04 Oktyabr 2023 10:45
537
DÜNYA
A- A+
"Şatdaun" olmayacaq

"Şatdaun" olmayacaq

 

ABŞ Konqresi büdcə layihəsini təsdiqlədi, lakin Ukraynaya yardım göstərmədi

 

ABŞ-də "şatdaun" (hökumətin fəaliyyətinin dayandırılması - red) olmayacaq. Ölkə Konqresi büdcə layihəsini 45 gün müddətinə qəbul edib. Senat və Nümayəndələr Palatasının ardınca Prezident Co Bayden sənədi təsdiqləyib.
Öncə onu deyək ki, bu ölkənin Konstitusiyasına görə, hökumətin bütün maliyyə qərarları Konqres (parlament) tərəfindən təsdiqlənir və ya rədd edilir. Hər il Konqres qanunla tələb olunmayan diskresion xərclərin siyahısını oktyabrın 1-dək ABŞ-də maliyyə ilinin başlanğıcına kimi təsdiq etməlidir, əks halda hökumətin vəsaiti tükənəcək. 
Konqres ixtiyari xərclərin təsdiqlənməsi üçün səs verməsə, maliyyə çatışmazlığı yaranır və federal hökumətin böyük bir hissəsi daxil olmaqla dövlət işçiləri ödənişsiz məzuniyyətə buraxılır.
Bu dəfə isə səsvermə əvvəlcə Nümayəndələr Palatasında (lehinə 335 və əleyhinə 91 səs), sonra Senatda (lehinə 88 və əleyhinə 9 səs) keçirilib. Bildirilir ki, siyasətçilər son tarixə cəmi iki saat yarım qalmış dövlət sektoru işçilərinin işinin müvəqqəti maliyyələşdirilməsi barədə razılığa gələ biliblər.
Bunun üçün Ağ Evin və demokratların xahiş etdiyi (onlar Senatda çoxluq, Nümayəndələr Palatasında isə azlıqdadırlar) Ukraynaya hərbi yardım paketini qanun layihəsindən çıxarmaq lazım idi.
ABŞ Konqresinin demokratlar fraksiyasının lideri Hakim Jeffrisin dediyinə görə, bu prosesdə Amerika xalqı qazandı, radikal respublikaçılar isə məğlub oldular.
Ağ Ev ilkin olaraq Ukraynaya 24 milyard dollar yardımı maliyyələşdirmə layihəsinə daxil etməyə çalışsa da, dövlət büdcəsinin azaldılmasını tələb edən respublikaçıların müqaviməti ilə qarşılaşaraq, məbləği 6 milyard dollara endirib. Lakin bu təşəbbüs də dəstək almayıb və Kiyevə 6 milyard dollar məbləğində hərbi yardım paketi layihədən çıxarılıb.
Bununla belə, Ukraynaya dəstək üçün əlavə vəsaitin verilməsi ilə bağlı qanunvericilər tərəfindən ayrıca layihə səsə qoyulacaq. Yerli KİV-in məlumatına görə, səsvermə bu həftə keçiriləcək.
Onu da əlavə edək ki, Amerika Birləşmiş Ştatlarında "şatdaun" tez-tez baş verir, lakin bu il o, onsuz da çətinliklərlə üzləşən ölkə iqtisadiyyatı üçün xüsusilə ciddi fəsadlar törədə bilərdi. Büdcə layihəsi haqqında qanunun qəbulu milyonlarla dövlət qulluqçusunun işinin dayandırılmasının qarşısını almağa imkan verdi - məmurlardan və hərbi qulluqçulardan tutmuş kommunal işçilərə və hava limanının işçilərinə qədər.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!