25 Sentyabr 2026 21:17
178
CƏMİYYƏT
A- A+
Şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri, veteranlar və Vətən müharibəsi iştirakçıları ilə görüş olub

Şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri, veteranlar və Vətən müharibəsi iştirakçıları ilə görüş olub


Sentyabrın 25-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 27 Sentyabr - Anım günü, 1 oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Respublikası Prokurorluğunun veteranları, Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, həmçinin Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin bərpasında və müasir Azərbaycanın qurulmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Baş prokuror çıxış edərək bildirib ki, müasir, müstəqil Azərbaycanın dövlətçilik konsepsiyasının əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsi olaraq Azərbaycanın müdafiə qüdrəti daha da möhkəmləndirilib, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində mühüm tarixi vəzifələr həyata keçirilib.

Qeyd olunub ki, Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalına son qoyulub. Azərbaycan Ordusunun əldə etdiyi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin edib. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu tarixi hadisələr şəhid və qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi və dövlətimizin gücü sayəsində mümkün olub.

Baş prokuror diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, yaşayış məntəqələrinin yenidən qurulması və həmin ərazilərdə zəruri infrastrukturun yaradılması qarşıda duran əsas vəzifələrdəndir.

Görüşdə Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşlarının döyüşlərdə göstərdikləri şücaət və xidmətlər xüsusi qeyd olunub. Həmçinin Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş prokurorluq əməkdaşlarının dövlətçiliyimizin və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi naminə göstərdikləri fədakarlığın heç vaxt unudulmayacağı bildirilib.

Tədbirdə çıxış edən sabiq Baş prokuror İsmət Qayıbovun oğlu, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini İsmayıl Qayıbov, prokurorluğun veteranı Seyfulla Aslanov, Vətən müharibəsinin iştirakçıları – Bakı Hərbi Prokurorluğunun müstəntiqi Ayxan Əhmədov və Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi Xalıq Dadaşzadə, habelə Vətən müharibəsi zamanı xidməti vəzifələrinin icrası ilə əlaqədar xəsarət almış Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Ozal Həsənov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və müharibə iştirakçılarına göstərdikləri diqqət və dəstəkdən, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, göstərilən dövlət qayğısından məmnunluqlarını ifadə ediblər.

Tədbirə yekun vuran Baş prokuror prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların müraciət və qayğılarının diqqətdə saxlanılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib, prokurorluq orqanlarının şəhid ailələrinə, müharibə iştirakçılarına və prokurorluğun veteranlarına hər zaman dəstək olacağını vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: ATƏT-in Minsk prosesinin bağlanması mühüm addımdır

22:15
25 Sentyabr

Qars şəhərində şəhidlərimizin əziz xatirəsinə həsr olunan yürüş baş tutub

22:10
25 Sentyabr

Ceyhun Bayramov İƏT-də Azərbaycanın regional təşəbbüslərini diqqətə çatdırıb

22:05
25 Sentyabr

Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN rəhbərlərinin qeyri-rəsmi toplantısı keçirilib

21:58
25 Sentyabr

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

21:50
25 Sentyabr

Azərbaycan və Şimali Kipr XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

21:43
25 Sentyabr

Ali Məclisin növbədənkənar sessiyasının iclası olub

21:35
25 Sentyabr

Güclü külək zamanı təhlükə haradan gələ bilər? – FHN vətəndaşları ehtiyatlı olmağa çağırır  

21:30
25 Sentyabr

Pensiya sistemində yeni islahatlar sosial ədalət və həmrəylik prinsiplərini gücləndirir

21:23
25 Sentyabr

Şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri, veteranlar və Vətən müharibəsi iştirakçıları ilə görüş olub

21:17
25 Sentyabr

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib

21:12
25 Sentyabr

Tacikistanın Baş naziri: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk

21:03
25 Sentyabr

Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 

20:55
25 Sentyabr

“Birliyin Gücü - 2026” təliminin iştirakçıları üçün konsert proqramı təşkil edilib 

20:45
25 Sentyabr

Sahibə Qafarova: Azərbaycan–Gürcüstan dostluğu regionda əməkdaşlığın güclənməsinə xidmət edir

20:38
25 Sentyabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi dörd məsələni plenar iclasa tövsiyə edib

20:32
25 Sentyabr

Orta Dəhlizin ticarət, investisiya və regional dəyər zəncirlərinin inkişafındakı roluna dair müzakirələr aparılıb

20:25
25 Sentyabr

Ədliyyə naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

20:16
25 Sentyabr

Spartan Aeronavtika və Texnologiya Kolleci və Azərbaycan Milli Aviasiya Akademiyası əməkdaşlıq haqqında Saziş imzalayıblar 

20:11
25 Sentyabr

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

20:05
25 Sentyabr

Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

20:00
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!