21 İyun 2025 08:00
1207
SİYASƏT
A- A+
Sarsılmaz birlik, əbədi dostluq

Sarsılmaz birlik, əbədi dostluq


"Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün "Azərbaycan" məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür".

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimi zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi, qardaş ölkədə yüzlərlə insan üçün isti, xoşbəxt  yuvaya çevriləcək bu məhəllənin timsalında bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin sarsılmaz birliyi bir daha gözlər önünə gəldi. Həmin açılışda ölkələrimizin himnlərinin sədaları altında ay-ulduzlu bayraqlarımızın qoşa dalğalandırılması xalqlarımızın həmrəyliyini, xoş gündə də, dar gündə də bir yerdə olmasını simvolizə etdi. 

6 fevral 2023-cü ildə Türkiyədə baş verən və miqyasına görə "əsrin fəlakəti" adlandırılan dəhşətli zəlzələ nəticəsində yerlə yeksan olmuş Kahramanmaraşda ikiillik qısa müddətdə salınan və möhtəşəmliyi ilə gözoxşayan "Azərbaycan" məhəlləsinin fonunda həm də dünya iki qardaş ölkənin qüdrətini, gücünü, istənilən problemə qarşı birgə mübarizə apararaq onu həll etmək əzmini görmüş oldu...


Çiyin-çiyinə  


Təməl gücünü ortaq tarixi köklərimizdən, gündən-günə inkişaf edən qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan birliyi dünya üçün unikal nümunədir desək, qətiyyən yanılmarıq. Tam mübaliğəsiz deməliyik ki, bu gün dünyanın heç bir yerində Azərbaycan və Türkiyənin timsalında bir-birilərinə qardaş səmimiyyəti ilə yanaşan, istənilən məsələdə həmrəylik nümayiş etdirən hansısa ölkələrə rast gəlmək mümkün deyil. 

Azərbaycan və Türkiyə arasındakı əzəli əlaqələrin iki liderin - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri sayəsində daha da  inkişaf edib, möhkəmlənməsi bir reallıqdır. Qardaşlıq münasibətlərinə dayanan bu əlaqələr sayəsində Azərbaycan və Türkiyə dövlətlərimizin, xalqlarımızın varlığına qarşı təhdid olan terrorizm, işğal siyasətinə qarşı birlikdə mübarizə aparır, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində daim bir-birilərinə dayaq-dəstək dururlar.

Vurğulanası vacib məqamlardan biri də iki qardaş ölkənin vahid  gücünün təkcə ölkələrimizin, regionumuzun inkişafı üçün deyil, beynəlxalq əhəmiyyətli məsələlərin, qlobal problemlərin həlli üçün də mühüm rola malik olmasıdır. Bu gün Azərbaycan-Türkiyə birliyi dünyada hesablaşılan gücə çevrilib və regionla bağlı istənilən məsələnin, layihənin bu iki ölkənin maraqları nəzərə alınmadan reallaşdırılması mümkünsüzdür.  

Vətən müharibəsində Türkiyənin Azərbaycana açıq şəkildə siyasi və mənəvi dəstək verməsi sayəsində ölkəmizin ermənipərəst düşmənlərinin əl-qolunun necə bağlanması hər kəsin yadındadır. 2020-ci ilin sentyabrında çıxdığımız Zəfər yürüşü zamanı Türkiyə ən ali səviyyədə Azərbaycanın tək olmadığını, onun Türkiyə kimi qardaşı olduğu mesajını verdi. Bununla da Azərbaycanın haqq işinə maneçilik törətmək istəyən xarici qərəzli qüvvələrin müdaxilələrinin qarşısı alındı. 

Kahramanmaraşda açılış mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyev bu məqamı bir daha vurğuladı: "Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır".

2021-ci ilin 15 İyununda - Qurtuluş Günündə Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti Qarabağda Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayaraq qardaş ölkələrin münasibətlərini daha yüksək pilləyə ucaltdılar. 

"Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir", - deyə "Azərbaycan" məhəlləsinin açılışında dövlətimizin başçısı sözügedən bəyannamənin əhəmiyyətinə yenidən diqqət çəkdi. 


Kədəriniz kədərimizdir dedik... 


6 fevral 2023-cü ildə qardaş Türkiyədə zəlzələ nəticəsində baş verən faciə Azərbaycanı da sarsıtdı. Türkiyəli qardaşlarımızın acısını bölüşən, dərdinə şərik olan xalqımız, sözün əsl mənasında, bir ürəyə dönərək Azərbaycanın hər bir nöqtəsində yardım kampaniyalarına başladı, insanlarımız əllərindən gələn köməyi göstərməyə çalışdılar. Dəhşətli zəlzələ zamanı Türkiyəyə ilk beynəlxalq yardımı məhz Azərbaycan dövləti göstərdi. Həmin vaxt Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirildi. Türkiyədə baş verən təbii fəlakətin ağır nəticələrini aradan qaldırmaq məqsədilə dövlət qurumlarımız səfərbər oldular. Çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fond tərəfindən qardaş ölkəyə humanitar yardımlar göndərildi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 16 mart 2023-cü ildə zəlzələ ilə əlaqədar Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşünün keçirilməsi dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdi. 

Bu il iyunun 19-da həyata keçirilən sözügedən açılış mərasimindəki çıxışı zamanı ölkəmizin rəhbəri İlham Əliyev  iki il əvvəl Türkiyədə baş vermiş zəlzələ ilə bağlı söylədi ki, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi: "İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır". 

Dövlətimizin başçısı bildirdi ki, həmin vaxt Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır: "Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir".


Türkiyədə Azərbaycan ruhu  


Baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Azərbaycanın qardaş Türkiyəyə etdiyi yardımların ümumi maliyyə dəyəri 31 milyon 510 min 900 ABŞ dolları təşkil edib. Həmçinin 13 milyon 397 min 883 ABŞ dolları  birbaşa maliyyə yardımı şəklində təqdim olunub.

Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin inşasına start verildi. 27,6 hektarlıq ərazini əhatə edən və artıq vurğuladığımız kimi iki ölkənin liderləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı həyata keçirilən bu məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb. Onu da xatırladaq ki, 29 aprel 2023-cü ildə keçirilən TEKNOFEST festivalı çərçivəsində Heydər Əliyev adına məktəbin və uşaq bağçasının təməlqoyma mərasimi olmuşdur. Bu mərasimə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatılmışdır. 2024-cü ilin sentyabrında isə Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının açılışı baş tutmuşdur. Məktəb tədrisin və uşaqların fərdi inkişafının yüksək səviyyədə təşkili üçün bütün zəruri avadanlıq və tədris materialları ilə təmin edilmişdir.

Açılış zamanı "Azərbaycan" məhəlləsinin yaradılmasının çox gözəl hadisə olduğunu söyləyən Prezident İlham Əliyev məlumat verdi ki, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur: "Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir".

Ölkəmizə, xalqımıza, şəxsən Prezident İlham Əliyevə dar günündə Türkiyəyə göstərdiyi qardaşlıq dəstəyinə görə minnətdarlığını səmimi sözlərlə ifadə edən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan dedi ki, bu gün burada "Bir millət, iki dövlət" şüarının həyata keçməsinə bir daha şahidlik edirik: "Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq. "Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan", - deyən şairlərin sözlərə hərfbəhərf nəqş etdiyi qardaşlığımızın nə məna daşıdığını bu gün bütün dünyaya yenidən göstəririk. Rəbbim aramızdakı bu sarsılmaz həmrəyliyi, bu məhəbbəti daimi etsin".

Azərbaycan-Türkiyə birliyi zamanın sınağından uzüağ və uğurla keçərək hər ötən an daha da möhkəmlənir və əbədiyyətə daşınır. 

Heç şübhəsiz, yüz illər sonra da xalqlarımız bir-birilərinə göstərdikləri dayaq və dəstəklə fəxr edəcək, Azərbaycan və Türkiyənin misilsiz həmrəyliyi, qardaşlığı ilə qürur duyacaqlar.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb  

23:23
17 İyul

UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb  

22:20
17 İyul

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib  

22:16
17 İyul

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər  

22:07
17 İyul

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

21:39
17 İyul

"Qarabağ" növbəti transferini həyata keçirib

21:14
17 İyul

Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə veriblər  

20:12
17 İyul

II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb  

19:17
17 İyul

Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci toplantısına ev sahibliyi edib 

19:16
17 İyul

Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib

19:13
17 İyul

ADA Universiteti dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır  

19:12
17 İyul

Türkmənistan mətbuatı Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini geniş işıqlandırıb  

19:05
17 İyul

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub  

17:04
17 İyul

Dövlət Komissiyası narkomaniya ilə bağlı maarifləndirmə tədbirlərini genişləndirir  

17:00
17 İyul

NATO: Ukraynaya “Patriot” sistemlərinin göndərilməsinə başlanılıb  

16:59
17 İyul

Rektor: ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz oxuyur

16:58
17 İyul

Dünyanın ən iri almaz istehsalçılarından biri böhranla üzləşib  

16:57
17 İyul

Həlak olan minlərlə insanın cəsədi Ukraynaya qaytarılıb  

16:56
17 İyul

ADA Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrə təqdim olunan imkanlar açıqlanıb  

16:55
17 İyul

ADA Universitetində dövlət sifarişli yerlərin sayı açıqlanıb  

16:54
17 İyul

Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

15:47
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!