16 Dekabr 2025 13:13
286
CƏMİYYƏT
A- A+
CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  


Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin böyük hissəsinin başa çatması ilə bağlı fikirləri nəqliyyat və logistika təşəbbüsünün reallaşdırılmasında həlledici mərhələnin yaxınlaşdığını göstərir. Azərbaycanda avtomobil və dəmir yollarının, tunellərin və logistika infrastrukturunun tikintisində ciddi irəliləyişlər fonunda, Ermənistandan keçən hissənin istismara verilməsi səyləri gündəmdə əsas məsələyə çevrilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin CNN Türk televiziya kanalının Zəngəzur dəhlizi mövzusunda reportajında deyilib.

Telekanal qeyd edib ki, sülh prosesinin irəliləcəyi təqdirdə Ermənistandan keçən dəhliz yaxın illərdə açıla bilər. Bu dəhliz Cənubi Qafqazda güc balansını uzunmüddətli əsasda Azərbaycan və Türkiyənin xeyrinə dəyişməyə imkan verəcək.

“Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq. Zəngəzur dəhlizi Türkiyə üçün Orta Asiya ölkələri ilə strateji alternativ ticarət marşrutu kimi xüsusi əhəmiyyət kəsb edir”, - deyə reportajda vurğulanıb.

Azərbaycanın, xüsusən də ölkəmizin işğaldan azad edilmiş ərazilərində iqtisadi imkanları barədə bəhs edən “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” (TÜİB) İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyn Büyükfıratın fikirlərinə istinad edilir.

TÜİB rəhbəri dekabrın 23-də Bakıda keçirilməsi planlaşdırılan və Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz və ticarət naziri Ömər Bolatın iştirakı gözlənilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunun əhəmiyyətini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kir Starmer Trampın Sülh Şurası təşəbbüsündən uzaqlaşır  

00:24
21 Yanvar

Çempionlar Liqası: “Ayntraxt” “Qarabağ”la oyun üçün Bakıya gəlib  

00:23
21 Yanvar

Ankarada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

23:16
20 Yanvar

Burhanettin Duran: 20 Yanvar Azərbaycan xalqının istiqlal iradəsinin təzahürüdür  

23:14
20 Yanvar

Prezident İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb  

23:11
20 Yanvar

Denis Şmıqal: Azərbaycanın yardımı Ukraynanın enerji dayanıqlılığını gücləndirəcək  

23:10
20 Yanvar

Romada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib  

23:09
20 Yanvar

Xorvatiyada 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib  

23:05
20 Yanvar

Ukraynanın Baş naziri: Davamlı dəstəyinə görə Azərbaycana təşəkkür edirik  

23:03
20 Yanvar

Bakıda qarlı hava şəraiti səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib  

23:02
20 Yanvar

“Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı material hazırlayıb  

22:51
20 Yanvar

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə anım mərasimi keçirilib  

22:37
20 Yanvar

Psixologiya Elmi Tədqiqat İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş görüş keçirilib

22:34
20 Yanvar

Bakı–Şamaxı–Yevlax yolunda qarlı və şaxtalı hava: yollar fasiləsiz təmizlənir, sürücülərə ehtiyatlı olmaq tövsiyə edilir  

22:31
20 Yanvar

Prezident İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb

22:25
20 Yanvar

Serbiya Prezidenti: İlham Əliyev böyük, dahi liderlərdən biridir

20:45
20 Yanvar

Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyasını dayandırıb  

20:45
20 Yanvar

Misir mətbuatı 20 Yanvar faciəsinin ildönümü barədə yazıb  

20:44
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib YENİLƏNƏCƏK

20:43
20 Yanvar

Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir

20:42
20 Yanvar

Praqada 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib  

20:41
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!