16 Noyabr 2026 15:51
595
CƏMİYYƏT
A- A+
Şəhidliyin və qəhrəmanlığın yazıya hopan salnaməsi  

Şəhidliyin və qəhrəmanlığın yazıya hopan salnaməsi  


“Azərbaycan” qəzetində şəhid Elgün İsmayılov adına ənənəvi yaradıcılıq müsabiqəsinə yekun vuruldu


Elə yazılar var ki, onların hər sətri bir xatirə, hər cümləsi bir minnətdarlıq, hər sözü bir Vətən sevgisi daşıyır. Şəhidlərimizin ömür yolu, qazilərin qəhrəmanlıq salnaməsi və xalqımızın Zəfər tarixi haqqında yazmaq məhz belə bir məsuliyyətdir. Çünki bu mövzuların arxasında xalqın taleyi, milyonların qüruru, minlərlə ailənin ağrısı və sonsuz minnətdarlığı dayanır.

“Azərbaycan” qəzeti redaksiyasının ənənəvi olaraq hər il keçirdiyi şəhid əməkdaşımız Elgün İsmayılov adına yaradıcılıq müsabiqəsi də məhz bu mənəvi dəyərlərin yaşadılmasına, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinə xidmət edir. Dünən redaksiyada növbəti dəfə bu münasibətlə təşkil olunan tədbirdə qəzetin baş redaktoru Bəxtiyar Sadıqov  çıxış edərək şəhidlik zirvəsindən, onun  müqəddəsliyindən, Vətən sevgisinin ucalığından, xalqımızın qəhrəman oğullarının misilsiz şücaətindən danışdı.

Baş redaktor çıxışında o məqama xüsusi diqqət çəkdi ki, 6 il əvvələ qədər şəhidlik və qəhrəmanlıq mövzusunda yazılan hər məqalənin arxasında böyük bir nisgil vardı. Jurnalistlər yazılarına Vətən həsrətini, torpaq nisgilini köçürdülər. Çünki  Qarabağ hələ azad deyildi, Şuşaya qovuşmaq, doğma yurd yerlərində bayrağımızın dalğalanmasını görmək xalqımızın ən böyük arzusu idi.

Bu gün isə tarix başqa cür yazılır. Artıq biz qalib xalqın övladıyıq. Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı, dövlətimizin  başçısı Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və  xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. İndi jurnalistin qarşısında başqa bir vəzifə durur. O da  qazanılmış Zəfərin tarixini yazmaq, 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlığı gələcək nəsillərə çatdırmaqdır.  Bu, yalnız peşə vəzifəsi deyil, həm də mənəvi borcdur.  Çünki yazılan hər sətir həm tarixi yaddaşın qorunmasına, həm də qəhrəmanlıq salnaməsinin yaşadılmasına xidmət edir.

“Azərbaycan” qəzetinin əməkdaşları  bu məsuliyyəti öz yaradıcılıqlarında daim hiss edirlər.  Birinci Qarabağ müharibəsi şəhidi Elgün İsmayılovun adını daşıyan ənənəvi yaradıcılıq müsabiqəsində qəzetin üç əməkdaşının – Züleyxa Əliyeva, Rəşad Cəfərli və Elşən Qəniyevin qalib olması bunun nümunəsidir. Onların təqdim etdikləri yazılarda Vətən sevgisi, şəhidlərimizin xatirəsinə ehtiram, qəhrəmanlıq tariximizə bağlılıq səmimi və ürəkdən gələn sözlərlə ifadə olunub. Bu yazılar sadəcə müsabiqəyə təqdim edilən jurnalist yazıları deyil, həm də tarixi yaddaşımıza, milli dəyərlərimizə sədaqətin ifadəsidir.

Elgün İsmayılovun timsalında öncə bütün şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə  müsabiqənin qalibləri çıxış edərək, öz təəssüratlarını, qürur və minnətdarlıq duyğularını bölüşdülər. Hər üç əməkdaşımızın  ürək sözlərində eyni duyğu, eyni məsuliyyət hissi duyulurdu: “Şəhidlərimizin bizə əmanət qoyduğu Vətənə layiqli övlad olmaq, onların qəhrəmanlıq tarixini yaşatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur”. 

Müsabiqənin qalibləri üçün bu mükafat, şübhəsiz, yaradıcılığa verilən qiymət olmaqla yanaşı, həm də böyük mənəvi məsuliyyətdir. Çünki şəhid adını daşıyan müsabiqədə qalib gəlmək qəhrəmanların xatirəsinə ehtiramın, onların adını və şücaətini sözlə yaşatmaq istəyinin ifadəsidir. Şəhidlərin əmanətinə sahib çıxmaq, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq hər bir jurnalistin mənəvi borcudur.

Zaman dəyişib, tariximizin səhifələri yenilənib. İllər öncə nisgil hopmuş vətənpərvərlik mövzuları bu gün Zəfər qüruru ilə qələmə alınır. Şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında yaşadıqca, onların igidliyindən bəhs edən yazılar da nəsildən-nəslə ötürüləcək – qəzetimizdə olduğu kimi.


 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan millisi Andorraya qalib gəlib, Emin Mahmudov yığmadakı karyerasını bitirib

23:51
16 Noyabr

Ukraynanın Zaporojye vilayətinə aviazərbələr nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb

23:13
16 Noyabr

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

22:59
16 Noyabr

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb YENİLƏNİB 

21:57
16 Noyabr

Tolerantlıq insanlığın mənəvi ucalığı, cəmiyyətin birliyi, xalqların həmrəyliyidir  

20:59
16 Noyabr

Mao Nin: Üçtərəfli görüşdə liderlər dünyada sülhün qorunmasını müzakirə edəcəklər  

20:46
16 Noyabr

Tramp Si Cinpin və Putinlə görüşdə Ukraynadakı müharibəni müzakirə edəcəyini bildirib

19:49
16 Noyabr

İƏT Nazirlər Şurasının iclasında Azərbaycanın regionda davamlı sülhün təmin olunması istiqamətindəki səylərindən bəhs edilib  

19:07
16 Noyabr

COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət edib  

19:01
16 Noyabr

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası olub  

18:50
16 Noyabr

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi doqquz ayda 306 milyon dolları ötüb

18:41
16 Noyabr

Ceyhun Bayramov britaniyalı həmkarı ilə regional təhlükəsizliyi və ikitərəfli əməkdaşlığı müzakirə edib  

18:40
16 Noyabr

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub  

18:39
16 Noyabr

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib  

18:37
16 Noyabr

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib

18:36
16 Noyabr

COP29-un prezidenti: Meşələrin qorunması gələcəyimizin təminat altına alınması deməkdir  

18:35
16 Noyabr

Qara dənizdə batan gəmidə aralarında 4 azərbaycanlının da olduğu heyət üzvləri xilas edilib

18:34
16 Noyabr

İnsan bədənində toxuma çapı  

17:23
16 Noyabr

Rusiya və Çin arasında hərbi-texniki əməkdaşlıq dərinləşir  

17:15
16 Noyabr

Sinir hüceyrələrini məhv olmaqdan qoruyan təbii maddə tapılıb

17:07
16 Noyabr

Alimlər gəzərkən yorğunluğu azaldan xüsusi corablar hazırlayıblar

17:05
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!