxt var idi ki, hər həyətdə mal-qaradan savayı 100-dən çox toyuq, 20-30 hinduşqa saxlayardılar. Quş ətinə, yumurtaya pul da verməzdilər. İndi kəndli də broyler toyuğu yeyir, şəhərli də.

Çıxış yolu varmı? Əslində, istənilən çətin vəziyyətdən bir çıxış yolu olmalıdır. Birincisi, toyuq-cücəni həyətin bir küncündə məftildən etibarlı çəpər çəkib hasara almaq, orda saxlamaq və yemləmək mümkündür. Amma bu gün hər kəndli bir ətək  pulu aparıb dəmir tora, beton dirəyə verə bilmir. İmkanı olanların hamısı belə edir. İmkansızların isə əli heç yerə çatmır. Amma mikrokreditlə bu məsələni həll etmək mümkündür. Lakin bunu problem kimi qaldırıb həllinə qərar verən yoxdur.

Halbuki Azərbaycan Prezidentinin dövlət məmurlarından ən böyük tələbi odur ki, sadə insanlara yaxın olsunlar, onların qayğılarına, problemlərinə diqqətlə yanaşsınlar. Əgər kənd yerində yaşayanlar özlərini toyuq əti və yumurta ilə təmin etsələr, bu, onların daha yaxşı dolanışığına dəstək olar. Problemin həlli üçün yerli idarəetmə və icra orqanlarına təşəbbüslə çıxış etməyə nə maneə olur ki?

Məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, kənd-kəsəkdə toyuq-cücənin kökü kəsilməyib. Xeyli adam çəpərini möhkəmlədir, hasara alır, toyuq-cücəsini saxlayıb onun yumurtasından, ətindən istifadə edir, artıq qalanını isə satır. Qubalı İsbat Həsənov deyir ki, evin arxasında bir sot yeri yaxşı hasara alıb, çəpəri də yerə elə pərçimləyib ki, altından nəinki it, heç pişik belə keçə bilməz: “Yüzə yaxın cücə alıb saxlayıram. 4-5 aydan sonra satmağa da, kəsib yeməyə də ətimiz olur, yumurtadan da korluq çəkmirik. Nəvələrə da çatır, qapıdan satmağa da”.

Maraqlısı odur ki, itlərdən gileylənən nə qədər çox olsa da, onları aciz sayan, vecinə almayan da çoxdur. Qubanın Xucbala kəndindən Rahim Məmmədov özü müəllimdir, hələ səhhətində də problem var. Amma hər il bir neçə yüz hinduşqa saxlayır, Yeni il qabağı kilosu 12-13 manatdan satışa çıxarır. O, hinduşqalara tək yox, uşaqları ilə bir yerdə baxır: “Hinduşqa saxlamağı uşaqlıqdan atam bizə öyrədib. Zəhmətkeş kişi idi, deyirdi ki, pul qazanmaq üçün ali savad azdır, qabara dözən əl də lazımdır. O çox sadə və bir o qədər də çox zəhmətkeş adam idi. Evimizdə həmişə ehtiyat pulumuz olardı, həyət-bacamız da ki, mal-qara ilə dolu idi”.

Soruşuram ki, ay Rahim müəllim, kəndçilər sahibsiz itlərin qorxusundan toyuq saxlamaq istəmir. O isə gülüb cavab verir:

 - Bəhanədir, mən hər gün hinduşqaları kəndimizin ayağındakı güneyə qaldırıram, ordan uşaqlar vurur meşəyə. Güneyin üstündə Qərəl meşəsi var. İtlərin sürü ilə gəzdiyi yerlərdir. Hünərləri var mənim hinduşqalarıma sataşsınlar. Bir-iki dəfə tüfənglə qorxuzmuşam. İkincisi, hamı bilir ki, hinduşqa saxlamaq toyuq-cücə bəsləməkdən qat-qat çətindir. Biz saxlayırıq, əziyyət çəkirik, Allah da ruzisi ilə mükafatlandırır. Amma bu o demək deyil ki, toyuq-cücə, hinduşqa saxlamaqda problemimiz yoxdur.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:03
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:02
20 May

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 

02:02
20 May

S.X.Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:01
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:01
20 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:00
20 May

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:00
20 May

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

01:58
20 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:56
20 May

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

01:54
20 May

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb  

00:22
20 May

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

23:29
19 May

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər  

23:01
19 May

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb  

22:58
19 May

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb  

22:45
19 May

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB  

22:12
19 May

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır 

21:59
19 May

Tərtərdə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baş çəkilib  

21:39
19 May

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB

21:31
19 May

Azərbaycan ilə Esvatini arasında enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

21:28
19 May

WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib  

21:09
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!