25 İyun 2020 02:11
1449
Mədəniyyət
A- A+
Sənət naminə...

Sənət naminə...


"Kaş Tanrı mənə bir az da ömür verəydi, onda mən bilərdim necə yaşayardım”. Bu dünya ilə vida anında Kamilovun son peşmanlığı... "Qanun naminə” filmində Adil İsgəndərov canlandırdığı obrazın dilindən deyir...

Həyat insanı kürə kimi öz səhvlərində, həqiqətlərində, yanlışlıqlarında, düzlüklərində "bişirir”. Doğrudur, Adil İsgəndərov ekran ömrü verdiyi Kamilova nə xarakteri, nə həyata baxışı, nə də həyat tərzi ilə bənzəyirdi. "Qanun naminə”dəki qəhrəmanı xeyirxahlıq etmək, ədalətli olmaq, düzgün yaşamaq fürsətini fövtə verdiyi üçün son anlarında heyifsilənirdi. Adil İsgəndərov isə ömrünün böyük hissəsini gözəl əməllərə, xeyirli işlərə həsr etdi, yıxılanın əlindən tutdu, düz yola üz tutanlara istiqamət verdi. Bu dünyanın heç bir neməti - var-dövləti, şöhrəti, ad-sanı onu doğru bildiyi, inandığı yoldan ayıra bilmədi. Ancaq Adil İsgəndərovun kinodakı qəhrəmanı kimi, həyatdan aldığı dərsləri də böyük idi...


Adil İsgəndərov məktəbi


O, bəy oğlu idi. 1910-cu il mayın 5-də qədim Gəncədə dünyaya göz açıb. Atası Rza bəy Gəncənin hörmətli bəylərindən sayılıb. Elə ana tərəfdən də bəy nəslindən olub.

Rza bəy Sovet hökumətinin gəlişini, bəylərin qara günlərini görməyib. Oğlu Adil üç yaşında ikən o, vəfat edib.

Əsl soyadlarını - İsgəndərbəylini sonralar Sovet hökumətinin təzyiqləri ilə üzləşməmək üçün İsgəndərova dəyişməli olublar.

Adil İsgəndərov kiçik yaşlarından teatra maraq göstərib. On yaşında Gəncədəki pioner evində özfəaliyyət dərnəyinə gedib. On üç yaşında "Qaçaq Kərəm” tamaşasını qurub. Kərəm rolunu da özü ifa edib. Elə bu tamaşa ilə də yaradıcı adamların diqqətini cəlb edib. Onu Bakıya gətiriblər. Bakı Teatr Texnikumunda əla qiymətlərlə oxuyub. Təhsilini davam etdirmək üçün Moskvaya gedib. A.Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunu bitirib. Moskva Bədaye və Vaxtanqov teatrlarında təcrübə keçib. 1936-cı ildə Akademik Milli Dram Teatrına gəlib. Çox keçməyib ki, teatrın baş rejissoru təyin edilib. Sonralar isə Akademik Milli Dram Teatrının direktoru olub. İyirmi beş ilə yaxın burada fəaliyyət göstərib, yeni tamaşalar səhnələşdirib.

İlk rejissorluq işi 1936-cı ildə "Polad qartal” tamaşası olub. Bir-birinin ardınca milli teatrın səhnəsində "Həyat”, "Vaqif”, "Xanlar”, "Fərhad və Şirin”, "Aydın”, "Şərqin səhəri”, "Otello”, "Cavanşir” və başqa əsərlərə quruluş verib. "Otello” tamaşasına Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə baxaraq heyran qalan ingilislər onu lentə alıblar.

Akademik Milli Dram Teatrındakı uzun illik fəaliyyəti o qədər səmərəli, parlaq olub ki, bu sənət məbədini həmin dövrdə "İsgəndərovun teatrı” adlandırıblar.

Onun rejissor təqdimatı hər zaman uğurlu olub. Bütün tamaşalarının teatrsevərlərin ürəyincə olmasının bir səbəbi də böyüklü-kiçikli bütün rollara aktyor seçimini düzgün etməsi idi.

Azərbaycan teatrına neçə-neçə istedadlı rejissor və aktyorun gəlməsində Adil İsgəndərovun misilsiz xidmətləri olub. O, səhhətini, sağlamlığını çox sevdiyi teatrın yolunda fəda edib.

Milli teatrın yeni binası akustikasız olduğundan ora köçürülməsinə etiraz edib. Söylədiyi doğruları nəinki qəbul etməyiblər, buna görə sənətkarı incidiblər. Əslində, incikliyinin tək səbəbi də bu olmayıb. Adil İsgəndərov haqsızlıqlara boyun əyməyib. Və çox sevdiyi teatrdan gedib...

Sənətkarın növbəti sənət ünvanı Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası olub. 1966-cı ildən "Azərbaycanfilm”ə rəhbərlik edib. O qədər iş-gücün arasında bircə filmə - "Əhməd haradadır?”a quruluş verib. Ancaq bu müddətdə tamaşaçılar onu həm də istedadlı kinoaktyor kimi tanıyıb, seviblər. Adil İsgəndərov filmlərdə müxtəlif səpkili rollar yaradıb. Tamaşaçılar onun ifasında "Axırıncı aşırım”dakı Kərbəlayı İsmayılı, "Qanun naminə”dəki Kamilovu, "Uzaq sahillərdə”ki alman məmurunu və başqa rollarını bəyənərək izləyiblər.

"Axırıncı aşırım” filmi Tbilisidə nümayiş olunanda Həsən Məmmədov Şadlinski, o isə Kərbəlayı İsmayıl rolunun ifaçısı kimi mükafata layiq görülüb. Adil İsgəndərov öz mükafatından imtina edərək, onun Qəmlonu canlandıran Məlik Dadaşova verilməsini istəyib.


Sənəti və şəxsiyyəti ilə örnək insan


Adil İsgəndərovun təşkilatçılıq bacarığı yüksək olub. O, bir yerdə çalışdığı aktyorların yalnız yaradıcılığı ilə maraqlanmayıb. Onların sosial vəziyyətinə, problemlərinə daim diqqətlə yanaşıb. Onun sayəsində neçə-neçə aktyor ev-eşik sahibi olub.

Onu sevdirən həm də sənəti şəxsi münasibətlərin fövqündə tutması idi. Teatrda da, kinoda da belə olub...

Xalq artisti Rza Əfqanlıya aralarında yaranan narazılığa baxmayaraq Hüseyn Cavidin "Şeyx Sənan” əsərindəki baş rolu həvalə edib. "Otello” tamaşasında baş rolu Ələsgər Ələkbərova verəndə isə bu iki sənətkarın münasibəti çox gərgin olub. Adil İsgəndərov "Nəsimi” filmində Teymurləngə çəkilməkdən imtina edərkən bu rolun Yusif Vəliyevin ifasında mükəmməl olacağını əsas gətirib. "Dəli Kür” filmində Cahandar ağa roluna onu çəkmək istəyən rejissor Hüseyn Seyidzadəyə Ələddin Abbasovu məsləhət görüb. Çünki Adil İsgəndərov sənətkar mövqeyini şəxsi münasibətlərindən üstün tutub. O, özünü deyil, sənəti, Azərbaycan kinosunu düşünüb.

Adil İsgəndərov xoşbəxt sənətkar olub. Sağlığında da onun şöhrəti yalnız yüksək titulları, fəxri adları ilə ölçülməyib. Adil İsgəndərov böyük nüfuz, hörmət sahibi, şəxsiyyəti və sənəti ilə nümunə olub.

Çoxları onun məsləhəti və köməyi ilə sənətə gəlib, ilk dəfə filmə çəkilib. O dövrdə üzə çıxan bütün istedadlı aktyorlar Adil İsgəndərovun tapıntısı idi.

O, Azərbaycanda çəkilən filmlərə kənardan aktyor dəvət edilməsinin əleyhinə olub. Öz aktyorlarımızı tanıdıb. Sübut edib ki, bizdə də bacarıqlı aktyorlar, rejissorlar var.

Adil İsgəndərov yaddaşlarda ötkəm insan kimi qalıb. Özündən vəzifəcə böyüklərin qarşısında boynubükük dayanmaq, sözünü danmaq ona yad olub. Kinostudiyaya rəhbərlik etdiyi vaxtlarda da işlərinə müdaxilə ediləndə, yersiz göstərişlər veriləndə çox əsəbiləşərmiş. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Kozlov zəng edərək bir nəfərin filmdə çəkilməsini, başqa birinin isə rejissor köməkçisi qoyulmasını istəyəndə də sərt davranıb. "Yoldaş Kozlov, bilirsiniz mikrorayonda su gəlmir? Siz yaxşı olar ki, su ilə məşğul olun, mən kino ilə məşğul olaram” deyərək telefonun dəstəyini asıb.

Böyük sənətkar 1978-ci ilin sentyabrında həyatla vidalaşıb. Həmin gün Sovet hökumətinin rəhbəri L.İ.Brejnev Bakıya növbəti rəsmi səfərə gəlib. Adil İsgəndərov bəzilərinin yazdığı kimi, axşamın qaranlığında gizlincə torpağa tapşırılmayıb. Ancaq həmin gün dövrün tələblərinə uyğun olaraq, rəhbərin gəlişi münasibətilə Bakı bayram əhvali-ruhiyyəsinə bürünüb.

Azərbaycanın görkəmli teatr və kino rejissoru, tanınmış aktyoru, Azərbaycanın Xalq artisti, Zaqafqaziyadan ilk SSRİ Xalq artisti Adil İsgəndərovla vida mərasimi Aktyor evində keçirilib. Və sənətkarı 2-ci Fəxri xiyabanda dəfn etməli olublar.

Zaman öz sözünü deyib. Adil İsgəndərov xoş əməlləri ilə yaddaşlardan-yaddaşlara köçüb. Sənət naminə gördüyü işlər isə ona Azərbaycan teatrının, Azərbaycan kinosunun səhifələrində əbədi yer qazandırıb.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir  

15:40
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!