25 Sentyabr 2026 20:25
187
CƏMİYYƏT
A- A+
Orta Dəhlizin ticarət, investisiya və regional dəyər zəncirlərinin inkişafındakı roluna dair müzakirələr aparılıb

Orta Dəhlizin ticarət, investisiya və regional dəyər zəncirlərinin inkişafındakı roluna dair müzakirələr aparılıb


İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri” panelində ABŞ-Azərbaycan tərəfdaşlığı, TRIPP və regional bağlantı imkanları, eləcə də Orta Dəhlizin ticarət, investisiya və regional dəyər zəncirlərinin inkişafındakı rolu müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri” mövzusunda panel sessiya keçirilib.

Sessiyanın “ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığı: TRIPP və yeni bağlantı imkanları” mövzusuna həsr edilmiş birinci hissəsinə iqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov moderatorluq edib.

Tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edərək ABŞ-Azərbaycan tərəfdaşlığı, yeni regional bağlantı imkanlarının Cənubi Qafqazda davamlı sülh və sabitliyin möhkəmləndirilməsinə verə biləcəyi töhfələr barədə məlumat verib.

Paneldə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon, “Bechtel” şirkətinin biznesin inkişafı üzrə direktoru Qabor Gerentser, “Apollo” şirkətinin idarəedici direktoru Conatan Bar, “Centricus” şirkətinin tərəfdaşı Halil Emecen, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov iştirak ediblər.

Paneldə ABŞ–Azərbaycan strateji tərəfdaşlığının inkişafı, enerji və infrastruktur layihələrində əməkdaşlıq, özəl sektorun iştirakı və investisiya imkanları müzakirə olunub. Həmçinin ABŞ şirkətləri və investorları üçün Azərbaycanda yaradılan imkanlar, strateji infrastrukturun inkişafı və regional enerji bağlantılarının genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Panel sessiyanın ikinci hissəsi “Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri” mövzusuna həsr edilib.

“Euronews”un büro rəhbəri Nadira Tüdorun moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Perhat Yağşiyev, Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aidar Abildabekov, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin ticarət məsələləri üzrə müşaviri Yu Honqçi, Almaniya Şərq Biznes Assosiasiyasının (OA) icraçı direktoru Maykl Harms, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze, “Kibar Holding”in baş icraçı direktoru Haluk Kayabaşı, Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz üzrə direktoru Vibke Şlömer iştirak ediblər.

Sessiyada Orta Dəhlizin dayanıqlı Şərq–Qərb ticarət və logistika platforması kimi inkişafı, Trans-Xəzər bağlantısının və multimodal nəqliyyat infrastrukturunun gücləndirilməsi, dəmir yolu, liman və logistika imkanlarının genişləndirilməsi, eləcə də Mərkəzi Asiya, Azərbaycan və Çin arasında ticarət və investisiya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub. İnfrastrukturun dövlət-özəl tərəfdaşlığı, çoxtərəfli maliyyə institutları və özəl kapital hesabına maliyyələşdirilməsi, tranzit imkanlarının istehsal, emal və əlavə dəyər yaradan fəaliyyətlərlə əlaqələndirilməsi, regional sənaye əməkdaşlığının və dəyər zəncirlərinə inteqrasiyanın genişləndirilməsi məsələlərinə də diqqət yetirilib.

Müzakirələrdə Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz və qlobal bazarlar arasında strateji keçid platforması kimi mövqeyinin, nəqliyyat-logistika imkanlarının istehsal və regional dəyər zəncirlərinin inkişafı ilə əlaqələndirilməsinin investisiya və iqtisadi əməkdaşlıq üçün yaratdığı imkanlar vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tacikistanın Baş naziri: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk

21:03
25 Sentyabr

Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 

20:55
25 Sentyabr

“Birliyin Gücü - 2026” təliminin iştirakçıları üçün konsert proqramı təşkil edilib 

20:45
25 Sentyabr

Sahibə Qafarova: Azərbaycan–Gürcüstan dostluğu regionda əməkdaşlığın güclənməsinə xidmət edir

20:38
25 Sentyabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi dörd məsələni plenar iclasa tövsiyə edib

20:32
25 Sentyabr

Orta Dəhlizin ticarət, investisiya və regional dəyər zəncirlərinin inkişafındakı roluna dair müzakirələr aparılıb

20:25
25 Sentyabr

Ədliyyə naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

20:16
25 Sentyabr

Spartan Aeronavtika və Texnologiya Kolleci və Azərbaycan Milli Aviasiya Akademiyası əməkdaşlıq haqqında Saziş imzalayıblar 

20:11
25 Sentyabr

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

20:05
25 Sentyabr

Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

20:00
25 Sentyabr

Xankəndi və Naxçıvan şəhərlərinin marşrutları “brutto müqavilə” sisteminə qoşulub

19:52
25 Sentyabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:49
25 Sentyabr

Sənaye platformaları və azad iqtisadi zonalara investisiyaların cəlbinə dair müzakirələr aparılıb  

19:38
25 Sentyabr

“Carlsberg Group” ilə içki sənayesinin inkişafı üzrə strateji tərəfdaşlıq müzakirə edilib

19:33
25 Sentyabr

Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb

19:25
25 Sentyabr

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

19:20
25 Sentyabr

“Qarabağ gecəsi” xeyriyyə konserti: Laçın şəhərinə böyük konsert royalı hədiyyə edilib

19:15
25 Sentyabr

XİN: Gürcüstan Patriarxlığının son açıqlaması tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

19:06
25 Sentyabr

ANAMA: Minatəmizlənmiş ərazilər xarici keyfiyyət qiymətləndirilməsindən sonra təhvil verilir

19:00
25 Sentyabr

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası oynanılacaq

18:47
25 Sentyabr

Bağdad Amreyev: Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi əsas hədəflərdəndir

18:40
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!