14 Fevral 2015 12:02
258
Mədəniyyət
A- A+
“Sehrbazlar dərəsi” - mədəniyyət körpüsü

“Sehrbazlar dərəsi” - mədəniyyət körpüsü

 

Tanınmış yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı ABŞ-da “Strategic Book  Publishing and Rights Co” nəşriyyatında ingilis dilində nəşr edilib. Xatırladaq ki, bundan əvvəl müəllifin digər məşhur kitabı - “Yarımçıq əlyazma” romanı ingilis dilinə tərcümə olunaraq elə həmin nəşriyyatda çap edilib. Hər iki romanı ingilis dilinə Enn Tomson tərcümə edib.

Romana “Ön söz”də bildirilir ki, müasir Azərbaycan müəllifi Kamal Abdullanın qərbli oxucunun diqqətinə təqdim edilən “Sehrbazlar dərəsi”  romanı orta əsrlərdə və sonrakı dövrdə islam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur.

Orta əsrlərdə islam fəlsəfəsini, poeziya və musiqisini formalaşdırmış bu mühüm kulturoloji istiqamətin müasir mədəniyyətə təsiri bu gün də davam edir.

Həmin dövrdə bu ədəbiyyat bütün müsəlman xalqlarına - həm ərəb qəbilələrinə, həm də türkdilli (o cümlədən Azərbaycan) və farsdilli xalqlara mənsub idi. Hərçənd, müsəlman aləminə yalnız dolayısı ilə cəlb edilmiş xalqların poeziyasında da klassik islam ədəbiyyatının elementləri müşahidə olunurdu.

Sufiliyin əsasını təfəkkür vasitəsilə saflaşma ideyası təşkil edir. Əslində saflaşma anlayışı dünyanın bütün dinlərində vardır. Məsələn, sintoizm fəlsəfi mənada allahların yolu, buddizm - dərk edən, ziyalı müəllim, İslam (samit səslər üzrə: s-l-m) - bütövlük, sülh, zərdüştiliyin əsas tanrısı Axura (və ya Hörmüz) Mazda - Müdrik Padşah kimi tərcümə edilir. Beləliklə, bütün təlimlər öyüd-nəsihət vasitəsilə ziyalılıqla bağlıdır.

Nəticə etibarilə Yaradan - Dünyanın Sahibi - Müdrik Müəllim üçün əlyetərli olan bütün müdriklik insanlara bəxş edilir. Müqəddəs kitabların bu funksiyası - müdrikliyin öyrədilməsi tədricən insanlar tərəfindən yazılan kitablara da şamil edilir.

Kamal Abdullanın kitabı istisna deyil.

Kinematoqrafik “Sehrbazlar dərəsi” romanı zamanın müxtəlif mərhələləri - keçmiş və indiki dövr, mistik və gerçək aləm arasında hədləri silir, onları iynə vasitəsilə ilmə-ilmə bir-birinə bağlayaraq Ariadna sapına çevirir. Əslində bu, iynə də yox, müəyyən mənada sancaqdır. İynə - dünyanın özü kimi qədim olan qisas motividirsə; sancaq - qapalı dövrə, daha dəqiq desək, insanın həyat yolu, onun ləyaqətlə yaşaması üçün ayrılmış vaxtdır. Müəllif özü də bu məqamı vaxtaşırı xatırladır. Burada zaman əsas deyil: istər həmişəyaşıl Sehrbazlar Dərəsində yaşayan dərvişlərin mistik-utopik xronotopu, istərsə də real, bugünkü zaman eyni məhək daşı - qisas, həqiqət axtarışı ilə qarşılaşır.

Həmişəyaşıl Sehrbazlar Dərəsində olan dərvişlərin (sufilərdəki dərvişlər bu romanda sehrbazlar rolunda çıxış edirlər) mistik-utopik dünyasının qəhrəmanları sufi ənənələrinə uyaraq, yaxud Şekspirin “Hamlet” əsərində olduğu kimi əcdadların (cəllad atanın) ruhu kimi qismən elə həmin səbəbdən həqiqət axtarışına kömək etməli olsalar da, xəyali qələbə kimi qarşısıalınmaz qisas ehtirasını cilovlaya bilmir. Beləliklə, romanın finalı yalnız bir dövrənin sonudur və bu dövrə Karvanbaşının oğlunun həyatında hökmən təkrarlanmalıdır.

Lakin bu faciəli, ilk baxışda çıxış yolu görünməyən finalda yetim qalmış körpəni kin-küdurət labirintindən nahaq yerə günahkar hesab edilən Müəllimin varisi xilas edir, eyni zamanda, öz dərəsində onun ruhunu xilas edir. Sehrbazlar Dərəsinin sakinlərinin yeni həyatı qisas eşqi ilə yaşamayan, meditasiya edən ruhların həyatıdır. Burada qanlı qisasa yer yoxdur.

Şübhəsiz, bu roman qisas haqqında, həyatın və insanın həyat yolunun dövriliyi haqqında əbədi sual üzərindən mədəniyyət körpüsü olacaq - insanın dinindən, konfessiyasından və milliyyətindən asılı olmayaraq.

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!