01 Oktyabr 2022 01:56
546
CƏMİYYƏT
A- A+
Şəhidlərimiz qürurumuz, şərəfimizdir

Şəhidlərimiz qürurumuz, şərəfimizdir

 

Anım günü Azərbaycanın şəhər və kəndlərində, elm və təhsil ocaqlarında, nazirlik, şirkət və idarələrində, bir sözlə, ölkəmizin ən ucqar guşələrində belə böyük ehtiramla qeyd edilib. Vətən müharibəsində, eləcə də ərazilərimizin erməni işğalından azad edilməsi uğrunda gedən qanlı müharibədə əbədiyyətə qovuşmuş şəhidlərimiz böyük ehtiramla yad ediliblər. 

Bu tədbirlər sırasında işğaldan azad edilmiş Füzuli rayonunda keçirilən Anım günü xüsusilə diqqətçəkən olmuşdur. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə Anım Gününə həsr olunmuş tədbirlərin iştirakçısı olublar. Dövlət başçısı və birinci xanım 27 Sentyabr  Anım Gününə həsr olunmuş  xatirə lövhəsinin önünə gül dəstələri qoyublar, Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Vətən savaşında ilk azad edilən Qaraxanbəyli kəndində xatirə lövhəsinin qarşısında Prezident İlham Əliyev demişdir: "Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik".
Prezident İlham Əliyevin  2020-ci il 2 dekabr tarixli sərəncamı  ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım günü kimi qeyd edilir. Bu gün zəfər təntənəmizin başlanğıcıdır. Vətən müharibəsinin ilk günündən dinindən və irqindən asılı olmayaraq, bütün insanlar Ali Baş Komandana və Azərbaycan Ordusuna həmrəylik nümayiş etdirərək Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etmək, öldürülmüş günahsız qocaların, qızların, uşaqların, bir sözlə, nahaqdan qətlə yetirilmiş insanların intiqamını almaq üçün ölüm-qalım savaşına qalxdılar. Dağıdılmış kəndlərimiz, viran edilmiş torpaqlarımız, strateji baxımdan əlverişli yüksəkliklər Azərbaycanın nəzarətinə keçdikcə ərazilərimizin işğalına son qoyulacağına, ədalətin zəfər çalacağına zabit və əsgərlərimizin inamı daha da artırdı. 
Azərbaycan Ordusu Füzulinin  Qaraxanbəyli kəndi istiqamətində erməni silahlılarının birinci müdafiə xəttini darmadağın edərək inamla irəlilədi. Düşmən qüvvələrinin Azərbaycan torpaqları hesabına  "Böyük Ermənistan" yaratmaq xülyasını  tamamilə məhv etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində erməni silahlı birləşmələri darmadağın edildi.  Şanlı tariximiz olan 44 günlük Vətən müharibəsində bütün gücünü səfərbər edib Ali Baş Komandanın əmrinə hər an müntəzir dayanan hərbçilərimiz düşməni doğma torpaqlarımızdan biabırcasına qovdu. Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu  və beləliklə,  Azərbaycanın tarixi qələbəsi təsdiqləndi.
Füzulidə, Cəbrayılda, Zəngilanda, Hadrutda, Qubadlıda, Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə yenidən ucaldılan Azərbaycan bayrağı  düşmənə gözdağı oldu. Bu döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri 2900 nəfərdən çox şəhid verdi. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin, xalqımızın, dövlətimizin, şanlı ordumuzun  şücaəti yeniyetmə gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsidir. Görünən odur ki, Vətən müharibəsi, tarixi zəfər nəinki Azərbaycan xalqının  övladlarının, gənclərinin, vətəndaşlarının vətənpərvərlik tərbiyəsində böyük rol oynamış, eyni zamanda Azərbaycanı sevən, çətin günlərdə onunla bir yerdə olan, ən yaxın müttəfiq rolunda çıxış edən qardaş dövlətlərin, xalqların da ovqatına müsbət təsir etmişdir. 
Təsadüfi deyil ki, indi dünyanın inkişaf etmiş dövlətləri Azərbaycan Silahlı Qüvvələrinin hərbi taktikasını öyrənir. Dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, qələbəyə aparan yollar, taktiki addımlar öyrənilir. Dünyanın aparıcı kütləvi informasiya vasitələrində də dəfələrlə məlumat verilmişdir ki, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələrində İkinci Qarabağ müharibəsinin bütün aspektləri, daha doğrusu, Azərbaycan Silahlı Qüvvələrinin hərbi taktikası, terror və təxribat əməllərinin qarşısının alınması üsulları tədris edilir. Əsgər və zabitlərimizin döyüş qabiliyyətini yüksək qiymətləndirən ekspertlər bu fikirdədirlər ki, Azərbaycan Ordusunun döyüş taktikası hətta ən fövqəlgüc ölkələrin ordularında belə qeydə alınmayıb. Hücum dronlarının döyüşdəki yüksək hədəf dəqiqliyi dünya hərb tarixində bir ilkdir. Şuşanın azad edilməsi uğrunda hərbçilərimizin nümayiş etdirdiyi qeyri-adi peşəkarlıq  beynəlxalq ictimaiyyətdə heyrət doğurr.
Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzulidə Anım gününə həsr olunmuş tədbirdə çıxışında xalqımıza müraciətlə demişdir ki, biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.

Rəhman SALMANLI, 
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İş yoldaşımızın xatirəsi

08:50
01 Aprel

Yazda sağlam qalmağın sirri

08:45
01 Aprel

Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alır

08:40
01 Aprel

Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan

08:35
01 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

08:30
01 Aprel

ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır

08:27
01 Aprel

Gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsi

08:25
01 Aprel

Myanmada xunta lideri prezidentliyə namizəddir

08:20
01 Aprel

Quba Soyqırımı Memorial Kompleksində anım tədbiri keçirilib

08:15
01 Aprel

31 Mart xalqımızın qan yaddaşıdır

08:10
01 Aprel

Daşnak-bolşevik cəlladları Salyana girə bilmədilər

08:05
01 Aprel

Milli yaddaşımızın ağrılı səhifəsi

08:00
01 Aprel

Tramp: Razılaşmadan asılı olmayaraq, ABŞ İrandakı əməliyyatlara son qoyacaq  

07:57
01 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

07:44
01 Aprel

Rusiyanın “An-26” təyyarəsi qəzaya uğrayıb, 29 nəfər həlak olub

07:43
01 Aprel

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Azərbaycana səfərə gəlib  

07:42
01 Aprel

Ankaranın Respublika Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

07:41
01 Aprel

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirməyi planlaşdırır  

07:40
01 Aprel

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:59
01 Aprel

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:58
01 Aprel

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

01:57
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!