03 İyun 2022 17:04
798
CƏMİYYƏT
A- A+
Sahil Babayev: Könüllülük proqramı Azərbaycanda böyük bir hərəkata çevrilib

Sahil Babayev: Könüllülük proqramı Azərbaycanda böyük bir hərəkata çevrilib

Ötən ilin payızında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə istifadəyə verilən DOST İnklüziv İnkişaf və yaradıcılıq Mərkəzində həm əlillər, həm həssas kateqoriyadan olanlar müxtəlif istiqamətlər üzrə tədris alır, sosial adaptasiyadan keçir və tam şəkildə cəmiyyətə inteqrasiya olurlar. Mərkəzin növbəti könüllük forumuna ev sahibliyi etməsinin rəmzi mənası da var.

AZƏRTAC xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST Agentliyinin “Könüllü DOST” proqramının 3 illiyinə həsr olunmuş “Sosial sahədə könüllülük” forumunda deyib.

Nazir çıxışına davam edərək bildirib: “Könüllülük proqramı Azərbaycanda böyük bir hərəkata çevrilib və həmin hərəkatdan biz də bəhrələnirik. İlk mərkəz açılandan artıq üç il vaxt keçib və bundan əvvəl DOST konsepsiyası yaradılıb. ASAN xidmətin böyük təcrübəsindən yararlanaraq onlarla bu sahədə geniş əməkdaşlıq qurduq, beynəlxalq təcrübəyə müraciət etdik və könüllülük proqramını yaratdıq. Könüllülük proqramı üç il ərzində böyük yol keçib, müxtəlif altproqramları yaranıb, “Gənc DOST”, “Gümüşü DOST”, “Korporativ DOST və “Distant DOST” kimi dörd altproqram həyata keçirilib və bu gün daha bir altproqram elan ediləcək.

Könüllülər üç il ərzində böyük bir orduya çevrilib və cəmiyyətə yeni bir istiqaməti, yeni bir seqmenti aşılayır, sosial xidmət, inklüzivlik, hər kəsə bərabər şansların tanınması sahəsində iş görür. Böyük nəticələrimiz var. Artıq 200 könüllü mərkəzlərdə daimi işə düzəlib. Nəzərə alaq ki, hələ 5 mərkəz fəaliyyət göstərir və onların sayı artdıqca könüllülərin də sayı artacaq. Könüllülərin pandemiya dövründə böyük rolu olub. Xüsusilə yaşlıların, ahıl və tənha yaşayan şəxslərin qorunması, onların evlərini tərk etməməsi üçün könüllülər ölkəboyu onlara müxtəlif çatdırılma xidmətləri göstəriblər, ən zəruri ehtiyaclarını qarşılayıblar, onlara lazım olan ərzaq və dərmanları ünvanlara çatdırıblar”.

Forumdakı çıxışını nazir belə yekunlaşdırıb: “Bu, hələ başlanğıcdır. Vaxt gələcək ki, bugünkü 60 min könüllü 200 min, aktiv iştirakçı 20 min, işə götürülən 2 min nəfər olacaq və bu rəqəmlər arta-arta gedəcək. İnanırıq ki, könüllülər cəmiyyətə, gənclərə, yaşlılara həm sosial xidmət, həm də bu sahədə inklüzivliyi, məşğulluğu, əlilliyi və bütün digər sahələri aşılayacaqdır, çünki biz həqiqətən də birlikdə güclüyük. Hansısa bir fərdin, hansısa bir kateqoriyanın dövlət dəstəyindən kənarda qalması cəmiyyəti gücləndirə bilməz. Cəmiyyət inklüzivliyi ilə hər kəsə bərabər imkanların tanınması ilə güclüdür. Könüllülük üçün 60 min müraciətin olması özlüyündə böyük bir nəticəni göstərir. İnanıram ki, hamımız birlikdə DOST Agentliyi, DOST könüllüləri, nazirliyin nəzdində fəaliyyət göstərən könüllülər, eyni zamanda, könüllü təşkilatlar və digər qurumların könüllüləri birləşərək, inkişaf edərək dövlətin yanında olacaqlar və cəmiyyətə xidmət göstərəcəklər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda amnistiya təşəbbüsünün siyasi və ictimai əhəmiyyəti  

16:12
16 Dekabr

“Qarabağ” azarkeşlərinə görə cərimələnib

15:44
16 Dekabr

Baş icraçı direktor: Azərbaycan-Ermənistan sülh danışıqlarında indiki əsas vəzifə razılaşdırılmış müddəaların həyata keçirilməsidir  

15:44
16 Dekabr

Rusiyada 5 bal gücündə zəlzələ baş verib  

15:40
16 Dekabr

Sos kəndində daha 21 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:39
16 Dekabr

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!